Qanunvericilik › Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Silahlı Qüvvələrin idarə edilməsi

Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Silahlı Qüvvələrə ümumi rəhbərliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.

7.2. Səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların komandanlığına daxil olan vəzifəli şəxslər arasında səlahiyyət bölgüsü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver