Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-5

Maddə 1078-5. Depozit sertifikatı

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-5.1. Depozit sertifikatı əmanətçidən və ya əmanətçi üçün banka daxil olmuş pul məbləğini (depoziti) və onun üçün faizləri bankdan almaq hüququnu təsbit edən qiymətli kağızdır. Depozit sertifikatı müəyyən müddətə adlı və ya adsız qiymətli kağız kimi buraxıla bilər.

1078-5.2. Depozit sertifikatları birdəfəlik və ya seriyalarla, sənədli formada buraxıla bilər.

1078-5.3. Depozit sertifikatının buraxılması, qeydiyyatı və tədavülü qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver