Qanunvericilik › “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, 02.06.2026) › Tam mətn

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, 02.06.2026)

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, 02.06.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 628 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 5.8-ci və 5.9-cu bəndlərinə əsasən Kollegiya

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində nəzarət və qiymətləndirmə Qaydaları və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin fəaliyyətinin təşkili Qaydalarında dəyişiklik təsdiq edilməsi barədə” 2013-cü il 19 dekabr tarixli 1/1-05 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 10 mart tarixli 1/1-04 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının 2022-ci il 11 aprel tarixli MİHO/4.1-3.2-2022-15 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.

3. Hüquqi təminat şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. İctimaiyyətlə əlaqələr şöbəsi bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini təmin etsin.

1.1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə Qaydası” (bundan sonra - Qayda) “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Dövlət Agentliyi) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edir.

1.3. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. vəsait – Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait;

1.3.2. mükafat - Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ödənilən vəsait;

1.4. “ASAN xidmət” mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürülür.

1.5. Vəsaitin Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata keçirilir. Ayrılan vəsaitin bölgüsü Dövlət Agentliyinin Aparatına münasibətdə Dövlət Agentliyinin sədrinin, “ASAN xidmət” mərkəzlərinə münasibətdə müvafiq mərkəz direktorunun əmri əsasında təsdiq edilir.

1.6. Dövlət Agentliyinin Aparatının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 50%-i miqdarında, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 80%-i miqdarında ödənilir. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat Dövlət Agentliyinin Kollegiyasının 2013-cü il 19 dekabr tarixli 1/1-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”nın 11-1.6.5-ci yarımbəndinə uyğun olaraq hesablanmış aylıq yekun balına müvafiq miqdarda ödənilir.

1.7. Mükafat aşağıdakı günlər üçün hesablanmır:

1.7.1. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

1.7.2. işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

1.8. Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində 6 aydan az fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının işçilərinə, habelə “ASAN xidmət” mərkəzinin direktoru ilə razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının işçilərinə əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilmir.

1.9. Dövlət Agentliyinin işçisi barəsində yazılı qaydada xəbərdarlıq edildikdə növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən edilən mükafata 30%-i, təqvim ilində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50%-i, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100%-i miqdarında azaltma tətbiq edilməklə hesablama aparılır. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı təqdimat olduqda Dövlət Agentliyinin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə bilər.

1.10. Vəsaitin 20%-i Dövlət Agentliyinin Aparatının işçilərini mükafatlandırılmaq, habelə Dövlət Agentliyinin işçilərinə və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar ödəmək, 80%-i “ASAN xidmət” mərkəzlərinin işçilərinin və digər dövlət orqanlarının işçilərini mükafatlandırılmaq məqsədilə ayrılır. “ASAN xidmət” mərkəzlərinə ayrılan vəsaitin 45%-i Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçiləri, 55%-i isə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün nəzərdə tutulur.

1.11. Daha yüksək boş vəzifənin, habelə daha yüksək vəzifə üzrə başqa işçinin (müəyyən səbəbdən (əmək məzuniyyətində olma istisna olmaqla) iş yerində olmayan) əmək funksiyasının icrası həvalə edilən işçinin mükafatlandırılması həvalə edilən vəzifə üzrə 3 aydan çox olmamaqla həyata keçirilir.

1.12. Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar müəyyən edilərkən onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri və Dövlət Agentliyində iş stajı nəzərə alınır. İş stajına görə fərdi mükafatlar ödənilən zaman sosial məzuniyyət dövrləri və 1 (bir) aydan çox müddətdə ödənişsiz məzuniyyət dövrləri nəzərə alınmır.

1.13. Bu Qaydanın 1.6-1.9-cu bəndlərində müəyyən edilmiş qaydada işçiyə ödənilməyən mükafat məbləği Dövlət Agentliyinin Aparatına münasibətdə bu Qaydanın 1.10-cu bəndinə uyğun olaraq fərdi mükafatların ödənilməsi üçün istifadə olunur, “ASAN xidmət” mərkəzlərində Dövlət Agentliyinin işçilərinə və digər dövlət orqanlarının işçilərinə münasibətdə isə bu Qaydanın 3-cü və 4-cü hissələrinə uyğun olaraq bölünür.

2.1. Dövlət Agentliyinin Aparatının işçilərinə ayrılan vəsaitin bölgüsünün aparılması məqsədi ilə Dövlət Agentliyinin sədrinin əmri ilə vəzifə maaşının 2 (iki) mislindən artıq olmamaq şərti ilə əmsallar müəyyən edilir.

2.2. Mükafat aylıq vəzifə maaşı və əmsallar tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır:

AVM – işçinin aylıq vəzifə maaşı

İİG – işçinin iş günlərinin sayı

ÜİG – hesabat ayında ümumi iş günlərinin sayı

işçinin 1 aylıq vəzifə maaşı 915.00 manat, hesabat ayında iş günlərinin sayı 22 gün, işçinin iş günlərinin sayı 20 gün təşkil edir;

mükafat = 915 x 20 x 0.7 / 22 = 582.27 manat.

2.3. Bu Qaydanın 1.10-cu bəndində müəyyən edilən 20% məbləğində vəsaitin bölgüsü Dövlət Agentliyinin sədrinin əmri ilə rəsmiləşdirilir.

3.1. “ASAN xidmət” mərkəzlərinə müvafiq il üzrə ayrılmış ümumi vəsait aylar üzrə bərabər bölünür və mükafatlandırma hər aya uyğun olaraq ayrılmış vəsait əsasında həyata keçirilir.

3.2. Müvafiq ay üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilərinə ayrılmış ümumi vəsaitin 40%-i işçilərin vəzifə maaşlarına, digər 60%-i isə “ASAN xidmət” mərkəzlərinə daxil olmuş müraciətlərin sayına uyğun olaraq bölünür.

3.3. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzinə işçilərinin vəzifə maaşlarına münasibətdə ayrılan vəsait aşağıdakı düsturla hesablanır:

VMAV – “ASAN xidmət” mərkəzinə müvafiq ay üzrə vəzifə maaşlarına görə ayrılan vəsait

AÜV - bütün “ASAN xidmət” mərkəzlərinə işçilərin vəzifə maaşlarına uyğun müvafiq ay üzrə ayrılan ümumi vəsait

VMÜC – bütün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilərin vəzifə maaşlarının ümumi cəmi

İVMC- müvafiq “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən işçilərin vəzifə maaşlarının cəmi

bütün “ASAN xidmət” mərkəzinlərinə müvafiq ay üzrə vəzifə maaşlarına uyğun ayrılmış ümumi vəsait 162 260,0 manat (ASAN xidmət mərkəzlərinə ayrılmış ümumi vəsaitin 40 %-i)

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilərin vəzifə maaşlarının ümumi cəmi 1 302 294,0 manat;

Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən işçilərin vəzifə maaşlarının cəmi 60 055,0 manat;

162 260,0 / 1 302 294,00 x 60 055,0 = 7482,58 manat;

1 saylı Bakı "ASAN xidmət" mərkəzində ştatda olan işçilərin vəzifə maaşının cəminə görə müvafiq ay üzrə 7482,58 manat vəsait ayrılır.

3.4. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzinə daxil olmuş müraciətlərin sayına uyğun ayrılan vəsaitin hesablanması üçün hər mərkəz üçün xüsusi çəki müəyyən edilir. “ASAN xidmət” mərkəzləri üzrə xüsusi çəki aşağıdakı düsturla hesablanır:

MÜC – müvafiq ay üzrə bütün “ASAN xidmət” mərkəzlərinə edilmiş müraciətlərin ümumi cəmi

MC – müvafiq ay üzrə “ASAN xidmət” mərkəzinə edilmiş müraciətlərin cəmi

müvafiq ay üzrə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə edilmiş müraciətlərin cəmi –49 758;

müvafiq ay üzrə bütün "ASAN xidmət" mərkəzlərinə edilmiş müraciətlərin cəmi 811 770;

49 758 / 811 770 x 100 = 6,12%;

1 saylı Bakı "ASAN xidmət" mərkəzinə edilmiş müraciətlərin cəminə görə xüsusi çəki 6,12%-dir.

3.5. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzinə daxil olmuş müraciətlərin sayına münasibətdə ayrılan vəsait aşağıdakı düsturla hesablanır:

MSAÜV –bütün “ASAN xidmət” mərkəzlərinə müvafiq ay üzrə müraciət sayına uyğun ayrılmış ümumi vəsait

MSUAV –“ASAN xidmət” mərkəzinə müvafiq ay üzrə müraciət sayına uyğun ayrılmış vəsait

bütün “ASAN xidmət” mərkəzinlərinə müvafiq ay üzrə müraciət sayına uyğun ayrılmış ümumi vəsait 243 390 manat (ASAN xidmət mərkəzlərinə ayrılmış ümumi vəsaitin 60 %-i);

1 saylı Bakı "ASAN xidmət" mərkəzinə müvafiq ay üzrə edilmiş müraciətlərin cəminə görə xüsusi çəki – 6.12%;

243 390 x 6.12% = 14 895,47 manat

3.6. Müvafiq "ASAN xidmət" mərkəzinə işçilərin vəzifə maaşının cəminə görə hesablanmış vəsait və mərkəzə edilmiş müraciətlərin cəminə görə hesablanmış vəsait toplanaraq həmin mərkəzə müvafiq ay üzrə ayrılacaq vəsaitin cəmi müəyyən edilir.

3.7. Müvafiq “ASAN xidmət” mərkəzinin işçilərinə ayrılan vəsaitin bölgüsündə hər ay üçün həmin “ASAN xidmət” mərkəzinin işçilərinin orta iş günü tapılır və hər bir işçiyə əmsal hesablanır.

3.8. Orta iş günü işçilərin cəmi iş günlərinin sayının işçilərin sayına bölünməsi ilə tapılır. Hər bir işçinin iş gününə uyğun əmsalın hesablanması üçün işçinin vəzifə maaşı orta iş gününə bölünür və işçinin aylıq iş gününə vurulur.

işçinin vəzifə maaşı - 825 manat;

bir işçinin aylıq iş günü - 20 gün;

“ASAN xidmət” mərkəzinin işçilərinin hesabat ayında aylıq iş günlərinin ümumi cəmi - 873 gün;

“ASAN xidmət” mərkəzinin işçilərinin cəmi sayı - 45 nəfər;

“ASAN xidmət” mərkəzinin orta iş günü - 873 / 45 = 19,40;

işçinin iş gününə görə tapılan əmsal = 825 manat / 19,40 (orta iş günü) * 20 (aylıq iş günü sayı) = 850.52

3.9. Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilərinə fərdi mükafatlar müəyyən edildikdə müvafiq ay üzrə ayrılmış vəsaitin 5%-i məbləği mükafatların ödənilməsi üçün ayrıla bilər. Müvafiq “ASAN xidmət” mərkəzinə fərdi mükafatın ödənilməsi üçün ayrılmış vəsaitin bölgüsü həmin “ASAN xidmət” mərkəzinin direktorunun əmri ilə rəsmiləşdirilir.

3.10. “ASAN xidmət” mərkəzinin işçilərinə xidməti fəaliyyətində fərqlənməsinə görə əlavə mükafatın hesablanması üçün əmsala mərkəzin direktorunun əmri ilə fərq tətbiq edilə bilər.

3.11. İş günü olan işçiyə hesablanan əmsala düşən məbləğin tapılması üçün müvafiq ay üzrə “ASAN xidmət” mərkəzinin işçilərinə ayrılan vəsait “ASAN xidmət” mərkəzinin işçilərinə hesablanan əmsalların cəminə bölünür və vahid əmsala düşən məbləğ tapılır. Vahid əmsala düşən məbləğ tapıldıqdan sonra “ASAN xidmət” mərkəzinin işçilərinin iş gününə görə hesablanan əmsal vahid əmsala düşən məbləğə vurularaq müvafiq ay üzrə mükafat müəyyən edilir.

850.52 (əmsal) + 20% (fərqləndirmə) = 1020.62;

fərqlənmə nəticəsində iş günü olan işçiyə hesablanan əmsal = 1020.62;

“ASAN xidmət” mərkəzinin işçilərinə ayrılan vəsait – 22 377.52 manat;

“ASAN xidmət” mərkəzinin işçilərinə hesablanan əmsalların cəmi -58,250;

vahid əmsala düşən manat =22 377,52 / 58,250 = 0,384;

1020.62 əmsal * 0,384 manat = 391.92 manat;

işçiyə hesablanan mükafat = 391.92 manat

4.1. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarına müvafiq il üzrə ayrılmış ümumi vəsait aylar üzrə bərabər bölünür və mükafatlandırma hər aya uyğun olaraq ayrılmış vəsait əsasında həyata keçirilir.

4.2. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinə ayrılmış ümumi vəsaitin 40%-i “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanı işçilərinin ümumi sayına, digər 60%-i isə “ASAN xidmət” mərkəzlərində göstərilən digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin sayına uyğun olaraq bölünür.

4.3. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən digər dövlət orqanı işçilərinin ümumi sayına münasibətdə vəsait aşağıdakı düsturla hesablanır:

AV –“ASAN xidmət” mərkəzinə digər dövlət orqanı işçilərinin sayına görə müvafiq ay üzrə ayrılan vəsait

AÜV –bütün “ASAN xidmət” mərkəzlərinə müvafiq ay üzrə digər dövlət orqanlarına işçi sayına görə ayrılan ümumi vəsait

İÜS –bütün “ASAN xidmət” mərkəzində olan digər dövlət orqanları işçilərinin ümumi sayı

İS – müvafiq “ASAN xidmət” mərkəzində olan digər dövlət orqanı işçilərinin sayı

bütün “ASAN xidmət” mərkəzlərinə digər dövlət orqanları işçi sayına görə müvafiq ay üzrə ayrılan vəsait (40%) 198 317.77 AZN;

“ASAN xidmət” mərkəzlərində digər dövlət orqanı işçilərinin ümumi sayı 1 650;

1 saylı Bakı “ASAN xidmət” mərkəzində digər dövlət orqanının işçilərinin sayı 80;

198 317,77 / 1 650 x 80 = 9 615,40 AZN

4.4. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzlərində digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin sayına uyğun vəsaitin hesablanması üçün hər mərkəz üçün xüsusi çəki müəyyən edilir. Xüsusi çəki aşağıdakı düsturla hesablanır:

GXÜC - müvafiq ay üzrə bütün “ASAN xidmət” mərkəzlərində digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin ümumi cəmi

GXC – müvafiq ay üzrə “ASAN xidmət” mərkəzində digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin cəmi

müvafiq ay üzrə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin cəmi – 38 539;

müvafiq ay üzrə bütün “ASAN xidmət” mərkəzlərində digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin ümumi cəmi 565 642;

38 539 / 565 642 x 100 = 6,81;

1 saylı Bakı "ASAN xidmət" mərkəzində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin cəminə görə xüsusi çəki 6,81%-dir.

4.5. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzində digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin sayına uyğun ayrılan vəsait aşağıdakı düsturla hesablanır:

XSAÜV – müvafiq ay üzrə bütün “ASAN xidmət” mərkəzlərində digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin sayına görə ayrılmış ümumi vəsait

XÇ – xüsusi çəki (Qaydaların 4.4-cü bəndində müəyyən edilmişdir)

AÜV –“ASAN xidmət” mərkəzində digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin sayına görə müvafiq ay üzrə ayrılmış ümumi vəsait

müvafiq ay üzrə bütün “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayına görə ayrılmış ümumi vəsait (60%) 297 476, 65 AZN;

1 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə xüsusi çəki 6,81%;

1 saylı Bakı “ASAN xidmət” mərkəzində göstərilən xidmət sayına görə müvafiq ay üzrə ayrılan ümumi vəsait 297 476, 65 x 6,81% = 20 285, 16 AZN

4.6. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə müvafiq ay üzrə vəsait 60-40% nisbətdə ayrılır və bölgüsü bu Qaydaya uyğun həyata keçirilir.

4.7. “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə müvafiq ay üzrə ayrılan vəsaitin 60%-i sabit nisbətdə dövlət orqanları arasında bölünür. Sabit vəsait şəklində bölgü aşağıdakı düsturla hesablanır:

SNBV - müvafiq “ASAN xidmət” mərkəzində sabit nisbətdə bölünən vəsait (ayrılmış vəsaitin 60%-i)

İS - digər dövlət orqanlarının işçi sayı

"ASAN xidmət" mərkəzində digər dövlət orqanlarının işçilərinə müvafiq ay üzrə ayrılmış vəsait 29 900,56 manat x 60% = 17 940,34 manat (sabit nisbətdə bölünən vəsait);

1 saylı Bakı "ASAN xidmət" mərkəzində digər dövlət orqanlarının işçilərinin sayı – 80 nəfər;

17 940,34 / 80 = 224,25 manat;

1 saylı Bakı "ASAN xidmət" mərkəzində digər dövlət orqanlarının işçilərinin hər birinə müvafiq ay üzrə 60%-dən düşən mükafat – 224,25 manat.

4.8. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən müvafiq dövlət orqanının işçilərinə sabit nisbətdə (ayrılan vəsaitin 60%-i) müəyyən edilən mükafat məbləği həmin dövlət orqanında fəaliyyət göstərən işçilərin sayına vurulmaqla həmin dövlət orqanına ayrılan vəsaitin cəmi tapılır.

4.9. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə ayrılan 40% vəsaitin bölgüsü üçün xüsusi çəki müəyyən edilir. Xüsusi çəki aşağıdakı düsturla hesablanır:

GXS – müvafiq ay üzrə “ASAN xidmət” mərkəzində dövlət orqanı tərəfindən göstərilmiş xidmət sayı

GXCS – müvafiq ay üzrə “ASAN xidmət” mərkəzində digər dövlət orqanları tərəfindən göstərilmiş xidmətlərin cəmi sayı

1 saylı Bakı "ASAN xidmət" mərkəzində müvafiq dövlət orqanı tərəfindən müvafiq ay üzrə göstərilmiş xidmət sayı – 4 114;

1 saylı Bakı "ASAN xidmət" mərkəzində müvafiq ay üzrə göstərilən xidmətlərin cəmi sayı – 38 539;

4 114/ 38 539 x 100 = 10,67%.

1 saylı Bakı "ASAN xidmət" mərkəzində müvafiq dövlət orqanı tərəfindən müvafiq ay üzrə göstərilən xidmətlərin sayına görə xüsusi çəki 10,67%-dir.

4.10. Müvafiq ay üzrə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə ayrılan 40% vəsaitin bölgüsü aşağıdakı düsturla hesablanır:

XÇDM – dövlət orqanına xüsusi çəki ilə düşən mükafat

müvafiq ay üzrə "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri tərəfindən göstərilmiş xidmətlərin sayına görə ayrılan vəsait 29 900, 56 manat x 40% = 11 960,24 manat;

1 saylı Bakı "ASAN xidmət" mərkəzində göstərilən xidmətlərin sayına görə xüsusi çəki 10,67%;

11 960, 24 x 10,67% = 1 276,16 manat

1 saylı Bakı "ASAN xidmət" mərkəzində göstərilən xidmətlərin sayına görə müvafiq dövlət orqanının işçilərinə müvafiq ay üzrə ayrılmış ümumi vəsait 1 276.16 manatdır.

4.11. Müvafiq ay üzrə "ASAN xidmət" mərkəzində müvafiq dövlət orqanı işçilərinin sayına görə hesablanmış vəsait və həmin dövlət orqanı tərəfindən göstərilmiş xidmətlərin cəminə görə hesablanmış vəsait toplanaraq həmin dövlət orqanının işçilərinə ayrılacaq vəsaitin cəmi müəyyən olunur.

4.12. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanının işçisinə ayrılacaq vəsaitin bölgüsü Dövlət Agentliyinin Kollegiyasının 2013-cü il 19 dekabr tarixli 1/1-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun bal əsasında həyata keçirilir.

4.13. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə müvafiq ay üzrə hesablanan mükafat vahid balına düşən məbləğ əsasında müəyyən olunur. Müvafiq dövlət orqanının işçisinin vahid balına düşən məbləğin tapılması üçün həmin dövlət orqanının işçilərinə bölünən vəsait bu işçilərin aylıq yekun ballarının cəminə bölünür. Daha sonra “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən müvafiq dövlət orqanının işçilərinin aylıq yekun balı onların vahid balına düşən məbləğə vurulmaqla aşağıdakı şərti misala uyğun onların mükafatı hesablanır.

işçinin aylıq yekun balı – 76.65;

müvafiq dövlət orqanının işçiləri arasında müvafiq ay üzrə bölünən vəsait – 1 276.16+1 121,25 (224,25 manat x 5 işçi) =2397.41 manat;

müvafiq dövlət orqanının işçilərinin aylıq yekun ballarının cəmi – 369.34;

vahid bala düşən məbləğ – 2397.41/369.34 = 6.49 manat;

müvafiq ay üzrə işçiyə hesablanan mükafat – 76.65 * 6.49= 497.46 manat.

4.14. Səyyar “ASAN xidmət”də Dövlət Agentliyinin və Agentliyin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin aylıq mükafatına səyyar xidmətdə olduğu iş gününə görə əlavələr tətbiq edilir.

4.15. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinə fərdi mükafatlar müəyyən edildikdə müvafiq ay üzrə ayrılmış vəsaitin 5%-i məbləği mükafatların ödənilməsi üçün ayrıla bilər. Müvafiq “ASAN xidmət” mərkəzinə fərdi mükafatın ödənilməsi üçün ayrılmış vəsaitin bölgüsü həmin “ASAN xidmət” mərkəzinin direktorunun əmri ilə rəsmiləşdirilir.

5.1. Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin müxtəlif işlər üzrə əmək funksiyaları, vətəndaşlara xidmətlərin qanuna uyğun və etik davranış qaydalarına əməl edilməklə göstərilməsində fərqlənmə halları, xüsusi əmək şəraiti, o cümlədən xüsusi peşə və ixtisas üzrə əmək vəzifələri nəzərə alınmaqla Dövlət Agentliyinin sədrinin göstərişi ilə vəsaitin ayrılmasında dəyişikliklər edilə bilər.

5.2. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının ayrılmış vəsaitindən işçilərinin vəzifə maaşlarına edilən əlavələr nəzərə alınaraq həmin orqanlar və Dövlət Agentliyi arasında məlumat mübadiləsi əsasında “ASAN xidmət” mərkəzlərində xidmət göstərən işçilərinin mükafatları hesablanarkən bu Qaydaya uyğun onlara düşəcək məbləğ azaldıla bilər. Qalıq qalan vəsait digər işçilərin mükafatlarına hesablanır.

6.1. Vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

6.2. Vəsaitin istifadə olunmasına dair hesabat Dövlət Agentliyi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

Mükafatdan fiziki şəxslərin gəlir vergisi, həmçinin məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver