Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-41

Maddə 1078-41. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzim­lə­yən təşkilatlan

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-41.1. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnamələrinə müvafiq olaraq yaradılır və fəaliyyət göstərir.

1078-41.2. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının fəaliyyəti aşağıdakı əsas məqsədləri daşıyır:

1078-41.2.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli peşəkar fəaliyyəti üçün şəraitin yaradılması;

1078-41.2.2. qiymətli kağızlar bazarında investorların və digər iştirakçıların maraqlarının qorunması;

1078-41.2.3. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatının üzvləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi qaydalarının müəyyən edilməsi;

1078-41.2.4. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının üzvlərinin fəaliyyətinin etik normalarının müəyyən edilməsi və bu normalara riayət olunmasının təmin edilməsi.

1078-41.2.5. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatların fəaliyyətləri haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə açıqlamalıdırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver