Qanunvericilik › Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibinin və Nazirlikdə ali hərbi rütbəli vəzifələrin siyahısının təsdiqi barədə (Prezidentin fərmanı, 18.12.2013) › Tam mətn

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibinin və Nazirlikdə ali hərbi rütbəli vəzifələrin siyahısının təsdiqi barədə (Prezidentin fərmanı, 18.12.2013)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibinin və Nazirlikdə ali hərbi rütbəli vəzifələrin siyahısının təsdiqi barədə (Prezidentin fərmanı, 18.12.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).*

2. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).*

3. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibi” təsdiq edilsin (əlavə olunur).*

4. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyində ali hərbi rütbəli vəzifələrin siyahısı” təsdiq edilsin (əlavə olunur).*

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) siyahısını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin,

5.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2013-cü il

________________________

* Əlavələr dərc olunmur.

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 19 noyabr 2015-ci il tarixli 679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1309)

2. 13 yanvar 2016-cı il tarixli 726 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 48)

3. 29 dekabr 2017-ci il tarixli 1777 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2344)

4. 6 iyun 2018-ci il tarixli 112 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1202)

5. 7 fevral 2019-cu il tarixli 523 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 222)

6. 28 fevral 2020-ci il tarixli 950 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №2, maddə 108)

7. 10 oktyabr 2020-ci il tarixli 1167 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1245)

8. 20 noyabr 2020-ci il tarixli 1181 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1350)

9. 7 dekabr 2020-ci il tarixli 1202 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №12, I kitab, maddə 1464)

10. 22 iyun 2021-ci il tarixli 1372 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №6, I kitab, maddə 587)

11. 1 sentyabr 2021-ci il tarixli 1435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №9, maddə 975)

12. 18 yanvar 2022-ci il tarixli 1578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №1, maddə 25)

13. 5 mart 2022-ci il tarixli 1624 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №3, maddə 212)

14. 24 may 2022-ci il tarixli 1689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №5, maddə 457)

15. 13 iyul 2022-ci il tarixli 1746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 735)

16. 9 dekabr 2022-ci il tarixli 1899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №12, maddə 1409)

17. 27 fevral 2023-cü il tarixli 2045 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, №2, maddə 253)

18. 30 may 2023-cü il tarixli 2152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, №5, maddə 656)

19. 13 iyul 2023-cü il tarixli 2212 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, №7, maddə 937)

20. 25 yanvar 2024-cü il tarixli 2453 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №1, maddə 29)

21. 8 fevral 2024-cü il tarixli 2465 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №2, maddə 146)

22. 10 iyun 2024-cü il tarixli 92 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 658)

23. 10 iyul 2024-cü il tarixli 136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 7, maddə 795)

24. 31 iyul 2024-cü il tarixli 165 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 iyul 2024-cü il, “Xalq” qəzeti, 1 avqust 2024-cü il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 824)

25. 12 oktyabr 2024-cü il tarixli 209 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 10, maddə 1126)

26. 7 noyabr 2024-cü il tarixli 225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1195)

27. 17 fevral 2025-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 120)

28. 17 mart 2025-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 230)

29. 19 iyun 2025-ci il tarixli 417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 555)

30. 29 oktyabr 2025-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 911)

31. 10 mart 2026-cı il tarixli 614 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 218)

32. 15 aprel 2026-cı il tarixli 647 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 311)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver