1078-22.1. Sənədli qiymətli kağızlarla təsbit edilmiş hüquqlar qiymətli kağızların sahibi tərəfindən həmin qiymətli kağızların sertifikatının təqdim edilməsi ilə həyata keçirilir.
1078-22.2. Sənədsiz qiymətli kağızlarla təsbit edilmiş hüquqlar həmin qiymətli kağızlar barədə reyestr və ya "depo" hesablarında mülkiyyətçi, yaxud nominal saxlayıcı barədə olan məlumatlarla reyestrdə qeydə alınmış şəxs barədə məlumatların eyniləşdirilməsi ilə həyata keçirilir.
1078-22.3. Sənədli qiymətli kağızların sertifikatları depozitarda saxlandıqda həmin qiymətli kağızlarla təsbit edilmiş hüquqlar sahibin tapşırığı ilə depozitarda saxlanılan qiymətli kağızın sertifikatının (sahiblərin siyahısı əlavə olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir.