Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-14

Maddə 1078-14. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında məlumatın açıqlanması

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-14.1. İnvestisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunduqda, emitent onları yerləşdirməzdən əvvəl emissiya prospektində olan məlumatlan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada açıqlamalıdır.

1078-14.2. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti emitentin ünvanında, qiymətli kağızların satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir. Emitent emissiya prospekti ilə tanış olmaq üçün zəruri olan şəraiti yaratmalı və bunun üçün vaxtı və ünvanı kütləvi informasiya vasitələrində elan etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver