AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİNİN QƏRARI
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə”nin 15.2-ci hissəsini rəhbər tutaraq “Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə”nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2002-ci il tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli 255 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi qərara alır:
2. Dövlət Enerji Nəzarət İdarəsinin rəisinə tapşırılsın ki, idarənin fəaliyyətini təsdiq edilmiş Əsasnamənin və müvafiq hüquqi aktların tələblərinə uyğun olaraq təşkil edilməsini təmin etsin.
3. Hüquqi münasibətlər və Metrologiya şöbəsinin müdiri İ.Ağayevə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
4. “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 25 avqust 2006-cı il tarixli 37 nömrəli əmri ləğv edilsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
13 iyun 2014-cü il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406130004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2014-cü il)