Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin qorunmasını gücləndirmək, yaşıllıq sahələrini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarının 7 saylı əlavəsinin cədvəlinə sıra üzrə:
1 m yaşıllıqlar üçün (qazon, çiçək ləki və s.)
sözləri və Qeyd hissəsinə aşağıdakı məzmunda IV bənd əlavə edilsin:
“IV. Bakı, Gəncə və Sumqayıt şəhərlərində ağac və kol cinslərinin qanunsuz kəsilməsi, kökündən çıxarılması və ya boy artımının dayandırılması dərəcəsinə qədər zədələnməsi nəticəsində dəymiş ziyanın miqdarı yuxarıdakı nırx üç dəfə artırılmaqla hesablanır.”.
3. “Dövlət meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin qorunması haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 15 dekabr tarixli 493 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 19 sentyabr 2005-ci il
1. 30 avqust 2016-cı il tarixli 321 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2016-cı il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1457)