Qanunvericilik › Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 15.05.2014) › Tam mətn

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 15.05.2014)

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 15.05.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (1 nömrəli əlavə).

1.2. “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə reqlament” (2 nömrəli əlavə).

1.3. “Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (3 nömrəli əlavə).

1.4. “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə inzibati reqlament” (4 nömrəli əlavə).

1.5. “Ölüm haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi üzrə inzibati reqlament” (5 nömrəli əlavə).

1.6. “Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (6 nömrəli əlavə).

1.7. “Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi üzrə inzibati reqlament” (7 nömrəli əlavə).

1.8. “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (8 nömrəli əlavə).

1.9. “Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (9 nömrəli əlavə).

2. Hüquq və daxili nəzarət sektorunun müdiri vəzifəsini icra edən E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Qərarın icrasına nəzarət Nazir müavinlərinə həvalə edilsin.

Kollegiyanın məsul katibi

1.1. Elektron xidmətin adı: Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması (verilməsi) ilə əlaqədar müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar bu reqlamentə əlavədə göstərilən ərizə və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 1-ci hissəsi;

1.3.2. "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.33-cü bəndi.

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin 2.2.4.1-ci bəndi.

1.3.5. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 2010-cu il 08 sentyabr tarixli 69 nömrəli əmri ilə təsdiq olunmuş “Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi Qaydaları”nın 1.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 10 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Tibb işçiləri tərəfindən ixtisas dərəcəsinin alınması üçün müsahibəyə buraxılması barədə bildirişin əldə edilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Ali və orta tibb və əczaçılıq təhsilini başa vurmuş şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.health.gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az.

Elektron poçt: office@e-health.gov.az.

Telefon (+99412) 565-12-43

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. şəxsiyyət vəsiqəsinin nömrəsi və fin kodu.

2.6.2. ərizə (əlavə olunur);

2.6.3. işlədikləri müəssisənin möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş ixtisası üzrə 5 illik fəaliyyəti haqqında hesabat və xasiyyətnamə.

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi, bu reqlamentin 2.4-cü bəndində göstərilən internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. İstifadəçinin müraciətini qəbul edilməsi – Sertifikasiya Şurası;

3.3.1.2. Müraciətin və sənədlərin yoxlanılması – Sertifikasiya Şurası;

3.3.1.3. Müsahibənin keçirilməsi - ixtisas komissiyası;

3.3.1.4. ixtisas dərəcəsi barədə şəhadətnaməsinin verilməsi – nazirliyin Ümumi şöbəsi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi, ixtisas dərəcəsinin verilməsi ilə əlaqədar müraciət edilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir. Avtomatik rejimdə müraciət nazirliyin Sertifikasiya Şurası üçün hazırlanmış proqram təminatına daxil olur və qəbul edir.

3.3.2.2. Nazirliyin Sertifikasiya Şurası göndərilmiş müraciəti və sənədləri yoxlayır.

3.3.2.3. Nazirliyin Sertifikasiya Şurası ixtisas komissiyası təşkil edərək müsahibə keçirir və rəy hazırlayaraq nazirliyə göndərir.

3.3.2.4. İxtisas komissiyası tərəfindən hazırlanmış rəyə əsasən müraciət etmiş şəxsə ixtisas dərəcəsi barədə şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. Şəhadətnamə, ərizəçiyə birbaşa, poçt rabitəsi vasitəsilə və yaxud rəsmiləşdirilərək, istifadəçinin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilməklə təqdim olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarət nazirliyin ümumi şöbəsi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

1. Elektron registrin kodu: ______________________________________________

2. Soyadı: _____________________________________________________________

3. Adı: ________________________________________________________________

4. Atasının adı: ________________________________________________________

5. Doğulduğu tarix: _____________________________________________________

6. Cinsi: _______________________________________________________________

7. Şəxsiyyət vəsiqəsinin nömrəsi: _________________________________________

______________________________________________________________________

8. İşlədiyi müəssisə/idarə/təşkilat: ________________________________________

______________________________________________________________________

______________________________________________________________________

9. Vəzifəsi: ____________________________________________________________

______________________________________________________________________

10. Tibbi ixtisası:________________________________________________________

______________________________________________________________________

11. İxtisas dərəcəsi (mövcud olan halda):

3-ikinci; 4-dərəcəsis)

_____________________________________________________________________

12. Bitirdiyi təhsil müəssisəsi

Adı: ___________________________________________________________________

Fakültə: _______________________________________________________________

Bitirdiyi il: _____________________________________________________________

________________________________________________________________________

Tibb işçisinin ünvanı, əlaqə telefonlar__________________________________

_______________________________________________________________________

Tibb işçisinin imzası _____________________

Tarix ____ _____________ ___________ il

1.1. Elektron xidmətin adı: Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizənin və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin üçüncü və dördüncü abzasları və 48-ci maddəsinin birinci abzası;

1.3.2. "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

13.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.31-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 10 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İxtisasları üzrə beş ildən çox işləməmiş tibb işçiləri və əczaçılar hazırlığa cəlb olunur və hazırlığın keçmə tarixi barədə məlumat verilir.

2.1. Elektron xidmətin növü: interaktiv

Elektron xidmət üzrə ödəniş:

dövlət səhiyyə sistemi mütəxəssisləri üçün – ödənişsiz,

qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün - ödənişli

- 300 (üç yüz) manat;

Müxbir Hesab AZ41NABZ01360100000000003944

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

AZ75CTRE000000000000002128406

S.W.I.F.T BIK CTREAZ22

Təsnifat kodu: 142311 b.t.kod 3

- Ödəmə üsulu: bank, poçt, plastik kart vasitəsi ilə.

2.2. Elektron xidmətin istifadəçiləri: Ali və orta tibb və əczaçılıq təhsilini başa vurmuş şəxslər.

2.3. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az

2.4. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az.

Elektron poçt: office@e-health.gov.az.

Telefon (+99412) 565-12-43

2.5. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.5.1. Şəxsiyyət vəsiqəsinin nömrəsi və fin kodu.

2.5.2. Ali və orta ixtisas təhsil haqqında sənəd (xarici dövlətdə ali təhsil haqqında sənəd olduqda - tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə də daxil olmaqla (1999-cu ildən başlayaraq);

2.5.3. Rezidentura keçməsi haqqında sənəd (diplom), internatura vəsiqəsi və ordinatura keçməsi haqqında sənəd (olduğu təqdirdə);

2.5.4. Əmək kitabçası (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

Qeyd: Əmək kitabçasının kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti “İmtahana buraxılış vərəqəsi”nin verilməsi zamanı Səhiyyə Nazirliyinin məsul əməkdaşına təqdim olunur.

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi, bu reqlamentin 2.4-cü bəndində göstərilən internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. İstifadəçinin müraciətinin qəbul edilməsi – Kadrlar, elm və təhsil şöbəsi

3.3.1.2. Müraciətin və sənədlərin yoxlanılması – Kadrlar, elm və təhsil şöbəsi

3.3.1.3. Müraciət etmiş mütəxəssislərin hazırlığa göndərilməsi - Kadrlar, elm və təhsil şöbəsi

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi nazirliyə müraciət edilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir. Avtomatik rejimdə müraciət Nazirliyin kadrlar, elm və təhsil şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur və qəbul edir.

3.3.2.2. Kadrlar, elm və təhsil şöbəsi göndərilmiş müraciəti və sənədləri yoxlayır.

3.3.2.3. Kadrlar, elm və təhsil şöbəsi müraciət etmiş mütəxəssisi hazırlıq kursuna göndərir və bu barədə istifadəçi qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına məlumat göndərilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarət nazirliyin Aparatının rəhbəri həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

1.1. Elektron xidmətin adı: Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət dərman vasitələrinin idxalına icazə verilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizənin və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.3-cü maddəsi;

1.3.2. “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin üçüncü abzası;

1.3.3. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 fevral tarixli 528 nömrəli Fərmanının 2.2-ci bəndi;

1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.16-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) Analitik Ekspertiza Mərkəzi (bundan sonra – Mərkəz).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dərman vasitələrinin idxalına icazə verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, humanitar məqsədlər üçün sahibkarlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.health.gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.health.gov.az;

Elektron poçt: office@e-health.gov.az

Telefon: (+99412) 5960520

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Sahibkarlar üçün (yalnız humanitar məqsədlərlə)

2.6.1.1. ərizə (əlavə №1);

2.6.1.2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd;

2.6.1.3. yük göndərənin yük alıcısı ilə müqaviləsi;

2.6.1.4. istehsalçı tərəfindən verilmiş keyfiyyət sertifikat(lar)ı və ya analız protokol(lar)ı (yalnız dərman preparatları üçün);

2.6.1.5. mənşə sertifikatı.

2.6.2. Müəssisələr üçün

2.6.2.1. Ərizə (əlavə №2);

2.6.2.2. Ərizəçinin vergi uçotuna alınmasını təsdiq edən şəhdətnamənin surəti;

2.6.2.3. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.6.2.4. yük göndərənin yük alıcısı ilə müqaviləsi və ya bunu evəzedən sənəd;

2.6.2.5. istehsalçı tərəfindən verilmiş keyfiyyət sertifikat(lar)ı və ya analız protokol(lar)ı (yalnız dərman preparatları üçün);

2.6.2.6. mənşə sertifikatı.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi, bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və fin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi, internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Müraciətin qəbul edilməsi – mərkəzin Ümumi şöbəsi;

3.3.1.2. Ekspert rəyinin verilməsi – mərkəzin Dərman ekspertiza şöbəsi;

3.3.1.3. İdxala razılıq məktubunun verilməsi – mərkəz.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi, mərkəzə müraciət edilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir. Avtomatik rejimdə müraciət, mərkəzin Ümumi şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur;

3.3.2.2. Mərkəzin Ümumi şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır. Müraciət və sənədlər qəbul edildikdən sonra dərman vasitələrinin ekspertizanın keçirilməsi üçün göndərilir dərman ekspertiza şöbəsinə;

3.3.2.3. Mərkəz Dərman ekspertiza şöbəsinin rəyinə əsasən müvafiq qərar qəbul edir. Şəhadətnamə ərizəçiyə birbaşa, poçt rabitəsi vasitəsilə və ya rəsmiləşdirilərək, qeydiyyat zamanı göstərilən elektron poçt ünvanına göndərilməklə təqdim olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müvafiq qərar qəbul edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarət nazirliyin ümumi şöbəsi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

Təşkilati-hüquqi forması

1.1. Elektron xidmətin adı: “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi

1.2. Elektron xidmətin məzmunu: “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.3-1-ci bəndi və 2.5.3-cü yarımbəndi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.13-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik)

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az

Elektron poçt: office@e-health.gov.az

Telefon: 012-431-38-28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması

Elektron xidmətdən istifadə etmək üçün istifadəçi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsini və fin kodunu daxil etməlidir.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və fin kodunu daxil edir və qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrəsi təyin edir.

3.1.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.1.1-ci yarımbəndində göstərilən məlumatlar istifadəçi tərəfindən daxil edildiyi andan sorğu qəbul olunur.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Bu reqlamentin 3.1.1-ci yarımbəndində göstərilən məlumatlar düzgün daxil edilmədikdə, sorğunun yerinə yetirilməsindən imtina olunur.

3.2.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.1.1-ci yarımbəndində göstərilən məlumatlar düzgün daxil edildikdə, sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.

3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

“Doğum haqqında tibbi şəhadətnamə”

elektron registrindən məlumatların verilməsi üzrə inzibati reqlamentə

ANA HAQQINDA MƏLUMAT ATA HAQQINDA MƏLUMAT

UŞAQ HAQQINDA MƏLUMAT DOĞULDUĞU YER

Doğuşu qəbul etmişdir

ƏLAVƏ TİBBİ MƏLUMATLAR

döllü doğuşdan doğulub. Əgər çoxdöllü doğuşdan doğulubsa, əkizlərdən:

həftəsində doğulub. Neçənci hamiləlikdəndir

Bu anadan doğulan uşaqların sayı: diri doğulanlar

Apqar şkalası: 1 dəq. sonra

bal, Diridoğulma əlaməti

Hamiləlik dövrünün tibbi risk faktorları

Hamiləlik dövrünün başqa risk faktorları

Yenidoğulmuşun ağırlaşmaları

Anadangəlmə anomaliyalar

Qan qrupu və rezus faktor:Yenidoğulmuş

Tibbi şəhadətnaməni verən müəssisənin kodu

Əl ilə dəyişiklik etmək qadağandır.

Qanunvericiliyə əsasən doğumun dövlət qeydiyyatı məcburidir. Uşağın doğulduğu gündən bir ay ərzində onun doğulduğu, yaxud valideynlərinin yaşadığı ərazi üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə tibbi şəhadətnamə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də onların nikahı və doğumu haqqında şəhadətnamələr təqdim olunmalıdır. Qeyd olunan müddətdə müraciət olunmamasına görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar.

1.1. Elektron xidmətin adı: “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi

1.2. Elektron xidmətin məzmunu: “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.14-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik)

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.health.gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az

Elektron poçt: office@e-health.gov.az

Telefon: 012-431-38-28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması

Elektron xidmətdən istifadə etmək üçün istifadəçi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsini və fin kodunu daxil etməlidir.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet səhifəsinin müvafiq pəncərəsində avtorizasiya prosesini keçmək üçün şəxsiyyətini təsdiq edən sənədin nömrəsini daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrəsi təyin edir.

3.1.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.1.1-ci yarımbəndində göstərilən məlumatlar istifadəçi tərəfindən daxil edildiyi andan sorğu qəbul olunur.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Bu reqlamentin 3.1.1-ci yarımbəndində göstərilən məlumatlar düzgün daxil edilmədikdə, sorğunun yerinə yetirilməsindən imtina olunur.

3.2.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.1.1-ci yarımbəndində göstərilən məlumatlar düzgün daxil edildikdə, sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.

3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İnzibati qaydada istifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

“Ölüm haqqında tibbi şəhadətnamə”

elektron registrindən məlumatların

verilməsi üzrə inzibati reqlamentə

ÖLMÜŞ ŞƏXS HAQQINDA MƏLUMAT

Peşəsi (vəzifəsi, iş yeri)*

I hissə Bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal

II hissə Ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar

ƏLAVƏ TİBBİ MƏLUMATLAR

Travma və zəhərlənmənin tarixi

Ölüm səbəbi təyin edib

Ölüm nəyin əsasında təyin edilib

Ölən qadın reproduktiv yaşında olduqda

Ölən hansı imtiyazlı qrupa aiddir

Tibbi şəhadətnaməni verən müəssisənin kodu

1.1. Elektron xidmətin adı: Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün bu reqlamentin 1 və 2 nömrəli əlavələrində göstərilən ərizənin və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 49-cu maddəsi;

1.3.2. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin üçüncü abzası və 5-ci maddəsinin birinci abzası;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 8-ci və 9-cu bəndləri;

1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtləri”nin 7-ci və 8-ci hissələri;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.5-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik)

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli

- 5500 (beş min beş yüz) manat;

Müxbir Hesab AZ41NABZ01360100000000003944

Bakı şəhəri Vergilər Departamenti

AZ17CTRE00000000000002117131

S.W.I.F.T BIK CTREAZ22

Təsnifat kodu: 142211 Fond1

- Ödəmə üsulu: bank, poçt, plastik kart vasitəsi ilə.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-health.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://www.e-health.gov.az

email: office@health.gov.az

tel.: 012-565-12-57, 012-431-38-28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Fiziki şəxslər üçün

2.6.1.1. Ərizə (əlavə №1);

2.6.1.2. Ərizəçinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti;

2.6.1.3. Ərizədə qeyd olunan obyekt üçün ərizəçinin istifadə hüququnu təsdiq edən sənədin surəti;

2.6.1.4. tibb və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların texniki-normativ hüquqi aktların tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təsdiqedici sənədinin surəti;

2.6.1.5. tibb xidməti göstərən şəxslərin ali və ya orta tibbi ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti;

2.6.1.6. əczaçılıq xidməti göstərən şəxslərin ali və ya orta əczaçılıq ixtisasına malik olmalarını təsdiq edən sənədlərin surəti.

2.6.2. Hüquqi şəxslər üçün

2.6.2.1. Ərizə (əlavə №2);

2.6.2.2. Ərizəçinin vergi uçotuna alınmasını təsdiq edən şəhdətnamənin surəti;

2.6.2.3. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.6.2.4. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.6.2.5. Tibb və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təsdiqedici sənədinin surəti;

2.6.2.6. Tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti;

2.6.2.7. Əczaçılıq xidməti göstərən şəxslərin ali və ya orta tibbi və əczaçılıq ixtisasa malik olmalarını təsdiq edən sənədlərin surətləri.

ali və ya orta əczaçılıq ixtisasına malik olmalarını təsdiq edən sənədlərin surətləri

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.

2.6.1.2-ci, 2.6.2.2-ci və 2.6.2.3-cü yarımbəndlərdə göstərilən sənədlər notarial qaydada təsdiq olunmaqla Nazirliyin məsul şəxsinə təqdim olunmalıdır.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və fin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün nazirliyin Ümumi şöbəsinə ünvanlanır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi Nazirliyə müraciət edilməsi üçün bu reqlamentin 1 və 2 nömrəli əlavələrində göstərilən ərizə formasını doldurub, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir.

3.3.2.2. Avtomatik rejimdə müraciət nazirliyin Tibbi yardımın təşkili şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur.

3.3.2.3. Nazirliyin Tibbi yardımın təşkili şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır və xüsusi razılığın verilməsi (lisenziya) üzrə qərar qəbul edilir və lisenziya ərizəçiyə birbaşa, poçt rabitəsi vasitəsilə və yaxud müraciət edənin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilməklə təqdim olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

3.3.4.1. Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 günündən gec olmayaraq məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra təkrar baxılır və müvafiq qərar qəbul edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarət nazirliyin ümumi şöbəsi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu məqsədilə

________________________________________________________________________tərəfindən

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı)

Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu məqsədilə

_______________________________________________________________________tərəfindən

Hüquqi şəxsin adı və VÖEN-i

Təşkilati-hüquqi forması

Hüquqi ünvanı (şəhər, rayon (indeks), küçə, ev,

Telefon, faks, elektron poçt ünvanı

Hesablaşma-hesabının nömrəsi və bankın adı

1.1. Elektron xidmətin adı: Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun (icazənin) verilməsi

1.2. Elektron xidmətin məzmunu: Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasının və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsi;

1.3.2. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 may tarixli 578 nömrəli Fərmanının 1.2-ci bəndi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.15-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik)

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə nazirlik tərəfindən razılıq məktubunun verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.sehiyye.gov.az/;

http://www.e-health.gov.az/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.sehiyye.gov.az

Elektron poçt: office@health.gov.az

Telefon: (+99412) 565 12 57, (+99412) 431 38 28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Ərizə (əlavə olunur);

2.6.2. Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) və ona verilən əlavənin surəti;

2.6.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilənin surəti;

2.6.4. Narkotik vasitələr və psixotrop maddələr saxlanılan otağa daxil olmağa icazəsi olan şəxslərin siyahısı.

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi, bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və fin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. İstifadəçinin müraciəti qəbul edilməsi – nazirliyin Tibbi yardımın təşkili şöbəsi;

3.3.1.2. Müraciətin və sənədlərin yoxlanılması – nazirliyin Tibbi yardımın təşkili şöbəsi;

3.3.1.3. Özəl tibb müəssisələrində yoxlamaların aparılması - Respublika Narkoloji Mərkəzi;

3.3.1.4. Razılıq məktubun verilməsi – nazirliyin Tibbi yardımın təşkili şöbəsi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi Nazirliyə müraciət edilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasını doldurub, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir. Avtomatik rejimdə müraciət, nazirliyin Tibbi yardımın təşkili şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur.

3.3.2.2. Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır.

3.3.2.3. Obyektdə yoxlamaların aparılması üçün müraciət, Respublika Narkoloji Mərkəzinə yönləndilir. Respublika Narkoloji Mərkəzi obyektdə yoxlamaların aparılmasını təmin edir və qeydə alınmış nəticələrə əsasən akt tərtib olunur.

3.3.2.4. Nazirlik tərtib olunmuş akta əsasən razılıq məktubunun verilməsi barədə qərar qəbul edir və razılıq məktubu ərizəçiyə birbaşa, poçt rabitəsi vasitəsilə və yaxud müraciət edənin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilməklə təqdim olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

3.3.4.1. Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra təkrar baxılır və müvafiq qərar qəbul edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarət nazirliyin ümumi şöbəsi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi üzrə inzibati reqlamentə

Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubun alınması məqsədilə _______________________________________tərəfindən

Hüquqi şəxsin adı və VÖEN-i

Təşkilati-hüquqi forması

Hüquqi ünvanı (şəhər, rayon (indeks), küçə, ev,

Telefon, faks, elektron poçt ünvanı

Hesablaşma-hesabının nömrəsi və bankın adı

1.1. Elektron xidmətin adı: Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın (lisenziya) verilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasının və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbul edilməsindən və xüsusi razılığın verilməsindən (lisenziya) ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsi;

1.3.2. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 may tarixli 578 nömrəli Fərmanının 1.2-ci bəndi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 36-cı bəndi;

1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”inin 25-ci hissəsi;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.17-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik)

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın (lisenziya) verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli

- 550 (beş yüz əlli) manat;

Müxbir Hesab AZ41NABZ01360100000000003944

Bakı şəhəri Vergilər Departamenti

AZ17CTRE00000000000002117131

S.W.I.F.T BIK CTREAZ22

Təsnifat kodu: 142211 Fond1

- Ödəmə üsulu: bank, poçt, plastik kart vasitəsi ilə.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.sehiyye.gov.az;

http://www.e-health.gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.sehiyye.gov.az

Elektron poçt: office@health.gov.az

Telefon: (+99412) 565 12 57, (+99412) 431 38 28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Fiziki şəxslər üçün:

2.6.1.1. Ərizə (əlavə №1);

2.6.1.2. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

2.6.1.3. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.6.1.4. idxalı, ixracı və tranzit nəql edilməsi üçün xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin surəti;

2.6.1.5. istehsal üçün ərizəçinin sanitar-ekoloji, texniki-təhlükəsizlik norma və qaydaların tələblərinə cavab verən istehsal sahəsinin və malik olduqları avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə rəsmi sənəd.

2.6.1.6. İstehsal üçün işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat

2.6.2. Hüquqi şəxslər üçün:

2.6.2.1. Ərizə (əlavə №2);

2.6.2.2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.6.2.3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

2.6.2.4. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.6.2.5. idxalı, ixracı və tranzit nəql edilməsi üçün xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin surəti;

2.6.2.6. istehsal üçün ərizəçinin sanitar-ekoloji, texniki-təhlükəsizlik norma və qaydaların tələblərinə cavab verən istehsal sahəsinin və malik olduqları avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə rəsmi sənəd.

2.6.2.7. İstehsal üçün işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat.

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.

2.6.1.2.-ci, 2.6.2.2-ci və 2.6.2.3.-cü yarımbəndlərdə göstərilən sənədlər notarial qaydada təsdiq olunmaqla Nazirliyin məsul əməkdaşına təqdim olunmalıdır.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və fin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən bu reqlamentə əlavədə göstərilən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. istifadəçinin müraciəti qəbul edilməsi – nazirliyin Tibbi yardımın təşkili şöbəsi;

3.3.1.2. müraciətin və sənədlərin yoxlanılması – nazirliyin Tibbi yardımın təşkili şöbəsi;

3.3.1.3. obyektdə yoxlamaların aparılması - Respublika Narkoloji Mərkəzi;

3.3.1.4. xüsusi razılığın (lisenziyanın) verilməsi - nazirliyin Tibbi yardımın təşkili şöbəsi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. Müraciət avtomatik rejimdə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur;

3.3.2.2. Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır;

3.3.2.3. Obyektdə yoxlamaların aparılması üçün müraciət Respublika Narkoloji Mərkəzinə yönləndilir. Respublika Narkoloji Mərkəz obyektdə yoxlamaların aparılmasını təmin edir və qeydə alınmış nəticələrə əsasən akt tərtib olunur;

3.3.2.4. Nazirlik tərtib olunmuş akta əsasən xüsusi razılığın (lisenziyanın) verilməsi üzrə qərar qəbul edir və xüsusi razılıq (lisenziya) ərizəçiyə birbaşa təqdim olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

3.3.4.1. Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra təkrar baxılır və müvafiq qərar qəbul edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Xidmətin yerinə yetirilməsinə nəzarəti nazirliyin ümumi şöbəsi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu məqsədilə

Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu məqsədilə

_______________________________________________________________________tərəfindən

Hüquqi şəxsin adı və VÖEN-i

Təşkilati-hüquqi forması

Hüquqi ünvanı (şəhər, rayon (indeks), küçə, ev,

Telefon, faks, elektron poçt ünvanı

Hesablaşma-hesabının nömrəsi və bankın adı

1.1. Elektron xidmətin adı: Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin qəbulundan ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinin ikinci abzası;

1.3.2. Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi

1.3.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.32-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) Sertifikasiya Şurası (bundan sonra – Şura)

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün imtahana buraxılış vərəqəsinin verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: ali və orta tibb və əczaçılıq təhsilini başa vurmuş şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.health.gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az.

Elektron poçt: office@e-health.gov.az.

Telefon (+99412) 565-12-43

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:( “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.10-cu bəndinə uyğunlaşdırılsın)

2.6.1. şəxsiyyət vəsiqəsinin nömrəsi və fin kodu.

2.6.2. vahid forma üzrə ərizə (əlavə olunur);

2.6.3. ali və orta ixtisas təhsil haqqında sənəd (ilk dəfə əmək fəaliyyətinə başlayanlar xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla), tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə də daxil olmaqla);

2.6.4. kadrlar uçotunun şəxsi vərəqəsi;

2.6.5. rezidentura keçməsi haqqında sənəd (diplom), internatura vəsiqəsi və ordinatura keçməsi haqqında sənəd(olduğu təqdirdə);

2.6.6. əmək kitabçası (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

2.6.7. sağlamlıq haqqında arayış.

Qeyd: Əmək kitabçasının kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti “İmtahana buraxılış vərəqəsi”nin verilməsi zamanı Səhiyyə Nazirliyinin məsul əməkdaşına təqdim olunur.

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi, bu reqlamentin 2.4-cü bəndində göstərilən internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. İstifadəçinin müraciətini qəbul edilməsi – Nazirliyin ümumi şöbəsi;

3.3.1.2. Müraciətin və sənədlərin yoxlanılması – ixtisas komissiyası;

3.3.1.3. Test imtahanın və müsahibənin keçirilməsi – ixtisas komissiyası;

3.3.1.4. Sertifikatın verilməsi –Şura.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi sertifikasiya keçməsi ilə əlaqədar müraciət edilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasını doldurub, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir. Avtomatik rejimdə müraciət nazirliyin ümumi şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur və qəbul edilir.

3.3.2.2. Nazirliyə göndərilmiş müraciət və sənədlər yoxlanılması üçün Şuraya yönləndirilir.

3.3.2.3. Test imatahanı keçirir və müraciət etmiş şəxs keçid balı topladığı halda müsahibə keçirilir və 3 gün ərzində protokollaşdırılaraq Nazirliyə göndərilir.

3.3.2.4. İxtisas komissiyası tərəfindən hazırlanmış protokola əsasən Şura tərəfindən qərar qəbul edilərək müraciət etmiş şəxsə sertifikasiya şəhadətnaməsinin verilməsi üzrə əmr verilir. Sertifikasiya şəhadətnaməsi ərizəçiyə birbaşa, və ya poçt rabitəsi vasitəsilə və yaxud qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilməsi yolu ilə təqdim olunur

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarət Şura tərəfindən həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

1. 24 noyabr 2017-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2017-ci il)

2. 12 iyun 2018-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201806120033, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyun 2018-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver