Qanunvericilik › “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.12.2016) › Tam mətn

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.12.2016)

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 22.12.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2016-cı il

1.1. Bu Əsasnamə “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın (bundan sonra - Komissiya) fəaliyyətini tənzimləyir. manla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə” üzrə

1.2. Komissiya “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır.

1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

1.5. Komissiya Bakı şəhərində yerləşir.

2.1. Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın (bundan sonra - Dövlət Proqramı) və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) tələblərinin həyata keçirilməsini təmin etmək;

2.1.2. mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair tədbirlər işləyib hazırlamaq;

2.1.3. aviasiya təhlükəsizliyinin, o cümlədən uçuşların təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı strateji məqsədləri müəyyən etmək;

2.1.4. mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması ilə bağlı onun təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyəti dövlət orqanlarının və qurumlarının yerinə yetirəcəkləri qabaqlayıcı əməliyyat tədbirlərinin vaxtında planlaşdırılmasını təşkil etmək;

2.1.5. uçuş vaxtı fövqəladə hadisə baş verdikdə, hava gəmisinin kapitanı tərəfindən düzgün qərarın qəbul edilməsinə və həyata keçirilməsinə kömək etmək;

2.1.6. məxfi məlumatlarla iş qaydasını və onların mühafizəsini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin etmək;

2.1.7. qanunsuz müdaxilə aktları ilə bağlı təhlükə olduqda, Azərbaycan Respublikasının hava limanlarında aviasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməsini təmin etmək;

2.1.8. Dövlət Proqramının icrası çərçivəsində aviasiya subyektlərindən aviasiya təhlükəsizliyi səviyyəsinin müntəzəm monitorinqinin və qiymətləndirilməsinin aparılmasını, uçuşların ümumi təhlükəsizlik səviyyəsinin artırılmasını tələb etmək;

2.1.9. Azərbaycan Respublikasının hava limanlarının ərazisində fövqəladə hadisə baş verdikdə, xarici dövlətə məxsus hava gəmisinin Azərbaycan Respublikasının hüdudlarından kənara buraxılıb-buraxılmaması barədə qərar qəbul etmək;

2.1.10. Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiya haqqında əsasnaməni təsdiq etmək;

2.1.11. Qaydalara uyğun olaraq hava limanlarında yeni tikililərin layihələşdirilməsi və inşası, həmçinin mövcud tikililərin yenidən qurulması zamanı aviasiya təhlükəsizliyi tədbirləri üzrə tələblərə riayət olunmasına nəzarət etmək;

2.1.12. qanunsuz müdaxilə aktları ilə bağlı halların tənzimlənməsi məqsədi ilə İdarələrarası Əməliyyat Qərargahının fəaliyyətinə nəzarət etmək, onun hesabatlarını təhlil etmək;

2.1.13. hava limanı komissiyalarının fəaliyyətinə metodik nəzarəti həyata keçirmək, terror əleyhinə əməliyyatlar zamanı İdarələrarası Əməliyyat Qərargahı ilə qarşılıqlı əməkdaşlıq etmək.

3.1. Komissiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. Dövlət Proqramının icrasına cəlb edilmiş dövlət orqanlarının və qurumlarının qarşılıqlı əlaqədə əməliyyat keçirmələrinin yoxlanılması məqsədi ilə müvafiq təlimlər təşkil etmək və həyata keçirmək;

3.1.2. qanunsuz müdaxilə aktlarına qarşı aidiyyəti qabaqlayıcı tədbirlərin keçirilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tövsiyələr vermək;

3.1.3. yerli şəraiti və hava limanının inkişaf perspektivini nəzərə almaqla, Qaydaların yerinə yetirilməsində iştirak edən dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, hava limanlarının, hava gəmisi istismarçılarının aviasiya təhlükəsizliyi ilə əlaqədar fəaliyyətini əlaqələndirmək;

3.1.4. digər dövlətlərlə mülki aviasiyanın təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək;

3.1.5. İdarələrarası Əməliyyat Qərargahına tövsiyələr vermək.

4.1. Mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirmək üçün “Təbil planı”na əsasən Komissiya yanında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sədrliyi və Azərbaycan Respublikası daxili işlər nazirinin, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin, Azərbaycan Respublikası xarici işlər nazirinin Azərbaycan Respublikası müdafiə nazirinin, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin, Azərbaycan Respublikası səhiyyə nazirinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti rəisinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavinlərinin iştirakı ilə İdarələrarası Əməliyyat Qərargahı (bundan sonra - Qərargah) yaradılır.

4.2. Qərargahın tam tərkibini və onun əsasnaməsini Komissiya təsdiq edir.

4.3. Qərargahın katibi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin mülki aviasiyanın fəaliyyətinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölməsinin rəisidir.

4.4. Hava gəmisinin qaçırılması və yaxud mülki aviasiyanın fəaliyyətinə digər qanunsuz müdaxilə aktları zamanı öz funksiyalarını yerinə yetirməsi üçün Qərargaha yer (komanda məntəqəsi) ayrılması və onun müvafiq avadanlıqla təmin edilməsi hava limanının rəhbərliyi tərəfindən həyata keçirilir.

4.5. Terror əleyhinə aparılan əməliyyatlar zamanı Qərargah öz işini “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaradılan “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahı” ilə qarşılıqlı əlaqədə həyata keçirir.

5.1. Komissiyanın əsasnaməsi və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

5.2. Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün Katiblik yaradılır. Katibliyin funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir. Katiblik aşağıdakı vəzifələri yerinə yetirir:

5.2.1. Komissiyanın fəaliyyətini və iclasları ilə bağlı təşkilati məsələləri həll edir;

5.2.2. Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlərlə bağlı sənədləri hazırlayır, kargüzarlıq işlərini həyata keçirir, iclasların protokollarını tərtib edir, eləcə də iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə və üzvlərinə təqdim edir;

5.2.3. aidiyyəti dövlət orqanlarından və qurumlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;

5.2.4. Komissiyanın qərarlarının icrası ilə əlaqədar tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır və nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;

5.2.5. fiziki və hüquqi şəxslərin Komissiyaya daxil olan müraciətlərinə baxılmanı təmin edir;

5.2.6. Komissiyanın qərarlarının icrası məqsədilə Komissiya sədrinin tapşırıqlarını yerinə yetirir.

5.3. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır.

5.4. Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş plan əsasında, ildə iki dəfədən az olmayaraq keçirilir. Komissiyanın növbədənkənar iclasları sədrin və yaxud üzvlərin üçdəbirinin tələbi ilə çağırıla bilər.

5.5. Komissiyanın qərarları onun iclaslarında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrin səsi həlledici hesab edilir.

5.6. Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.

5.7. Komissiyanın qərarlarının icrası dövlət orqanları və qurumları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları, eləcə də vəzifəli şəxslər üçün məcburidir.

5.8. Komissiyanın iclaslarında və onun cari işində dövlət orqanlarının və qurumlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının mütəxəssisləri də iştirak edə bilərlər.

5.9. Komissiyanın iclasları sədrin və katibin imzaladığı protokolla rəsmiləşdirilir.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

11 yanvar 2017-ci il tarixli 1195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 42)

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1840)

31 may 2022-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 466)

20 aprel 2023-cü il tarixli 2116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel 2023-cü il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 501)

11 mart 2025-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 mart 2025-ci il, “Xalq” qəzeti, 12 mart 2025-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 224)

17 iyun 2025-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyun 2025-ci il, “Xalq” qəzeti, 18 iyun 2025-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 552)

23 fevral 2026-cı il tarixli 604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 123)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver