“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 6 yanvar 2006-cı il
1.1. Bu Qaydalar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.13-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması qaydalarını müəyyənləşdirir.
1.2. Bu Qaydalarda “Telekommunikasiya haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş anlayışlardan istifadə olunmuşdur.
1.3. Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilən qaydada tikintiyə və istismara icazə alınmaqla, həmin Məcəlləyə, “Telekommunikasiya haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qaydalara və digər normativ hüquqi aktlara əsasən həyata keçirilir.
1.4. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması həmin ərazilərdə, həmçinin qonşu dövlətlərin Azərbaycan Respublikası ilə sərhədyanı ərazilərində yaşayan əhalisinin sağlamlığına, ekologiyanın korlanmasına mənfi təsir göstərməməli, dövlət sərhədində təhlükəsizliyin pozulmasına şərait yaratmamalı, sərhəd mühafizəsi orqanlarının xidmətinə, gömrük orqanlarının fəaliyyətinə, hava uçuşlarına və dənizçiliyə, mühəndis qurğularının işinə, təmiri və istismar olunmasına maneələr törətməməli, həmin inzibati ərazinin iqtisadi təsərrüfat fəaliyyətinə ziyan gətirməməlidir.
1.5. Sərhədboyu zonada telekommunikasiya xətlərinin çəkilməsi bu Qaydalarla tənzimlənir.
1.6. Sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində sualtı telekommunikasiya vasitələrinin və qurğularının müəyyən olunmuş rejiminin tətbiq zonası həmin sularda yerləşən bütün telekommunikasiya vasitələrinə və qurğularına şamil edilir.
1.7. Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələri istisna olmaqla, Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması aidiyyəti dövlət orqanlarının (Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – RİNN) razılığı ilə həyata keçirilir.
Sərhəd keçid məntəqələrində sərhəd və gömrük orqanları üçün nəzərdə tutulan telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı, həmçinin qəza-bərpa işlərinin aparılması sərhəd və gömrük xidmətləri tərəfindən aidiyyəti qurumların əvvəlcədən məlumatlandırılması yolu ilə həyata keçirilir.
1.8. Azərbaycan Respublikasının sərhədboyu zolağında telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması bu Qaydaların 1.7-ci bəndində göstərilən aidiyyəti dövlət orqanlarının razılığı ilə həyata keçirilir.
1.16. Nəzərdə tutulan işlərin aparılması üçün icazə almış şəxs Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin olunmasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini aparılacaq işlər barədə məlumatlandırmalı və işlərin yoxlanılması üçün onlara şərait yaratmalıdır.
1.18. Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaqda fəaliyyət zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinin təmin olunmasına maneə yaratdıqda həmin fəaliyyət Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dayandırılır və bu barədə aidiyyəti dövlət orqanları məlumatlandırılır.
1.20. Bu işlərin həyata keçirilməsi üçün icazə almış şəxs (mülkiyyətçi) və yaxud işlərin yerinə yetirilməsinə onun tərəfindən cəlb olunmuş şəxs Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə işlərin başlanma tarixi barədə ilkin məlumatı həmin tarixə ən azı 10 gün qalmış, işlərin başlanması və başa çatdırılması barədə son məlumatı isə dərhal çatdırmalıdır.
1.21. İşlər Azərbaycan Respublikasının sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində aparılacağı zaman, işləri aparan təşkilat aidiyyəti orqanlara işlərin başlanma tarixi barədə ilkin məlumatı həmin tarixə ən azı 30 gün qalmış, işlərin başlanması və başa çatdırılması barədə son məlumatı isə dərhal çatdırmalıdır.
1.22. Layihələndirilən telekommunikasiya xətti dəniz gəmiçiliyi üçün (sualtı və suüstü) əsaslı əhəmiyyət kəsb edən dəniz yollarından keçdiyi yerlərdə dəniz dibinin tədqiqatı barədə hesabat sənədləri əlavə edilməklə, RİNN ərizəçi tərəfindən məlumatlandırılır.
1.23. Azərbaycan Respublikasının sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarına aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl avtomobil yollarına aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır.
2.2. Telekommunikasiya vasitələri və qurğuları Azərbaycan Respublikasının dövlət sərhədini keçirsə, bu halda telekommunikasiya xəttinin layihələndirilməsinə cəlb olunan şəxs, Azərbaycan Respublikasının dövlət sərhədi ilə telekommunikasiya xəttinin kəsişmə nöqtələrinin coğrafi koordinatlarını aidiyyəti dövlət orqanları ilə, həmçinin sərhəd nümayəndəliyi xətti ilə həmsərhəd dövlətin belə işlərin həllində səlahiyyəti olan əlaqədar təşkilatları ilə birgə təyin edir və razılaşdırır.
2.3. İstismarı zamanı radiotezliklərdən və radioelektron vasitələrdən istifadə edilməsi nəzərdə tutulan telekommunikasiya vasitələri və qurğuları layihələndirilərkən, ərizəçi həmin radiotezlik və yaxud radiotezlik zolağının ayrılması məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət etməlidir.
2.4. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi üçün hazırlanmış layihə sənədi coğrafi koordinatlar və istifadə olunacaq radiotezliklər göstərilməklə bu Qaydaların 1.7-ci bəndində göstərilən dövlət orqanları ilə razılaşdırılır.
2.5. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi üçün layihələr hazırlanarkən, həmin vasitələrdən və qurğulardan Dövlət Sərhəd Xidmətinin istifadə imkanları nəzərə alınmalıdır.
3.5. Telekommunikasiya vasitələri və qurğuları istismara qəbul edilərkən, həmin tikintinin əvvəlcədən razılaşdırılmış layihəyə uyğunluğu dövlət qəbul komissiyası tərəfindən yoxlanılır. Dövlət qəbul komissiyasının tərkibinə həmin obyektin tikintisinə rəy vermiş, bu Qaydaların 1.7-ci bəndində göstərilən dövlət orqanlarının nümayəndələri daxil edilməlidir.
3.6. Dövlət qəbul komissiyasına təqdim edilən digər sənədlərlə yanaşı, həmin obyekti istismar edəcək operator tərəfindən hazırlanmış obyektin istismar qaydaları haqqında məlumat təqdim edilməlidir.
3.7. İstismar qaydalarında aşağıdakılar göstərilməlidir:
a) planlaşdırılmış və profilaktiki təmir (baxış) işlərinin aparılması qaydası və qrafiki;
b) qəza-bərpa işlərinin aparılması qaydaları;
c) profilaktiki təmir (baxış), qəza-bərpa işləri zamanı məlumatlandırılacaq
ç) sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində aparılacaq təmir, qəza-bərpa işləri zamanı cəlb olunacaq digər dövlətlərə məxsus olan dəniz nəqliyyatı vasitələri barədə məlumat.
3.8. İstismar qaydaları dövlət qəbul komissiyasının verdiyi rəyə əsasən səlahiyyətli orqan (RİNN) tərəfindən təsdiq edilir. İstismar qaydaları təsdiq edildikdən sonra obyektin istismarına icazə verilir.
3.9. Telekommunikasiya vasitələrinin və qurğularının profilaktiki təmiri, qəza-bərpa işlərinin aparılması, təmir və bərpadan sonra istismara verilməsi bu Qaydalarda müəyyənləşdirilən formada həyata keçirilir.
4.1. Telekommunikasiya vasitələrinin və qurğularının istismarı istismaredici təşkilat (telekommunikasiya operatoru, provayderi) tərəfindən istismar qaydalarına uyğun həyata keçirilir.
4.2. Telekommunikasiya vasitələrinin və qurğularının təmiri (baxışı), planlaşdırılmış və profilaktiki işlərin görülməsi barədə (işin vaxtı və məzmunu göstərilməklə) istismaredici təşkilat istismar qaydalarında göstərilən orqanları işlərin başlanmasına 10 gün qalmış məlumatlandırır. Göstərilən orqanlar öz nümayəndələri barədə məlumatı və onların təmir olunan obyektə gəlmə vaxtlarını istismaredici təşkilata çatdırır və yaxud onların təmir aparılacaq obyektdə iştirakına ehtiyac olmadığı barədə məlumatı bildirirlər. Göstərilən orqanların nümayəndələrinin iştirak etmədikləri halda istismaredici təşkilat görülmüş profilaktiki təmir və qəza-bərpa işlərinin başa çatdırılması və nəticələri barədə həmin orqanlara məlumat verməlidir.
4.3. Qəza əlamətləri ehtimal olunan hallarda və ya qəza baş verdiyi hallarda istismaredici təşkilat istismar qaydalarında göstərilən orqanlara, qəza və qəzanın qarşısının alınması üçün görüləcək tədbirlər barədə dərhal məlumat verməlidir. İstismaredici təşkilat göstərilən orqanların nümayəndələrinin qəza yerinə gəlməsini gözləmədən dərhal bərpa işlərinə başlamaq hüququna malikdir. Bununla yanaşı, həmin orqanlarla əlaqə yaradaraq görülən işlər barədə operativ məlumatları çatdırmalı, işlərin qurtarması və nəticələri barədə həmin orqanlara yekun məlumatları verməlidir.
4.4. Qəza-bərpa işləri təsdiqlənmiş istismar qaydalarına əsasən həyata keçirilir.
4.5. İstismar qaydalarına dəyişikliklər həmin qaydaları təsdiq edən səlahiyyətli orqan (RİNN) tərəfindən mülkiyyətçinin və istismaredici təşkilatın müraciəti əsasında aparıla bilər, həmçinin telekommunikasiya şəbəkəsi, vasitəsi və qurğusunun mülkiyyətçisi tərəfindən verilmiş ərizəyə əsasən istismaredici təşkilat da dəyişdirilə bilər. Ərizədə dəyişikliklərin aparılması səbəbləri göstərilməlidir.
5.1. Telekommunikasiya vasitələrinin və qurğularının istismarının dayandırılması üçün ərizəçi tərəfindən RİNN-ə ərizə ilə müraciət edilməlidir. Ərizədə obyektin istismardan çıxarılmasının səbəbləri barədə məlumat göstərilməlidir.
5.2. Telekommunikasiya vasitələrinin və qurğularının istismarının dayandırılması üçün ərizə daxil olduqdan sonra RİNN 3 ay müddətində obyektin istismardan çıxarılması və yaxud istismarın dayandırılmasının başqa vaxta keçirilməsi barədə qərar qəbul edir.
5.3. Obyektin demontajı və yenidənqurma işləri başa çatdıqdan sonra demontaj olunmuş hissələr və bu məqsəd üçün istifadə olunan digər avadanlıq Azərbaycan Respublikasının sərhədyanı ərazilərindən, o cümlədən sərhəd çaylarından, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsindən çıxarılır.
5.4. Azərbaycan Respublikasının sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının demontaj işləri başa çatdıqdan sonra həmin obyektin mülkiyyətçisi həmin suların gəmiçilikdə əhəmiyyət kəsb edən dəniz yollarında demontaj olunmuş obyekt boyunca suyun dibinin hidroqrafik müayinəsini aparır və bu barədə aidiyyəti orqana hesabat materiallarını təqdim edir.
Bu Qaydaların pozulması hallarına görə telekommunikasiya vasitələrinin və qurğularının mülkiyyətçiləri, onları istismar edən operatorlar, provayderlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
1. 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472)
2. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
3. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
4. 7 noyabr 2016-cı il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2016-cı il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1929)
5. 6 dekabr 2017-ci il tarixli 535 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2483)
6. 23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)
7. 21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157)
8. 4 aprel 2022-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 aprel 2022-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 391)
9. 18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 558)
10. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)
11. 21 fevral 2025-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 26 fevral 2025-ci il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 204)