1048-2.1. Veksellərin uçotu ödəniş vaxtı çatana qədər vekselsaxlayan tərəfindən vekselin uçot təşkilatına verilməsi və onun müqabilində, veksel məbləğindən diskont məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır.
1048-2.2. Azərbaycan Respublikasında veksellərin uçotu, domisilyasiyası, inkassoya qəbul edilməsi, veksellərin ödənilməsi üzrə xidmətlərin göstərilməsi və veksellər üzrə digər əməliyyatlar yalnız qiymətli kağızlar bazarmı tənzimləyən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş uçot təşkilatları tərəfindən (kredit təşkilatları, veksel evləri və digər ixtisaslaşdırılmış maliyyə-investisiya müəssisələri) həyata keçirilə bilər.
1048-2.3. Veksellərin yenidən uçotu vekselin uçotunu aparan bankdan uçota aldığı veksellərin, ödəniş tarixindən əvvəl Milli Bank tərəfindən vekselin məbləğini diskontla ödəməklə alınmasıdır.
1048-2.4. Veksellərin uçotu və yenidən uçotu qaydaları qiymətli kağızlar bazarmı tənzimləyən müvafiq icra hakimiyyəti orqanının və Milli Bankın normativ hüquqi aktları ilə müəyyən edilir.".
24. Məcəllənin 1049-cu maddəsinə aşağıdakı redaksiyada 1049.4-1049.9-cu maddələr əlavə edilsin:
"1049.4. Çeklərə hesablaşma çeki, bank çeki, pul çeki və yol çeki aiddir.
1049.5.Hesablaşma çeki hesablardan nağdsız qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan çekdir.
1049.6.Bank çeki bir bankın başqa banka banklararası hesablaşmaların aparılması üçün təqdim etdiyi çekdir.
1049.7.Pul çeki müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı sərəncamdan ibarət olan çekdir.
1049.8.Yol çeki bir məntəqədə verilmiş çekdə imza nümunəsi göstərilən çek sahibinə, çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən təşkilatın öhdəliyi olub, digər məntəqədə nağdlaşdırılan çekdir. Yol çeklərinin ödənilməsi sahibinin imzası əsasında çekin emitenti, onun filialı və yaxud emitentin göstərdiyi digər təşkilat tərəfindən həyata keçirilir.
1049.9. Azərbaycan Respublikasında çeklərin buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarmı tənzimləyən müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə müəyyən edilir".
25. Məcəllənin 1070.1-ci maddəsinin ikinci cümləsində "verir" sözü "verə bilər" sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin:
"Faiz ödənişlərini nəzərdə tutmayan istiqraz faizsiz istiqraz hesab olunur.".
26. Məcəllənin 1070.2-ci, 1071- 1075-ci maddələri çıxarılsın.
27. Məcəllənin 1076-ci maddəsində:
27.1. 1076.1-ci maddədə "Konversiya borcu istiqrazları" sözlərindən sonra "açıq" sözü əlavə edilsin;
27.2. 1076.2-ci maddədə "1077.3 və 1077.4-cü maddələri" sözləri "1078-12-ci maddəsi" sözləri ilə əvəz edilsin.
28. Məcəlləyə aşağıdakı redaksiyada 1076-1-1076-5-ci maddələr əlavə edil-sin:
"Maddə 1076-1. Təmin edilmiş istiqrazlar
1076-1.1. İstiqrazlar üzrə öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilə bilər. Belə istiqrazlar təmin edilmiş istiqrazlara aid edilir.
1076-1.2. Təmin edilmiş istiqrazlar üzrə hüquqların keçməsi ilə təminat üzrə hüquqlar da keçmiş hesab olunur. İstiqrazlar üzrə hüquqların keçməsi ilə müşayiət olunmayan təminat üzrə hüquqların keçməsi etibarsızdır.
1076-1.3. Təmin edilmiş istiqrazlar üzrə təminat haqqında məlumat istiqrazların emissiyası haqqında qərarda və emissiya prospektində əks etdirilməlidir.
1076-1.4. Təmin edilmiş istiqrazlar üzrə təminat üçüncü şəxs tərəfindən təqdim edildikdə həmin şəxs istiqrazların emissiyası haqqında qərarı imzalamalıdır. Təminatı təqdim etmiş şəxs hüquqi şəxs olduqda istiqrazların emissiyası haqqında qərar həmin hüquqi şəxsin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
1076-1.5. Təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri istiqrazların ümumi nominal dəyərindən və ödəniləcək olan faizlərdən (olduqda) aşağı olmamalıdır.
1076-1.6. Təmin edilmiş istiqrazlar üzrə, emitent öhdəliklərini istənilən səbəbdən, o cümlədən müflisləşmə nəticəsində icra etmədiyi halda investorlar təminatın predmetini həmin emitentin digər kreditorlarına nisbətən üstün qaydada əldə etmək hüququna malikdirlər.