Dövlət və bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazların buraxılması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.".
29. Məcəllənin 1077-ci maddəsində:
29.1. 1077.1-ci maddəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin: «Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.".
29.2. 1077.2-ci, 1077.3-cü, 1077.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
«1077.2. Səhm adi və ya imtiyazlı növündə buraxıla bilər. Səhmin nominal dəyəri səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir. Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.
1077.3.Adi səhmlərin hər biri eyni nominal dəyərli olmaqla onun sahibinə eyni həcmdə hüquqlar verir.
1077.4.İmtiyazlı səhmlərin bir buraxılışı daxilində hər biri eyni nominal dəyərli olmaqla onun sahibinə eyni həcmdə hüquqlar verir.".
29.3. Aşağıdakı redaksiyada 1077.5 -1077.7-ci maddələr əlavə edilsin:
«1077.5. Adi səhm sahibinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.
1077.6. İmtiyazlı səhm emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür.
1077.7. Səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirə bilər və bir səhmi bir neçə həmin növ səhmə dəyişdirilmə yolu ilə xırdalaya bilər. Ümumi yığıncaqda səhmlərin birləşdirilməsi və ya xırdalanması haqqında qərar qəbul edildikdə, səhmdar cəmiyyətinin nizamnaməsində də müvafiq dəyişikliklər edilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin birləşdirilməsi və xırdalanması qaydaları qiymətli kağızlar bazarmı tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".
30. Məcəllənin 1078.1-ci maddəsində "əmtəə kağızlarında" sözləri "əmtəə kağızlarında (yəni sahibinin qiymətli kağızda göstərilən əmtəəyə dair sərəncam vermək və bu əmtəəni almaq hüququnu təsbit edən qiymətli kağızlarda (anbar şəhadətnaməsi, konosament və s.)" sözlərlə əvəz edilsin.
31. Məcəlləyə aşağıdakı redaksiyada 8- 18-ci paraqraflar əlavə edilsin: