Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
5.1. qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti üçün zəruri olan maliyyə və maddi-texniki təchizat məsələləri ilə bağlı müvafiq tədbirləri həyata keçirsin;
5.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 315 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1010; 2006-cı il, № 9, maddə 743) qüvvədən düşmüş hesab edilsin.
7. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2007-ci il
1. 10 fevral 2010-cu il tarixli 217 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 fevral 2010-cu il, № 32; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 81)
2. 16 yanvar 2013-cü il tarixli 805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 22 yanvar 2013-cü il, № 14; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 26)
3. 6 iyul 2018-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyul 2018-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1461)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI