Azərbaycan Respublikasının Prezidenti Ayaz Niyazi oğlu Mütəllibovun təminatı haqqında
Ayaz Niyazi oğlu Mütəllibovun Azərbaycan Respublikası Prezidenti vəzifəsindən istefa verməsini nəzərə alaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1. Ayaz Niyazi oğlu Mütəllibova gəlirlərinin indeksləşdirilməsi nəzərə alınmaqla ayda 10000 manat olmaqla ömürlük təqaüd təyin edilsin.
2. Ayaz Niyazi oğlu Mütəllibovun şəxsiyyətinin və mülkiyyətinin toxunulmazlıq hüququ saxlanılsın.
3. Ayaz Niyazi oğlu Mütəllibovun və ailəsinin təhlükəsizliyini təmin etmək üçün 10 nəfərdən ibarət mühafizə dəstəsi ayrılsın. Ona xidmət maşını və bağ evi verilsin.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 6 mart 1992-ci il.