Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-7

Maddə 1078-7. İnvestisiya qiymətli kağızlarının emissiyasının mərhələləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-7.1. İnvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:

1078-7.1.1. emitent tərəfindən investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarın qəbul edilməsi;

1078-7.1.2. investisiya qiymətli kağızlarının emissiya prospektinin tərtib edilməsi (inves­ti­siya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);

1078-7. 1.3. investisiya qiymətli kağızları buraxılışının dövlət qeydiyyatı;

1078-7.1.4. investisiya qiymətli kağızlarının emissiya prospektində olan məlumatların açıqlanması (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);

1078-7.1.5. investisiya qiymətli kağızlarının yerləşdirilməsi;

1078-7.1.6. investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı;

1078-7.1.7. investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatda olan məlumatların açıqlanması (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunubsa).

1078-7.2. Səhmdar cəmiyyətlərinin yaradılması, habelə səhmdar cəmiyyətlərinin və digər hüquqi şəxslərin yenidən təşkili zamanı (qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla) səhmlərin buraxılışının dövlət qeydiyyatı həmin qiymətli kağızların dəyərinin təsisçilər tərəfindən ödənilməsindən sonra həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver