Azərbaycan Respublikasının Silahlı Qüvvələrində kadrlarla işin səmərəsini artırmaq və onların rəhbər vəzifələrə yerləşdirilməsi işinə nəzarəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 121-4-cü maddəsinə əsaslanaraq qərara alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində. aşağıdakı vəzifələrə təyin etmək və vəzifədən azad etmək yalnız Ali baş komandanın səlahiyyətinə aiddir:
Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahı rəisinin müavinləri;
Azərbaycan Respublikası Milli Ordusunun qoşun növlərinin, sərhəd və daxili qoşunların komandanları;
Azərbaycan Respublikası Silahlı Qüvvələrində olan general və admiral hərbi rütbələrinə uyğun olan bütün vəzifələr.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin briqada və sərhəd dəstələri komandirləri yalnız Ali baş komandanla razılaşdırıldıqdan sonra müvafiq nazir tərəfindən təyin edilir və vəzifədən azad olunurlar.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 1993-cü il.