Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin. (Əlavə 1)*
2. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu” təsdiq edilsin. (Əlavə 2)*
3. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və mülki işçilərinin say həddi” təsdiq edilsin. (Əlavə 3)*
4. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabit heyəti vəzifələrinin siyahısı” təsdiq edilsin. (Əlavə 4)*
5. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2021-ci il
*Əlavələr dərc edilmir.
1. 4 mart 2023-cü il tarixli nömrəli 2059 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 354)
2. 13 noyabr 2023-cü il tarixli nömrəli 2347 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1501)
3. 23 fevral 2026-cı il tarixli 603 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 122)
4. 25 may 2026-cı il tarixli 672 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2026-cı il, “Xalq” qəzeti, 26 may 2026-cı il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, I kitab, maddə 418)
5. 6 iyul 2026-cı il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı