Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı:
2.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin strukturunu və ştat cədvəlini 15 gün müddətində təsdiq etsin;
2.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təşkili üçün müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;
3.4. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2009-cu il.
13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 725)
07 sentyabr 2016-cı il tarixli 1032 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 08 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1469)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI