Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-39

Maddə 1078-39. Birja qaydaları

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-39.1. Fond birjası qiymətli kağızların birjada dövriyyəyə buraxılma qaydalarmı, onları birjada kotirovka edilən qiymətli kağızların siyahısına daxil edilməsi (listinq) və göstərilən siyahıdan çıxarılması (delistinq), birjada əqdlərin bağlanması, qeydiyyatı, icrası və təmin edilməsi, əqdlər üzrə hesablaşmaların aparılması, birja üzvləri arasında birja əməliyyatlarının aparılması zamanı yaranan mübahisələrin həlli və fond birjasının fəaliyyətilə əlaqədar digər qaydaları müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq qəbul edir.

1078-39.2. Fond birjası ticarətin aparılması vaxtı haqqında, birjada ticarətə buraxılmış qiymətli kağızların siyahısı və qiymətləri (kotirovkası), ticarət sessiyasının nəticələri haqqında və qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatları vaxtında təqdim etməklə aparılan ticarətin şəffaflığını təmin etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver