AZƏRBAYCAN RESPUBLİKASI SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ KOLLEGİYASININ QƏRARI
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:
1.1. Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament təsdiq olunsun (əlavə olunur).
1.2. İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament təsdiq olunsun (əlavə olunur).
1.3. Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi üzrə inzibati reqlament təsdiq olunsun (əlavə olunur).
1.4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament təsdiq olunsun (əlavə olunur).
2. Hüquqi Təminat şöbəsi bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyasının 7 iyul 2015-ci il tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata və ya istefaya buraxılmış şəxslərə arxiv arayışlarının verilməsi üçün müraciət və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Qanununun 10-cu və 24.1-ci maddələri;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.37-ci, 3.0.44-cü, 3.0.57-ci və 3.0.59-cu yarımbəndləri;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı il təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 35.2-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra-Xidmət).
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
Elektron xidmətin icra müddəti iki iş günüdür.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Xidmətdən ehtiyata və ya istefaya buraxılmış Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə arxiv arayışının təqdim olunması.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://exidmet.seferberlik.gov.az/Security/Login/Index/?ReturnUrl=%2fApplication%3fserviceId%3d4%26petttionGoal%3d304&serviceId=4&petttionGoal=304
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. Elektron xidmət barədə məlumatlandırma aşağıdakı mənbələr vasitəsilə aparılır:
1. http://www.seferberlik.gov.az;
2. e-mail: info @ seferberlik.gov.az;
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən doldurulan elektron ərizəyə (əlavə edilir) aşağıdakı sənəd və məlumatlar əlavə olunur:
1. Azərbaycan Respublikası vətəndaşları üçün:
1.1. şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi,
1.2. hərbi biletin seriyası və nömrəsi.
2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin seriyası və nömrəsi.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması:
İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanına daxil olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin) seriyası və nömrəsi ilə qeydiyyatdan keçərək bu reqlamentin 2.6-cı bəndinə uyğun sorğunu formalaşdırır.
Qeyd: Qeydiyyatdan keçmək məqsədi ilə - istifadəçi bu reqlamentin 2.5-ci bəndində göstərilən internet ünvana daxil olaraq “Elektron xidmətlər” bölməsini seçir, açılan pəncərədə “Təlimat” düyməsinə vuraraq istifadə qaydaları ilə tanış olur.
3.1.2. Sorğunun qəbulu:
Sorğu Xidmətin internet ünvanına daxil olduğu tarixdə qeydə alınır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
Sorğu bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənəd və məlumatlara uyğun formalaşdırılmadıqda sorğunun qəbul edilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır. Bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir.
3.2.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. Sorğu Xidmət tərəfindən qəbul olunur;
2. qəbul edilmiş sorğu barədə istifadəçi elektron qaydada dərhal məlumatlandırılır;
3. İnzibati əməliyyatların həyata keçirilməsinə məsul şəxs - Xidmətin Analitik Təhlil Rabitə və İnformasiya Texnologiyaları İdarəsinin rəhbəridir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
1. Sənədlər Xidmətdə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların bir iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir;
2. İstifadəçi tərəfindən göndərilən sənəd və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlərin düzgünlüyü Xidmətin məsul şəxsi tərəfindən yoxlanılır;
3. arxiv arayışının verilmə vaxtı və yeri barədə elektron poçt ünvanı vasitəsilə istifadəçiyə məlumat verilir;
4. inzibati əməliyyatlar iki iş günü müddətində icra edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
1. sənədlər qəbul edilərək, çap edilir;
2. sənədlərin düzgünlüyü Xidmətin məsul şəxsi tərəfindən yoxlandıqdan sonra arxiv arayışının hazırlanması üçün Xidmətin Kadrlar idarəsinə və ya yerli idarə, şöbə və bölmələrinə təqdim edilir;
3. istifadəçi elektron qaydada məlumatlandırıldıqdan sonra hərbi vəzifəlilər hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölmələrinə, istefada olan şəxslər sonuncu hərbi qeydiyyatda olduğu və ya yaşadığı yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xidmətin Aparatına gələrək arxiv arayışını əldə edirlər.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması:
Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslər Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən proqram təminatı vasitəsilə onlayn qaydada nəzarətdə saxlanılır.
3.4.2. Nəzarət qaydası:
Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxs tərəfindən daim izlənilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
İnzibati şikayət forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti:
Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilmiş şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır.
“Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əlavə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə
Şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar öz əksini tapır
Yazıb Sizdən xahiş edirəm ki, mənə arxiv arayışının (hərbi xidmətkeçmə, hərbi qeydiyyatda olma, veteranlıq və s. barədə) verilməsinə dair göstəriş verəsiniz.
Hansı səbəbdən arxiv arayışı istənilir
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyasının 7 iyul 2015-ci il tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) tərəfindən verilən itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 6.5-ci və 28.6-cı maddələri;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.57-ci yarımbəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı il təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 35.3-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.
1.5 Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
Elektron xidmətin icra müddəti üç iş günüdür.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://exidmet.seferberlik.gov.az/Security/Login/Index/?ReturnUrl=%2fApplication%2fPreLoadIndex%3fserviceId%3d3&serviceId=3
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. Elektron xidmət barədə məlumatlandırma aşağıdakı mənbələr vasitəsilə aparılır:
1. http://www.seferberlik.gov.az;
2. e-mail: info @ seferberlik.gov.az;
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən doldurulan elektron ərizəyə (1 və 2 nömrəli əlavələr) aşağıdakı sənəd və məlumatlar əlavə olunur:
1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi;
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq idarə və şöbələrinin tapıntılar bürosundan verilən arayışın skan edilmiş surəti.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması:
İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanına daxil olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi ilə qeydiyyatdan keçərək bu reqlamentin 2.6-cı bəndinə uyğun sorğunu formalaşdırır.
Qeyd: Qeydiyyatdan keçmək məqsədi ilə - istifadəçi bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən internet ünvana daxil olaraq “Elektron xidmətlər” bölməsini seçir, açılan pəncərədə “Təlimat” düyməsinə vuraraq istifadə qaydaları ilə tanış olur.
3.1.2. Sorğunun qəbulu:
Sorğu Xidmətin internet ünvanına daxil olduğu tarixdə qeydə alınır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
Sorğu bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərə uyğun formalaşdırılmadıqda sorğunun qəbul edilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır. Bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir.
3.2.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən tələb olunan sənəd və məlumatlar düzgün daxil edildikdən sonra sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. Sorğu Xidmət tərəfindən qəbul olunur;
2. sorğunun qəbulu barədə istifadəçi elektron qaydada dərhal məlumatlandırılır;
3. hərbi vəzifəlilərin və istefada olan vətəndaşların sənədləri icra edilməsi üçün Xidmətin Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinə, ilkin hərbi qeydiyyata alınmış vətəndaşların sənədləri isə Xidmətin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinə göndərilir;
4. hərbi vəzifəlilərin və istefada olan vətəndaşların sənədlərinə məsul şəxs - Xidmətin Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəisi;
5. ilkin hərbi qeydiyyata alınmış vətəndaşların sənədlərinə məsul şəxs - Xidmətin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisi.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
1. Sənəd və məlumatlar Xidmətdə araşdırıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların bir iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir;
2. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlərin düzgünlüyü Xidmətin məsul şəxsi tərəfindən yoxlanılır;
3. itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin hazırlanaraq verilmə vaxtı və yeri barədə elektron poçt ünvanı vasitəsilə istifadəçiyə məlumat verilir;
4. inzibati əməliyyatlar üç iş günü müddətində icra edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
1. sənədlər qəbul edilərək, çap edilir;
2. məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra itirilmiş hərbi biletin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin) hazırlanması üçün aidiyyəti idarə, şöbə və bölməyə təqdim edilir;
3. istifadəçi şəxsən Xidmətin müvafiq yerli idarə, şöbə və bölmələrinə gələrək itirilmiş hərbi biletin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin) əvəzinə yenisini əldə edir. Bu halda istifadəçi tapıntılar bürosundan arayışın əslini təqdim etməlidir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması:
Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslər Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən proqram təminatı vasitəsilə onlayn qaydada nəzarətdə saxlanılır.
3.4.2. Nəzarət qaydası:
Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxs tərəfindən daim izlənilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
İnzibati şikayət forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti:
Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilmiş şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır.
“İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli əlavə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə
Şəxsiyyət vəsiqəsi üzrə məlumatlar öz əksini tapır
Yazıb Sizə bildirirəm ki, hərbi biletimi itirmişəm (hansı şəraitdə itməsi göstərilməklə). Xahiş edirəm mənə itirilmiş hərbi bilet əvəzinə yeni hərbi bilet verilməsinə dair göstəriş verəsiniz.
Hansı şəraitdə itirilib:
Nümunə: ictimai nəqliyyatda, yaşayış yerini dəyişərkən, yanğın, konkret təbii fəlakət zamanı və s.
“İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 2 nömrəli əlavə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə
Şəxsiyyət vəsiqəsi üzrə məlumatlar öz əksini tapır
Yazıb Sizə bildirirəm ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəmi itirmişəm (hansı şəraitdə itməsi göstərilməklə). Xahiş edirəm mənə itirilmiş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəmin əvəzinə yeni vəsiqə verilməsinə dair göstəriş verəsiniz.
Hansı şəraitdə itirilib:
Nümunə: ictimai nəqliyyatda, yaşayış yerini dəyişərkən, yanğın, konkret təbii fəlakət zamanı və s.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyasının 7 iyul 2015-ci il tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsini nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Qanununun 10-cu maddəsi;
1.3.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 12-ci maddəsi;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.57-ci və 3.0.59-cu yarımbəndləri;
1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı il təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 35.4-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra – Xidmət).
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumat verilir.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
Elektron xidmət ödənişsizdir. Müvafiq mobil operatorlar tərəfindən xidmət haqqı tutulur.
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.seferberlik.gov.az/elektron/military
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. Elektron xidmət barədə məlumatlandırma aşağıdakı mənbələr vasitəsilə aparılır:
1. http://www.seferberlik.gov.az;
2. e-mail: info @ seferberlik.gov.az;
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet vasitəsilə verilməsi üçün heç bir sənəd tələb olunmur;
2.6.2. Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların qısa mesaj (SMS) vasitəsilə verilməsi üçün şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması:
1. Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet vasitəsilə verilməsi üçün sorğunun formalaşdırılması:
İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvana daxil olaraq açılan müraciət formasına özü barədə məlumatları (soyadı, adı, atasının adı, doğum tarixi, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə, bölməsi və şəkildəki simvolları) daxil etdikdən sonra sorğunu göndərir.
2. Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların qısa mesaj (SMS) vasitəsilə verilməsi üçün sorğunun formalaşdırılması:
İstifadəçi mobil telefonu vasitəsilə (hansı mobil operatorun xidmətindən istifadə edilməsindən asılı olmayaraq) şəxsiyyət vəsiqəsinin nömrəsini 9100 nömrəsinə (seriyasız) SMS vasitəsilə göndərməklə sorğunu formalaşdırır.
3.1.2. Sorğunun qəbulu:
Sorğu Xidmətin internet ünvanına daxil olduğu tarixdə, SMS vasitəsilə göndərilmiş sorğu isə şəxsiyyət vəsiqəsinin nömrəsi sistemə daxil olduqdan sonra qeydə alınır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
1. “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet vasitəsilə verilməsi üçün verilmiş sorğudan müraciət forması (çağırışçının soyadı, adı, atasının adı, doğum tarixi, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə, bölməsi və şəkildəki simvollar) düzgün doldurulmadıqda imtina edilir və bu barədə bildiriş ekrana çıxır. Bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir.
2. “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların qısa mesaj (SMS) vasitəsilə verilməsi üçün verilmiş sorğudan şəxsiyyət vəsiqəsinin nömrəsi yanlışdırsa imtina olunur və bu barədə istifadəçi SMS vasitəsi ilə məlumatlandırılır.
3.2.2. Sorğunun qəbulu:
1. “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet vasitəsilə verilməsi üçün istifadəçilər tərəfindən müvafiq məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə, bölməsi və şəkildəki simvolları) düzgün daxil etdikdən sonra sorğu qəbul olunur və müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumat ekranda əks olunur.
2. “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların qısa mesaj (SMS) vasitəsilə verilməsi üçün şəxsiyyət vəsiqəsinin nömrəsi düzgün göndərildikdə, sorğu qəbul olunur və istifadəçilərə müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumat SMS vasitəsi ilə göndərilir.
3.3. Sorğunun icrası:
Xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil.
3.3.1. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması:
Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslər Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən proqram təminatı vasitəsilə onlayn qaydada nəzarətdə saxlanılır.
3.4.2. Nəzarət qaydası:
Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxs tərəfindən daim izlənilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
İnzibati şikayət forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti:
Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilmiş şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyasının 7 iyul 2015-ci il tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət istifadəçilərin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərinin elektron formada qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 36-cı maddəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.26-cı, 3.0.57-ci, 5.6.12-ci yarımbəndləri;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı il təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 35.5-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra Xidmət).
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
Elektron xidmətin icra müddəti 15 (on beş) iş günüdür.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Xidmətə həqiqi hərbi xidmətə (işə) qəbul olmaq üçün müraciət etmiş şəxslərə şəxsi işin tərtib edilib-edilməməsi barədə məlumatın verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://exidmet.seferberlik.gov.az/Application/PreLoadIndex?serviceId=1
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. Elektron xidmət barədə məlumatlandırma aşağıdakı mənbələr vasitəsilə aparılır:
1. http://www.seferberlik.gov.az;
2. e-mail: info @ seferberlik.gov.az;
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən doldurulan elektron ərizəyə (1 və 2 nömrəli əlavələr) aşağıdakı sənəd və məlumatlar əlavə olunur:
1. Azərbaycan Respublikasının vətəndaşları üçün:
1.1. şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi;
1.2. anket (3 nömrəli Əlavə, onlayn qaydada doldurulur);
1.3. şəxsən yazılmış tərcümeyi-halın skan edilmiş surəti;
1.4. təhsil haqqında sənədin skan edilmiş surəti;
1.5. xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamənin skan edilmiş surəti;
1.6. doğum haqqında şəhadətnamənin skan edilmiş surəti;
1.7. nikah haqqında şəhadətnamənin (evli olduqda) skan edilmiş surəti;
1.8. uşaqların doğum haqqında şəhadətnamələrinin (uşaq olduqda) skan edilmiş surəti;
1.9. məhkumluğun olub-olmaması barədə arayışın skan edilmiş surəti.
2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün:
2.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin seriyası və nömrəsi;
2.2. təhsil haqqında sənədin surəti.
Qeyd: Xidmətə həqiqi hərbi xidmətə (işə) qəbul olmaq üçün müraciət etmiş şəxs xidmətin Aparatına gələrkən 4 ədəd (başıaçıq, anfas) 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil təqdim etməlidir.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması:
İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanına daxil olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin) seriyası və nömrəsi ilə qeydiyyatdan keçərək bu reqlamentin 2.6-cı bəndinə uyğun sorğunu formalaşdırır.
Qeyd: Qeydiyyatdan keçmək məqsədi ilə - istifadəçi bu reqlamentin 2.5-ci bəndində göstərilən internet ünvana daxil olaraq “Elektron xidmətlər” bölməsini seçir, açılan pəncərədə “Təlimat” düyməsinə vuraraq istifadə qaydaları ilə tanış olur.
3.1.2. Sorğunun qəbulu:
Sorğu Xidmətin internet ünvanına daxil olduğu tarixdə qeydə alınır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1 Sorğunun yerinə yetirilməsindən imtina halları:
Sorğu bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənəd və məlumatlara uyğun formalaşdırılmadıqda sorğunun qəbul edilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır. Bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir.
3.2.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. Sorğu Xidmət tərəfindən qəbul olunur;
2. Sorğunun qəbulu barədə istifadəçi elektron qaydada məlumatlandırılır;
3. İnzibati əməliyyatların həyata keçirilməsinə məsul şəxs – Xidmətin Kadrlar və kadr hazırlığı idarəsinin rəisi.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
1. Sənəd və məlumatlar Xidmətdə araşdırıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların beş iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir;
2. İstifadəçi tərəfindən göndərilən sənəd və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlərin düzgünlüyü Xidmətin məsul şəxsi tərəfindən yoxlanılır;
3. Xidmətə qəbul olunması üçün yoxlama tədbirləri tam başa çatdıqdan sonra şəxsin (istifadəçi) qəbul edilmiş qərar barədə məlumatlandırılması onun müraciət etdiyi tarixdən on beş iş günü ərzində təmin edilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Xidmətə həqiqi hərbi xidmətə (işə) qəbul olmaq üçün müraciət etmiş şəxsə şəxsi işin tərtib edilib-edilməməsi barədə məlumatın verilməsi.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması:
Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslər Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən proqram təminatı vasitəsilə onlayn qaydada nəzarətdə saxlanılır.
3.4.2. Nəzarət qaydası:
Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxs tərəfindən daim izlənilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
İnzibati şikayət forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti:
Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilmiş şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır.
“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli əlavə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə
Şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar öz əksini tapır
Yazıb Sizdən xahiş edirəm ki, məni Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edəsiniz.
“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 2 nömrəli əlavə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə
Şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar öz əksini tapır
Yazıb Sizdən xahiş edirəm ki, məni Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul edəsiniz.
“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 3 nömrəli əlavə
Xidmətə (işə) qəbulla əlaqədar müraciət edən şəxslərin şəxsi məlumatları
Soyadınız, Adınız, Ata adınızı dəyişdirmişinizsə nə vaxt, harda nə səbəbə (*)
Hansı partiyanın üzvüsünüz, daxil olduğunuz il
Elmi dərəcəniz, elmi adınız (*)
Təhsil müəssisəsinin adı (*)
Təhsil müəssisəsinə qəbul olma tarixi (*)
Təhsil müəssisəsini bitirmə tarixi (*)
Elmi əsəriniz, ixtiralarınız
Xarici dillər bölməsi
Hansı xarici dilləri bilirsiniz
Qeyd etdiyiniz dili bilmə dərəcəniz
Siz xaricdə olmusunuzmu
Xaricdə yaxın qohumlarınız varsa əlavə edin
Sizin yaxın qohumlarınız, həyat yoldaşınızın yaxın qohumları. (*) Sizin yaxın qohumlarınız (həyat yoldaşınız, uşaqlarınız, atanız, ananız, qardaşınız, bacınız), həyat yoldaşınızın yaxın qohumları (atası, anası, qardaşları, bacıları) göstərilməlidir. Arvad ərinin soyadını daşıyırsa, onun qızlıq soyadı da göstərilməlidir. Əgər əvvəllər evli olmusunuzsa, keçmiş həyat yoldaşınız barədə məlumatları göstərin.
Əmək fəaliyyətinə başladığınız vaxtdan gördüyünüz iş. (*)Əmək fəaliyyətinə başladığınız vaxtdan gördüyünüz iş (ali və orta ixtisas təhsil müəssisələrində təhsil, hərbi xidmət də daxil olmaqla) Bu bənd doldurularkən idarələr, təşkilatlar və müəssisələr sizin işlədiyiniz dövrdə adlandırıldığı kimi göstərilməlidir. Hərbi hissənin nömrəsi və yerləşdiyi yer göstərilməlidir.
Hansı dövlət mükafatınız var?
Hərbi qulluqçu/hərbi vəzifəlisinizmi
Siz cinayət məsuliyyətinə cəlb edilmisinizmi? (*)
Anketdə göstərilən məlumatların düzgünlüyünü təsdiq edirəm
Qeyd: (*) – qeyd olunan xanaların doldurulması zəruridir.
1. 6 noyabr 2017-ci il tarixli 106 nömrəli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060106, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
2. 16 yanvar 2018-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801160005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 yanvar 2018-ci il)