Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
2. “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Qaz Nəzarəti İdarəsi Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyinə verilsin.
4. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində olan Dövlət Qaz Nəzarəti İdarəsinin saxlanılması xərcləri 2006-cı ildə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin, 2007-ci ildən etibarən isə Dövlət büdcəsinin hesabına həyata keçirilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
6.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2006-cı il
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)
2. 16 iyul 2009-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 17 iyul 2009-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 525)
3. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
4. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
5. 20 dekabr 2012-ci il tarixli 789 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 dekabr 2012-ci il, № 285, “Azərbaycan” qəzeti 26 dekabr 2012-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1263)
6. 11 aprel 2014-cü il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 13 aprel 2014-cü il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 365)