Qanunvericilik › Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 09.09.2014) › Tam mətn

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 09.09.2014)

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 09.09.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında 2014-cü il iyunun 20-də Bakı şəhərində və 2014-cü il iyunun 27-də Deyjon şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətini xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2014-cü il

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Komitə) və Koreya Əqli Mülkiyyət Ofisi (KƏMO),

Tərəflər arasında ənənəvi əlaqələri daha da gücləndirməyi arzulayaraq,

güclü milli və qlobal iqtisadiyyatın qurulmasında, innovasiya və investisiya sahələrinin, sahibkarlığın inkişafında əqli mülkiyyətin əhəmiyyətini qəbul edərək,

əqli mülkiyyətin yaradılmasında, qorunması və kommersiyalaşdırılmasında avtomatlaşdırma sisteminin əhəmiyyətini qiymətləndirərək,

aşağıdakılar barədə razılığa gəldilər:

1.1. Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan Respublikasında əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin inkişaf etdirilməsi və idarə olunması, sistemin inkişafı və idarə olunması üzrə texniki əməkdaşlıq üçün çevik və geniş əhatəli çərçivəni yaratmaqdır.

1.2. Tərəflər Azərbaycan Respublikasının ərazisində əqli mülkiyyətlə bağlı ictimaiyyətin geniş maarifləndirilməsi üçün uzunmüddətli strateji əməkdaşlıq edəcəkdir.

2.1. Bu Anlaşma Memorandumu üzrə aşağıdakı sahələrdə əməkdaşlıq edilə bilər:

2.1.1. Əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin fəaliyyəti və inkişafı

a) Azərbaycan Respublikasında əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin inkişaf etdirilməsi üçün informasiya texnologiyaları və ekspert bilikləri (nou-hau) üzrə təcrübə mübadiləsi;

b) Azərbaycan Respublikasında əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin fəaliyyəti üçün informasiya texnologiyaları və ekspert bilikləri (nou-ha-u) üzrə təcrübə mübadiləsi;

c) Azərbaycan Respublikasında əqli mülkiyyətin avtomatlaşdırılması sisteminin inkişaf etdirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi.

2.1.2. Əqli mülkiyyət sahəsində fəaliyyətin səmərəliliyinin artırılması

a) KƏMO-nun ekspertlərini Komitəyə ezam edərək, əqli mülkiyyət ərizələrinin elektron formada verilməsini asanlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşları üçün təlim proqramlarının hazırlanması;

b) Komitənin mütəxəssislərini KƏMO-ya ezam edərək, əqli mülkiyyətin avtomatlaşdırılması sistemindən istifadə üzrə Komitənin mütəxəssisləri üçün təlim proqramlarının hazırlanması.

2.1.3. Tərəflərin razılaşdıra biləcəkləri digər əməkdaşlıq fəaliyyətləri.

3.1. Tərəflər bu Anlaşma Memorandumunun həyata keçirilməsinə görə cavabdeh olan işçi qrupu yaradacaqlar. İşçi qrupu əqli mülkiyyət və avtomatlaşdırma sistemi sahələrində çalışan mütəxəssislərdən ibarət olacaqdır.

3.2. Tərəflər işçi qrupu vasitəsilə məlumat və fikir mübadiləsi aparacaq və lazım gəldikdə, bu Anlaşma Memorandumunun həyata keçirilməsi məqsədi ilə Tərəflər öz ekspertlərini digər Tərəfə göndərəcəklər.

Bu Anlaşma Memorandumu çərçivəsində tədbirlər mövcud vəsaitə və şəxsi heyətə uyğun olaraq həyata keçiriləcək və əməkdaşlıq fəaliyyətinin yerinə yetirilməsi ilə bağlı yaranan xərcləri hər bir Tərəf özü ödəyəcəkdir.

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yaranan istənilən fikir ayrılıqları Tərəflər arasında məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

6.1. Bu Anlaşma Memorandumu Azərbaycan Respublikasında zəruri dövlət-daxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

6.2. Bu Anlaşma Memorandumuna, Tərəflərin qarşılıqlı razılığı ilə, onun ayrılmaz tərkib hissəsi olan və bu Anlaşma Memorandumunun 6.1-ci bəndində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

6.3. Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında eyni müddətə uzadıla bilər. Tərəflərin hər biri istənilən vaxt digər Tərəfə 6 (altı) ay əvvəldən yazılı bildiriş göndərməklə bu Anlaşma Memorandumunu ləğv edə bilər. Belə ləğvetmə, Tərəflər arasında birgə razılığın olmadığı təqdirdə, bu Anlaşma Memorandumu çərçivəsində aparılan fəaliyyətə xələl gətirmədən həyata keçirilir.

Bu Anlaşma Memorandumu Bakı şəhərində 2014-cü il 20 iyun tarixində və Deyjon şəhərində 2014-cü il 7 iyun tarixində, Azərbaycan, Koreya və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

1. 4 avqust 2022-ci il tarixli 1805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 865)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver