Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qərarı
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə qərara alır:
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aşağıda göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:
1.4. “Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi üzrə inzibati reqlament” (4 nömrəli əlavə);
1.5. “Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament” (5 nömrəli əlavə);
1.6. “İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament” (6 nömrəli əlavə);
1.7. “Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament” (7 nömrəli əlavə);
1.8. “İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament” (8 nömrəli əlavə);
1.9. “Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament” (9 nömrəli əlavə);
1.10. “Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi elektron xidməti üzrə inzibati reqlament” (10 nömrəli əlavə);
1.11. “Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament” (11 nömrəli əlavə);
1.12. “Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament” (12 nömrəli əlavə);
1.13. “Cərimələrin internet vasitəsilə ödənilməsi elektron xidməti üzrə inzibati reqlament” (13 nömrəli əlavə);
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (İ.Babayevə) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş inzibati reqlamentlərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi (F.Talıbov, E.Müslümov) bu Qərardan irəli gələn məsələləri səlahiyyətləri çərçivəsində həll etsin.
4. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasına (bundan sonra-Şura) aşağıdakı məsələlərlə bağlı etirazın (ərizənin) elektron qaydada verilməsini əhatə edir:
a) ixtira, faydalı model və sənaye nümunəsinə patent verilməsindən imtina qərarı barəsində verilən etirazlara;
b) ixtira, faydalı model və sənaye nümunələri barəsində dərc olunmuş iddia sənədlərinə qarşı verilən etirazlara;
c) verilmiş patentlə əlaqədar daxil olan etirazlara;
ç) "Patent haqqında" Qanunun 37-ci maddəsinə görə patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə;
d) ilkinliklə əlaqədar yaranan mübahisələrə;
e) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinin ilkin ekspertizası zamanı qəbul olunmuş imtina qərarına qarşı verilən etirazlara;
ə) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinə görə ekspertizanın qəbul etdiyi imtina qərarına qarşı verilən etirazlara;
f) əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlara;
g) müvafiq və digər əsaslar pozulmaqla qeydiyyata alınmış əmtəə nişanına qarşı verilən etirazlara;
ğ) əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz 5 il istifadə olunmadıqda qeydiyyata xitam verilməsi ilə əlaqədar təqdim olunan etirazlara;
h) patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar verilən etirazlara.
x) əmtəə nişanının geniş tanınmasına dair ərizələrə və geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazlara;
ı) coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair etirazlar;
i) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanın sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələblərinin pozulmasına.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci, 16-cı, 20-ci, 29-cu və 30-cu maddələri;
- “Patent haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsi, 29-cu maddəsinin 6-cı hissəsi, 31-ci, 37-ci və 38-ci maddələri;
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.11.1-ci, 18.11.3-ci, 18.12.1-ci, 18.34.1-ci, 18.34.2-ci, 18.34.3-cü, 18.34.4-cü, 18.34.5-ci, 18.34.6-cı, 18.34-1-сi maddələri;
- Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2009-cu il tarixli 155 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.38-ci bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 2-ci, 3-cü, 5-ci, 7-ci və 8-ci hissələri;
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.4-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra-Komitə)
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 1 ay ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Etiraz (ərizəyə) baxılaraq Şura tərəfindən müvafiq qərarın qəbul edilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi üzrə rüsumlar aşağıdakı kimi müəyyənləşdirilmişdir:
18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı - 10 manat;
18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün - 20 manat;
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 20 manat;
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 20 manat;
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 60 manat;
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 35 manat;
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı - 80 manat;
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı – 45 manat.
18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün - 150 manat.
2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
Apellyasiya şurasına etirazın (ərizənin) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Büdcə təsnifatının kodu: 142215
Büdcə səviyyəsinin kodu: 7
Ödənişin təyinatı hissəsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan maddələrindən biri göstərilməli və maddəyə uyğun olaraq təyinat qeyd olunmalıdır.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr, patent müvəkkilləri, xarici hüquqi və fiziki şəxslər isə yalnız patent müvəkkilləri vasitəsilə.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://www.e-xidmet.azstand.gov.az
- tel: (012) 449-99-59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:
1. Şuraya etiraz (ərizə) (reqlamentə əlavə olunur);
- Şuraya verilən etirazda aşağıdakılar göstərilməlidir:
- iddia qaldıran fiziki şəxsin soyadı, adı, hüquqi şəxsin adı, dövlət orqanının və ya bələdiyyənin adı, yerləşdiyi yer, yazışma üçün ünvan;
- iddia qaldıran şəxsin nümayəndəsi və ya patent müvəkkili haqqında məlumat;
- ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin qeydiyyat nömrəsi və ya mühafizə sənədinin nömrəsi;
- iddia qaldıran şəxsin tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlillər (istinad edilən materialların surəti də təqdim edilir);
- mübahisə ilə bağlı iddia qaldıran şəxsin dürüst tələbləri.
2. Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və elektron xidmət istifadəçisi (bundan sonra-istifadəçi) tərəfindən imza və ya elektron imza (olduqda) ilə (hüquqi şəxs, dövlət orqanı və ya bələdiyyə olduqda imza və möhürlə) təsdiq edilməsindən sonra bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Sənədlər bu inzibati reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə dərhal istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir:
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Şuraya etiraz (ərizə) verilməsi elektron xidmət bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Etirazlar (ərizələr) Komitənin elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Şuraya təqdim edilir. Komitəyə daxil olmuş etiraz (ərizə) əvvəlcə Şuranın katibinə verilir. Katib etiraz (ərizə) ilə bağlı zəruri materialları toplayır və bu barədə Şuranın sədrinə məlumat verir. Etiraz (ərizəyə) baxılması tarixi Şuranın sədri tərəfindən müəyyən edilir.
Elektron xidmətə uyğun olaraq həyata keçirilən inzibati əməliyyatlara şuranın sədri məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:
Etiraz (ərizə) sistemə daxil olduğu andan etibarən sorğunun icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Şuraya icra üçün təqdim edilir. Etiraz (ərizə) Şuraya daxil olduğu gün dərhal istifadəçiyə etirazın(ərizənin) baxılmaq üçün qəbul olunduğu və Şurada iclasın keçirilmə günü barədə bildiriş göndərilir.
Etiraz (ərizə) vermiş şəxs və ya onun nümayəndəsi şuranın qərarı elan olunanadək verilmiş etirazı (ərizəni) geri götürə bilər. Bu zaman etirazın (ərizənin) verilməsi üçün ödənilmiş dövlət rüsumu geri qaytarılmır.
Şura etiraza(ərizəyə) baxmanı təyin olunmuş gündə keçirə bilmədiyi halda iclasın aparılmasını başqa vaxta keçirə bilər. Tərəflərdən biri digər tərəfin mövqeyinin əsaslandırılmış və qanuni olduğunu yazılı şəkildə etiraf edib mübahisədən imtina edərsə, Şura etirafla bağlı işin aparılmasını dayandırır. Etiraza (ərizəyə) baxma prosesi Apellyasiya şurasının sədrinin və ya şura üzvlərindən birinin işin mahiyyətinə aid məruzəsi ilə başlanır və aşağıdakı ardıcıllıqla aparılır:
● etiraz (ərizə) vermiş şəxsin və (və ya) onun nümayəndəsinin çıxışı;
● mühafizə sənədi sahibinin və (və ya) onun nümayəndəsinin çıxışı;
● tərəflərin Şura üzvlərinin suallarına cavabı.
Hər iki tərəfin etiraza (ərizəyə) baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim etmək və şifahi izahat vermək hüququ vardır. Şura etiraza(ərizəyə) baxılmasının nəticəsinə uyğun olaraq, etirazın (ərizənin) tam və ya qismən təmin olunması, yaxud rədd edilməsi barədə qərar qəbul edir və dərhal bütün maraqlı tərəflərə bildiriş göndərir. Çıxışların müzakirəsi və qərarın qəbul edilməsi yalnız Şura üzvləri tərəfindən yerinə yetirilir.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Bu reqlamentin 3.2.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə dövlət rüsumunun ödənilməsi zərurəti barədə istifadəçinin elektron poçtuna bildiriş göndərməklə dərhal məlumat verilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzin skan edilmiş surəti elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərildikdən sonra Şura etiraza (ərizəyə) baxaraq müvafiq qərar qəbul edir. Qərar şura üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir və rəsmi blankda qeyd olunur, Şuranın sədri və bütün üzvləri tərəfindən imzalanır, surəti isə iddia sənədinin materiallarına əlavə edilir. Şuranın qəbul etdiyi qərar barədə dərhal istifadəçinin elektron poçtuna bildiriş göndərilməklə məlumat verilir və Şuranın qərarı istifadəçiyə şəxsən təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətin göstərilməsi ilə bağlı Komitənin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
3.5.2. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi elektron xidməti üzrə inzibati reqlament”ə əlavə
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasına
İddia qaldıran fiziki şəxsin soyadı, adı, hüquqi şəxsin adı, dövlət orqanının və ya bələdiyyənin adı, yerləşdiyi yer, yazışma üçün ünvan:
_________________________________________________________________________
İddia qaldıran şəxsin nümayəndəsi və ya patent müvəkkili haqqında məlumat:_____________________________________________________________________
İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin qeydiyyat nömrəsi və ya mühafizə sənədinin nömrəsi:______________________________________________________________________
İddia qaldıran şəxsin tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlillər (istinad edilən materialların surəti də təqdim edilir)________________________________________________________________________
_________________________________________________________________________
_________________________________________________________________________
Mübahisə ilə bağlı iddia qaldıran şəxsin dürüst tələbləri: _______________________
_________________________________________________________________________
_________________________________________________________________________
_________________________________________________________________________
İmza: _____________________
Tarix:______________________
Qeyd: Dövlət orqanının, bələdiyyənin və hüquqi şəxsin etirazı (ərizəsi) möhürlə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində (bundan sonra - reyestr) qeydiyyatı üçün müraciətin və sənədlərin elektron şəkildə qəbulunu əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
● “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi;
● “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.35.1-ci və 18.35.2-ci maddəsi;
● Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 30 avqust tarixli, 143 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 5-ci və 6-cı bəndləri;
● Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 30 avqust tarixli, 143 nömrəli Qərarı ilə təsdiq edilmiş “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 5-ci və 6-cı bəndləri;
● “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
● Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.5-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 10 iş günü ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Əmtəə nişanı və ya coğrafi göstəricinin qeydə alınması və bu barədə sənədin (şəhadətnamənin) verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmtəə nişanı və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün rüsumlar aşağıdakı kimi müəyyənləşdirilmişdir:
18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:
18.35.1. əmtəə nişanı üçün - 45 manat;
18.35.2. coğrafi göstərici üçün - 30 manat;
2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
Əmtəə nişanının və ya coğrafi göstəricinin reyestrdə qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsi üçün hesab:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Büdcə təsnifatının kodu: 142215
Büdcə səviyyəsinin kodu: 7
Ödənişin təyinatı hissəsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan maddələrindən biri göstərilməli və maddəyə uyğun olaraq təyinat qeyd olunmalıdır.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər, patent müvəkkilləri, xarici hüquqi və fiziki şəxslər isə yalnız patent müvəkkilləri vasitəsilə.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://www.e-xidmet.azstand.gov.az
- tel: (012) 449 99 59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün şəxs fiziki şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil etməlidir.
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:
- Ərizə (reqlamentə əlavə olunur);
- Hüquqi şəxslər üçün - Hüquqi şəxsin dövlət qeydiyyatı barədə şəhadətnamə.
- Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və elektron xidmət istifadəçisi (bundan sonra-istifadəçi) tərəfindən imza və ya elektron imza (olduqda) ilə (hüquqi şəxs olduqda imza və möhürlə) təsdiq edilməsindən sonra bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları:
Sənədlər bu inzibati reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə sorğu qəbul edildikdən sonra 3 iş günü ərzində istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir:
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin əmtəə nişanının və ya coğrafi göstəricinin reyestrdə qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciət və sənədlər Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Patent şöbəsinə təqdim edilir. Sorğunun icrasına Patent şöbəsinin müdiri məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:
Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlər sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Patent şöbəsinə icra üçün təqdim edilir. Əmtəə nişanının ilkinliyi qanunvericiliyə uyğun olaraq iddia sənədinin daxil olduğu tarixdən müəyyənləşdirilir.
Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciət və sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Bu reqlamentin 3.2.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə dövlət rüsumunun ödənilməsi zərurəti barədə istifadəçinin elektron poçtuna bildiriş göndərməklə dərhal məlumat verilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzin skan edilmiş surəti elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərildikdən sonra əmtəə nişanı və coğrafi göstərici dövlət reyestrində qeydiyyata alınır və bu barədə istifadəçiyə dərhal məlumat verilir. Əmtəə nişanı və coğrafi göstəricinin qeydə alınması haqqında şəhadətnamə istifadəçiyə şəxsən təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətin göstərilməsi ilə bağlı Komitənin vəzifəli şəxslərin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
3.5.2. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə əlavə
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Коmitəsinə
Aşağıda göstərilən əmtəə nişanı və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş edirəm.
İddia sənədinin nömrəsi
Əmtəə nişanı və coğrafi göstəricinin adı
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir.
- Fiziki şəxslər üçün - Şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu ______________;
- Hüquqi şəxslər üçün - Hüquqi şəxsin dövlət qeydiyyatı barədə şəhadətnamə.
Qeyd: Hüquqi şəxslərin ərizəsi möhürlə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi (bundan sonra – çıxarış verilməsi) üçün müraciətin və sənədlərin elektron şəkildə qəbulunu əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
● “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi;
● “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsi;
● “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.38-ci maddəsi;
● “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
● Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.6-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 10 iş günü ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarışın verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.38-ci maddəsinə uyğun olaraq ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün dövlət rüsumunun məbləği 10 manat müəyyən edilmişdir.
2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Büdcə təsnifatının kodu: 142215
Büdcə səviyyəsinin kodu: 7
Ödənişin təyinatı: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.38-ci maddəsinə uyğun olaraq ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün ödənilən dövlət rüsumu
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr, patent müvəkkilləri, xarici hüquqi və fiziki şəxslər isə yalnız patent müvəkkilləri vasitəsilə.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://www.e-xidmet.azstand.gov.az
- tel: (012) 449 99 59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün fiziki şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu, dövlət orqanı əsasnaməsinin, bələdiyyə isə nizamnaməsinin rekvizitlərini ( aktın adını, qeydiyyat və Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyat nömrələrini) daxil etməlidir.
Qeyd: Dövlət orqanının əsasnaməsinin, bələdiyyənin nizamnaməsinin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrinə daxil edilməsi Komitə tərəfindən yoxlanılır.
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:
- Ərizə (reqlamentə əlavə olunur);
- Hüquqi şəxslər üçün - Hüquqi şəxsin dövlət qeydiyyatı barədə şəhadətnamə.
- Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və elektron xidmət istifadəçisi (bundan sonra-istifadəçi) tərəfindən imza və ya elektron imza (olduqda) ilə (hüquqi şəxs, dövlət orqanı və bələdiyyə olduqda imza və möhürlə) təsdiq edilməsindən sonra bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları:
Sənədlər bu inzibati reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə dərhal istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir:
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlər Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Patent şöbəsinə təqdim edilir. Sorğunun icrasına Patent şöbəsinin müdiri məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlər sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Patent şöbəsinə icra üçün təqdim edilir.
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciət və sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Bu reqlamentin 3.2.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə dövlət rüsumunun ödənilməsi zərurəti barədə istifadəçinin elektron poçtuna bildiriş göndərməklə dərhal məlumat verilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzin skan edilmiş surəti elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərildikdən sonra ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış istifadəçiyə şəxsən təqdim edilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
“İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə əlavə
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə
--------------------№ şəhadətnamə və ya patentlə mühafizə olunan əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və ya sənaye nümunəsinə (birini seçib altından xətt çəkin) dair Dövlət Reyestrindən çıxarış verilməsi barədə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik.
- Fiziki şəxslər üçün - Şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu ____________;
- Hüquqi şəxslər üçün - Hüquqi şəxsin dövlət qeydiyyatı barədə şəhadətnamə.
- Dövlət orqanı üçün - əsasnaməsinin rekvizitləri __________;
- Bələdiyyə üçün-nizamnaməsinin rekvizitləri __________;
İmza:____________________
Tarix:____________________
Qeyd: Dövlət orqanlarının, bələdiyyələrin və hüquqi şəxslərin ərizəsi möhürlə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqavilələrinin və əmtəə nişanı ilə bağlı lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin elektron şəkildə qəbulunu əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
● “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsi;
● “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi;
● “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.19.1-ci, 18.19.2-ci, 18.40.1-ci və 18.40.2-ci maddələri;
● “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
● Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 1-3-cü hissələri;
● Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.7-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 10 iş günü ərzində;
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İxtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqavilələrinin və əmtəə nişanı ilə bağlı lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
Lisenziya müqavilələrinin qeydə alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.19.1-ci maddəsi ilə ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün - 25 manat, 18.19.2-ci maddəsi ilə ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) – 20 manat, 18.40.1-ci maddəsi ilə bir ədəd əmtəə nişanı üçün 80 manat, 18.40.2-ci maddəsi ilə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) 50 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.
2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatına görə dövlət rüsumunun ödənilməsi üçün hesab:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Büdcə təsnifatının kodu: 142215
Büdcə səviyyəsinin kodu: 7
Ödənişin təyinatı hissəsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan maddələrindən biri göstərilməli və maddəyə uyğun olaraq təyinat qeyd olunmalıdır.
2.3. Elektron xidmətin istifadəçiləri: İxtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üzrə - fiziki, hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr, xarici hüquqi və fiziki şəxslər isə yalnız patent müvəkkilləri vasitəsilə;
əmtəə nişanı ilə bağlı lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üzrə - fiziki və hüquqi şəxslər, xarici hüquqi və fiziki şəxslər isə yalnız patent müvəkkilləri vasitəsilə.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://www.e-xidmet.azstand.gov.az
- tel: (012) 449 99 59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün fiziki şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil etməlidir. İxtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı ilə əlaqədar elektron xidmətdən istifadə etmək üçün dövlət orqanı əsasnaməsinin, bələdiyyə isə nizamnaməsinin rekvizitlərini ( aktın adını, qeydiyyat və Hüquqi Aktların Dövlət Reyetrində qeydiyyat nömrələrini) daxil etməlidir.
Qeyd: Dövlət orqanının əsasnaməsinin, bələdiyyənin nizamnaməsinin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrinə daxil edilməsi Komitə tərəfindən yoxlanılır.
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:
Əmtəə nişanı ilə bağlı lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üzrə:
- Əmtəə nişanının sahibi tərəfindən verilən ərizə (Əlavə №1);
- Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə Müqavilə;
- Əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya dövlət reyestrindən çıxarış;
- Hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənəd;
- Fiziki şəxsin VÖEN-i;
- Etibarnamə (nümayəndələr üçün);
- Əmtəənin və ya xidmətin keyfiyyəti barədə sənəd;
- Müqavilənin qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
İxtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üzrə:
- Patent sahibi tərəfindən verilən ərizə (Əlavə №2);
- İxtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqaviləsi;
- Patentin surəti və ya dövlət reyestrindən çıxarış;
- Hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənəd;
- Fiziki şəxsin VÖEN-i;
- Etibarnamə (nümayəndələr üçün);
- Müqavilənin qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və elektron xidmət istifadəçisi (bundan sonra-istifadəçi) tərəfindən imza və ya elektron imza (olduqda) ilə (dövlət orqanı, bələdiyyə və ya hüquqi şəxs olduqda imza və möhürlə) təsdiq edilməsindən sonra bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları:
Sənədlər bu inzibati reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə dərhal istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciət və sənədlər Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Patent şöbəsinə təqdim edilir. Sorğunun icrasına Patent şöbəsinin müdiri məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciət və sənədlər sistemə daxil olduğu andan etibarən sorğunun icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir.
Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciət və sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Patent şöbəsinə icra üçün təqdim edilir. Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Bu
Bu reqlamentin 3.2.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə lisenziya müqaviləsi qeydiyyata alınır və bu barədə dərhal istifadəçiyə məlumat verilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətin göstərilməsi ilə bağlı Komitənin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
3.5.2. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə əlavə № 1
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə
_____________________________________________________________________________
Ünvan: ______________________________________________________________________
_____________________________________________________________________________
Xahiş edirəm __________________________________________________________________________ adlı
(____________________________________________________________________________)
əmtəə nişanından (nişanlarından) istifadəyə dair
_____________________________________________________________________________
(____________________________________________________________________________)
bağladığımız (müstəsna qeyri-müstəsna, yeganə) lisenziya müqaviləsini qeydiyyata alasınız.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur
- Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə Müqavilə;
- Əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya dövlət reyestrindən çıxarış;
- Hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənəd;
- Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi, pin kodu ______________və VÖEN-i;
- etibarnamə (nümayəndələr üçün);
- əmtəənin və ya xidmətin keyfiyyəti barədə sənəd;
______________________________________________________________________________
Hüquqi (fiziki) şəxsin adından - imza edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi:
və ya onların patent müvəkkilinin soyadı, adı, atasının adı:
Qeyd: Hüquqi şəxslərin ərizəsi möhürlə təsdiq edilməlidir.
“Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə əlavə № 2
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə
_____________________________________________________________________________
Ünvan: ______________________________________________________________________
_____________________________________________________________________________
Xahiş edirəm _____________________________nömrəli____________________________________________ adlı
(____________________________________________________________________________)
ixtira, faydalı model və sənaye nümunəsindən istifadə istifadəyə dair
_____________________________________________________________________________
(____________________________________________________________________________)
bağladığımız (müstəsna, qeyri-müstəsna) lisenziya müqaviləsini qeydiyyata alasınız.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur
- İxtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqavilə;
- Patentin surəti və ya dövlət reyestrindən çıxarış;
- Hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənəd;
- Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi, pin kodu _______________və VÖEN-i;
- etibarnamə (nümayəndələr üçün);
- Dövlət orqanı üçün - əsasnaməsinin rekvizitləri __________;
- Bələdiyyə üçün-nizamnaməsinin rekvizitləri __________;
_____________________________________________________________________________
Hüquqi (fiziki) şəxsin, dövlət orqanının və ya bələdiyyənin adından - imza edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi:
və ya onların patent müvəkkilinin soyadı, adı, atasının adı:
Qeyd: Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizəsi möhürlə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında ixtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı və patentin verilməsi üçün müraciətin və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
● “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsi;
● “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.13.1-ci, 18.13.2-ci, və 18.13.3-cü maddələri;
● “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
● Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.8-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 10 iş günü ərzində;
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patentin verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.13-cü maddəsinə əsasən ixtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı rüsumlar aşağıdakı kimi müəyyənləşdirilmişdir:
18.13.1. ixtira üçün - 10 manat;
18.13.2. faydalı model üçün - 7 manat;
18.13.3. sənaye nümunəsi üçün - 7 manat;
2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı dövlət rüsumunun ödənilməsi üçün hesab:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Büdcə təsnifatının kodu: 142215
Büdcə səviyyəsinin kodu: 7
Ödənişin təyinatı hissəsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan maddələrindən biri göstərilməli və maddəyə uyğun olaraq təyinat qeyd olunmalıdır.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr, patent müvəkkilləri, xarici hüquqi və fiziki şəxslər isə yalnız patent müvəkkilləri vasitəsilə.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://www.e-xidmet.azstand.gov.az
- tel: (012) 449 99 59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün fiziki şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu, dövlət orqanı əsasnaməsinin, bələdiyyə isə nizamnaməsinin rekvizitlərini (aktın adını, qeydiyyat və Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyat nömrələrini) daxil etməlidir.
Qeyd: Dövlət orqanının əsasnaməsinin, bələdiyyənin nizamnaməsinin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrinə daxil edilməsi Komitə tərəfindən yoxlanılır.
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:
- Ərizə (reqlamentə əlavə olunur);
- Hüquqi şəxslər üçün - Hüquqi şəxsin dövlət qeydiyyatı barədə şəhadətnamə.
- Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və elektron xidmət istifadəçisi (bundan sonra-istifadəçi) tərəfindən imza və ya elektron imza (olduqda) ilə (hüquqi şəxs, dövlət orqanı və ya bələdiyyə olduqda imza və möhürlə) təsdiq edilməsindən sonra bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları:
Sənədlər bu inzibati reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə dərhal istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin ixtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciət və sənədlər Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Patent şöbəsinə təqdim edilir. Sorğunun icrasına Patent şöbəsinin müdiri məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciət və sənədlər sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir.
İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciət və sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Patent şöbəsinə icra üçün təqdim edilir. Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Bu reqlamentin 3.2.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə patentin verilməsi ilə bağlı istifadəçiyə məlumat verilir. Patent istifadəçinin istəyi ilə onun poçt ünvanına göndərilir və ya şəxsən təqdim edilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətin göstərilməsi ilə bağlı Komitənin qəbul vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
3.5.2. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə əlavə
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə
Aşağıda sadalanmış ixtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patentin verilməsini xahiş edirəm.
İddia sənədinin nömrəsi
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur
- Fiziki şəxslər üçün - - Şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu _____________;
- Hüquqi şəxslər üçün - Hüquqi şəxsin dövlət qeydiyyatı barədə şəhadətnamə.
- Dövlət orqanı üçün - əsasnaməsinin rekvizitləri __________;
- Bələdiyyə üçün-nizamnaməsinin rekvizitləri __________;
Qeyd: Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizəsi möhürlə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
● “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsi;
● “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.39.3-cü və 18.39.4-cü maddələri;
● “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
● Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 1-3-cü hissələri
● Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.9-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 10 iş günü ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilənin dövlət reyestrində qeydə alınması.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.39-cu maddəsinə əsasən əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün rüsumlar aşağıdakı kimi müəyyənləşdirilmişdir:
18.39.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat;
18.39.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat;
2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatına dövlət rüsumunun ödənilməsi üçün hesab:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Büdcə təsnifatının kodu: 142215
Büdcə səviyyəsinin kodu: 7
Ödənişin təyinatı hissəsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan maddələrindən biri göstərilməli və maddəyə uyğun olaraq təyinat qeyd olunmalıdır.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər, patent müvəkkilləri, xarici hüquqi və fiziki şəxslər isə yalnız patent müvəkkilləri vasitəsilə.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://www.e-xidmet.azstand.gov.az
- tel: (012) 449 99 59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün fiziki şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil etməlidir.
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:
- əmtəə nişanının sahibi tərəfindən verilən ərizə (əlavə №1);
- əmtəə nişanı üzrə hüququn digər şəxslərə verilməsi barədə müqavilə ( əlavə №2);
- əmtəə nişanına dair şəhadətnamənin surəti və ya dövlət reyestrindən çıxarış;
- hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənəd;
- fiziki şəxsin VÖEN-i;
- etibarnamə (nümayəndələr üçün).
- Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: əmtəə nişanı üzrə hüququn digər şəxslərə verilməsi barədə müqavilə elektron xidmətin təqdim edildiyi internet ünvanından (reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və elektron xidmət istifadəçisi (bundan sonra-istifadəçi) tərəfindən imza və ya elektron imza (olduqda) ilə (hüquqi şəxs olduqda imza və möhürlə) təsdiq edilməsindən sonra bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları:
Sənədlər bu inzibati reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə dərhal istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciət və sənədlər Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Patent şöbəsinə təqdim edilir. Sorğunun icrasına Patent şöbəsinin müdiri məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciət və sənədlər sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Patent şöbəsinə icra üçün təqdim edilir.
Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciət və sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Bu
Bu reqlamentin 3.2.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə dövlət reyestrində qeydiyyatına alınır və bu barədə dərhal istifadəçiyə məlumat verilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətin göstərilməsi ilə bağlı Komitənin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
3.5.2. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə Əlavə № 1
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə
_____________________________________________________________________________
Ünvan: ______________________________________________________________________
_____________________________________________________________________________
Xahiş edirəm _________________________________________________________________________ adlı
_____________________________________________________________________________
əmtəə nişanına (nişanlarına) dair hüquqların bütövlükdə (qismən)
_____________________________________________________________________________
______________________________________________________________ verilməsi barədə
bağladığımız müqaviləni qeydiyyata alasınız.
Əmtəə nişanının (nişanlarının) sahibi:
Hüquqi (fiziki) şəxsin adından - imza edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi:
və ya onların patent müvəkkilinin soyadı, adı, atasının adı:
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur.
- əmtəə nişanı üzrə hüququn digər şəxslərə verilməsi barədə müqavilə
- əmtəə nişanına dair şəhadətnamənin surəti və ya dövlət reyestrindən çıxarış;
- hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənəd;
- fiziki şəxslər üçün - şəxsiyyət vəsiqəsinin nömrəsi, pin kodu _______________və VÖEN-i;
- etibarnamə (nümayəndələr üçün).
Qeyd: Hüquqi şəxslərin ərizəsi möhürlə təsdiq edilməlidir.
“Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə Əlavə № 2
Bu sənədi imzalayaraq (hüquqları verən tərəfin fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı):
Əmtəə nişanına (nişanlarına) dair hüquqların (əmtəə nişanının (nişanlarının) №-si, adı, Nitsa təsnifatı üzrə siniflər):
Declares to assign transmission on trademark registration (registration Ne: title, classes according to the Nice classification)
Əmtəə nişanına (nişanlarına) aid olan əmtəələrə, xidmətlərə görə (Nitsa təsnifatı üzrə siniflər)
In respect of all (some) goods/services (classes according to the Nice classification):
Göstərilən tərəfə verilməsini təsdiq edirəm (hüquqları alan tərəfin, fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı):
(full name, address):
Hüquqları verən tərəf: soyadı, adı, atasının adı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)
Assignor: full name, signature, place and date (seal and capacity in case of legal entity):
Hüquqları alan tərəf: soyadı, adı, atasının adı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)
Assignor: full name, signature, place and date (seal and capacity in case of legal entity):
Qeyd. İmzalar möhürlənir və onlar olmadıqda, imzalar notarius tərəfindən təsdiq edilir.
Notification: the signatures should bear the party's company seals or in case of their absence should be certified by Notary Public.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında və ölkə xaricindən fiziki və hüquqi şəxslər tərəfindən texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların elektron qaydada qəbulunu və cavablandırılmasını əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;
- Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.11-ci və 8.44-cü bəndləri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.10-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 10 iş günü ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Texniki reqlamentlərə, standartlara və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların elektron şəkildə cavablandırılması.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
● http://www.e-xidmet.azstand.gov.az
● email: enquiry@azstand.gov.az
● tel: (012) 449-99-59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün fiziki şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil etməlidir.
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar aşağıdakılardır:
- Fiziki şəxslər üçün - elektron poçt ünvanı(olduqda);
- Hüquqi şəxslər üçün-adı, ünvanı, elektron poçt ünvanı(olduqda);
- Dövlət orqanları və bələdiyyələr üçün-adı, ünvanı, elektron poçt ünvanı;
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanında bu reqlamentin 2.6-cı bəndində göstərilən məlumatların və texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğularının istifadəçi tərəfindən daxil edilməsi ilə formalaşdırılır.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
İstifadəçi bu Reqlamentin 2.4-cü bəndində göstərilmiş internet ünvanında reqlamentin 2.6-cı bəndində nəzərdə tutulmuş məlumatları təqdim etmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir. Sorğunu yerinə yetirməkdən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğu Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə təqdim edilir. Sorğunun icrasına adıçəkilən şöbənin müdiri məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğu sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə icra üçün təqdim edilir. Sorğuların cavablandırılması istiqamətində müraciətlərin təşkili və əldə olunan müvafiq cavabların istifadəçiyə çatdırılması bu reqlamentin 1.7-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Elektron xidmətin göstərilməsindən imtina edilmədikdə sorğuya cavab verilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında standartlaşdırma sahəsində normativ sənədlərin (bundan sonra – normativ sənəd) qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi;
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü maddəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.45-ci bəndi;
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;
- “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.11-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 15 iş günü ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü maddəsinə əsasən standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması üçün 2 manat rüsum nəzərdə tutulmuşdur.
2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
Normativ sənədlərin dövlət qeydiyyatına alınmasına və dəyişiklik edilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Büdcə təsnifatının kodu: 142215
Büdcə səviyyəsinin kodu: 7
Ödənişin təyinatı: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü maddəsinə əsasən standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması üçün ödənilən dövlət rüsumu
2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
● http://www.e-xidmet.azstand.gov.az
● email: azs@azstand.gov.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması.
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün fiziki şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil etməlidir.
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün aşağıdakı məlumatlar təqdim olunmalıdır.
- Dövlət qeydiyyatına alınması üçün normativ sənədlər və ya qüvvədə olan normativ sənədlərə dair dəyişiklik layihəsi (tətbiq sahəsinə görə müvafiq rəy və təkliflərlə birgə skan edilmiş surətləri);
- Fiziki şəxslər üçün - elektron poçt ünvanı(olduqda);
- Hüquqi şəxslər üçün adı, ünvanı, elektron poçt ünvanı(olduqda)
- Dövlət orqanları və bələdiyyələr üçün adı, ünvanı, elektron poçt ünvanı;
- Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: Sorğu elektron xidmətin təqdim edildiyi internet ünvanına bu reqlamentin 2.6-cı bəndində göstərilən məlumatların daxil edilməsi, eyni zamanda həmin bənddə göstərilən sənədlərin skan edilmiş surətlərinin göndərilməsi ilə formalaşdırılır.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Sənədlər bu inzibati reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə sorğu qəbul edildikdən sonra dərhal istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər tam və düzgün formada yazılmışdırsa sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciət və sənədlər Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə təqdim edilir. Sorğunun icrasına adıçəkilən şöbənin müdiri məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciət və sənədlər sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə icra üçün təqdim edilir.
Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciət və sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Müvafiq rəy və razılaşdırmalarla dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş normativ sənədlər və qüvvədə olan normativ sənədlərə dair dəyişiklik layihəsi müvafiq ekspertizadan keçirilir, ekspertizanın yekunları qənaətbəxş hesab edildiyi halda sənəd dövlət qeydiyyatına alınır və istifadəçiyə bu barədə məlumat rəsmi məktubla təqdim edilir. Ekspertizanın nəticələri qənaətbəxş hesab edilmədiyi halda istifadəçi rəsmi şəkildə bu barədə məlumatlandırılır. Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Bu reqlamentin 3.2.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün dövlət rüsumunun ödənilməsi zərurəti barədə istifadəçinin elektron poçtuna bildiriş göndərməklə dərhal məlumat verilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzin skan edilmiş surəti elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərildikdən sonra qeydiyyat və ya dəyişikliyin aparılması barədə qərar qəbul edilir. Bu barədə dərhal istifadəçiyə məlumat verilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətin göstərilməsi ilə bağlı Komitənin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
3.5.2. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət ölçmə vasitələrinin (bundan sonra - ÖV) tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin elektron qaydada qəbulu əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsi;
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.4-cü maddəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları"nın 1-ci və 2-ci hissələri;
- Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.10-cu bəndi;
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.12-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 10 iş günü ərzində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatın verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 30.4-cü maddəsinə uyğun olaraq ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sertifikatın verilməsi üçün dövlət rüsumunun məbləği 20 manat müəyyən edilmişdir.
2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.
Ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatın verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
M/h: AZ41NABZ01360100000000003944
Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Büdcə təsnifatının kodu: 142215
Büdcə səviyyəsinin kodu: 7
Ödənişin təyinatı: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 30.4-cü maddəsinə uyğun olaraq ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sertifikatın verilməsi üçün ödənilən dövlət rüsumu.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
● http://www.e-xidmet.azstand.gov.az
● email: azs@azstand.gov.az
● tel: (012) 449-99-59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:
- Ərizə (reqlamentə əlavə olunur);
- ÖV-nin istehsalına dair texniki şərt;
- İstehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, ÖV-nin tipinin təsdiqi haqqında sertifikat;
- ÖV-nin tipinin təsviri;
- ÖV-nin yoxlama metodikası;
- ÖV-nin müəssisə tərəfindən aparılmış ilkin sınaq aktı;
- ÖV-nin dövlət qəbulu sınağının aktı;
- Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Bu reqlamentin 3.2.1-ci bəndinə uyğun olaraq elektron xidmətin göstərilməsindən imtina edilmədikdə təqdim olunur).
3.1. İnteraktiv elektron xidmətlər uçun sorğu:
3.1.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və elektron xidmət istifadəçisi (bundan sonra-istifadəçi) tərəfindən imza və ya elektron imza (olduqda) ilə (hüquqi şəxs, dövlət orqanı və ya bələdiyyə olduqda imza və möhürlə) təsdiq edilməsindən sonra bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.
3.1.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sənədlər bu reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə dərhal istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin ÖV-nin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu:
istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
ÖV-nin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciət və sənədlər Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya Texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Komitənin Metrologiya şöbəsinə təqdim edilir. Sorğunun icrasına şöbənin rəhbərliyi məsuliyyət daşıyır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:
ÖV-nin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciət və sənədlər sistemə daxil olduğu andan etibarən sorğunun icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir.
ÖV-nin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciət və sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq Komitənin Metrologiya şöbəsinə icra üçün təqdim edilir. Şöbədə ölçmə vasitələri onlara şamil edilən texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu araşdırılır.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Bu reqlamentin 3.2.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi zərurəti barədə istifadəçinin elektron poçtuna bildiriş göndərməklə dərhal məlumat verilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzin skan edilmiş surəti elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərildikdən sonra sertifikatın verilməsi barədə qərar qəbul edilir. Sertifikat blankının nömrəsi ”Ölçmə vasitələrinin dövlət reyestrinin qeydiyyat kitabı”na qeyd edilərək, istifadəçiyə bu barədə məlumat verilir və ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat istifadəçiyə şəxsən təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətin göstərilməsi ilə bağlı Komitənin vəzifəli şəxslərinin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
3.5.2. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ə əlavə
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə
(fiziki şəxsin, dövlət orqanının və ya bələdiyyənin adı, ünvanı, hüquqi şəxsin adı və hüquqi ünvanı)
“Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat”ın verilməsi xahiş olunur.
Əlavə olunan sənədlər:
1. Ölçmə vasitəsinin istehsalına dair texniki şərt;
2.. Ölçmə vasitəsinin pasportu;
3. İstehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən,. Ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat;
4.. Ölçmə vasitəsinin tipinin təsviri;
5.. Ölçmə vasitəsinin yoxlama metodikası;
6. İstismar təlimatı;
7.. Ölçmə vasitəsinin müəssisə tərəfindən aparılmış ilkin sınaq aktı;
8.. Ölçmə vasitəsinin dövlət qəbulu sınağının aktı;
9.. Ölçmə vasitəsinin fotoşəkli.
Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik
İmza: ________________
Qeyd: Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizəsi möhürlə təsdiq olunmalıdır.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2013-cü il tarixli, 004 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Cərimələrin internet vasitəsilə ödənilməsi
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında qanunvericiliyin tələblərini pozmuş təsərrüfat subyektlərinə qarşı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti (bundan sonra - Dövlət Nəzarəti Xidməti) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə (bundan sonra - İXM) uyğun tətbiq edilmiş cərimələrin internet vasitəsi ilə ödənişini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
● Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.4, 222, 447.0.3-447.0.8, 537.2 və 538-ci maddələri;
● Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 3.1.16-cı yarımbəndi;
● “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;
● Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.13-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Cərimələrin ödənişi ilə bağlı müddət əməliyyatın informasiya sistemi tərəfindən emalı vaxtına bərabərdir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən inzibati cərimənin ödənilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş fiziki və hüquqi şəxslər
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-xidmet.azstand.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
http://www.e-xidmet.azstand.gov.az/
● e-mail: azs@azstand.gov.az
● tel: (012) 449 99 59
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətdən istifadə etmək üçün fiziki və ya hüquqi şəxs inzibati tənbeh vermə haqqında qərarın nömrəsini və tarixini daxil etməlidir.
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar aşağıdakılardır:
- Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş fiziki və hüquqi şəxs barədə məlumat(fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və hüquqi ünvanı;
3.1. Cərimələrin ödənişi üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. Elektron xidmətlər üçün sorğu:
Hüquqi və ya fiziki şəxs elektron xidmətin təqdim edildiyi internet ünvanında adını, inzibati tənbeh vermə haqqında qərarın nömrəsini və tarixini daxil etməklə inzibati cərimənin ödənilməsi imkanını əldə edir.
3.2.1. Sorğunun formalaşdırılması:
3.2.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanında bu reqlamentin 2.6-cı bəndində göstərilən məlumatları daxil etməklə formalaşdırılır.
3.2.2. sorğunun qəbulu: Sorğu www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.3 Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
İstifadəçi bu Reqlamentin 2.4-cü bəndində göstərilmiş internet ünvanında informasiya sisteminin müvafiq pəncərəsində inzibati tənbeh vermə haqqında qərarın nömrəsini və tarixini düzgün daxil etmədikdə sistem tərəfindən sorğunun yerinə yetirilməsindən imtina edilir. Sorğunu yerinə yetirməkdən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu:
İstifadəçi bu reqlamentin 2.6-cı bəndində nəzərdə tutulmuş məlumatları düzgün daxil etdikdə sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
- istifadəçi bu Reqlamentin 2.4-cü bəndində göstərilmiş internet ünvanda rekvizitləri daxil edir;
- avtomatik rejimdə cərimə ödənilir və onun ödənişi barədə istifadəçiyə bildiriş göndərilir;
- Cərimənin ödənilməsi ilə bağlı sorğu Komitənin Elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna və icrasına məsul bölmə olaraq cavabdehlik daşıyır. Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən istifadəçinin cəriməni ödəməsi barədə dərhal Komitənin Maliyyə şöbəsinə və Dövlət Nəzarəti Xidmətinə məlumat verilir.
3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:
- istifadəçi bu Reqlamentin 2.4-cü bəndində göstərilmiş internet ünvanda rekvizitləri daxil etməklə, inzibati cəriməni internet vasitəsilə ödəyir və bu barədə avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir;
- Komitənin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən istifadəçinin cərimənin ödəməsi barədə dərhal Komitənin Maliyyə şöbəsinə və Dövlət Nəzarəti Xidmətinə məlumat verilir.
Əməliyyatın icra müddəti onun informasiya sistemində emalı müddətindən asılıdır.
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Cərimə onlayn rejimdə ödənilir.
İstifadəçi inzibati cərimə üzrə ödəniş həyata keçirildikdə bununla bağlı çıxarışı çap edir və ya onu özünün elektron poçt ünvanına göndərir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.5.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
27 oktyabr 2015-ci il tarixli 150116500010 nömrəli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510270010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 noyabr 2015-ci il)
07 aprel 2016-cı il tarixli 160116500013 nömrəli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201604070013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 aprel 2016-cı il)
20 dekabr 2016-cı il tarixli 160116500024 nömrəli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612200024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2016-cı il)
11 yanvar 2018-ci il tarixli 18011500001 nömrəli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801110001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI