Qanunvericilik › Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Mülki heyətin sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilməsi və geri çağırılması haqqında qərarların qəbul edilmə qaydası

Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Bu Qanunun 5.1-ci maddəsində göstərilən əsaslardan ən azı biri mövcud olduqda müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla mülki heyətin sülhməramlı əməliyyatda iştirak etmək üçün respublika ərazisindən kənara göndərilməsi barədə qərar qəbul edir və bir həftə ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verir.

9.2. Müvafiq icra hakimiyyəti orqanı sülhməramlı əməliyyat çərçivəsində humanitar yardımın göstərilməsi və maddi-texniki ehtiyatların verilməsi, onların müəyyən edilmiş yerə çatdırılması üçün nəqliyyat vasitələrinin ayrılması barədə qərarlar qəbul edir.

9.3. Müvafiq icra hakimiyyəti orqanının qərarında respublika ərazisindən kənara göndərilən mülki heyətin fəaliyyət rayonu, onların vəzifələri, ümumi sayı, tabeliyi, xidmət müddəti və onun uzadılma qaydası, onların əvəz edilməsi və çıxarılması şərtləri, həmçinin mülki heyət və onların ailə üzvləri üçün müəyyən olunan əlavə təminatlar, imtiyazlar və kompensasiyalar haqqında məlumatlar göstərilir.

9.4. Beynəlxalq hərbi-siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının mülki heyətinin sülhməramlı əməliyyatlarda gələcək iştirakı məqsədəuyğun olmazsa, yaxud iştiraka əsas verən hallar aradan qalxarsa, müvafiq icra hakimiyyəti orqanı qeyd edilən mülki heyətin geri çağırılması barədə qərar qəbul edir. Qəbul edilmiş qərar barədə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Milli Məclisinə bir həftə ərzində məlumat verilməlidir.

9.5. Mülki heyətin təcili surətdə geri çağırılması barədə qərar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hərbi heyətin geri çağırılması barədə qərarla eyni vaxtda qəbul edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver