Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli, 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının bəzi qərarlarına aşağıdakı məzmunda dəyişikliklər edilsin:
1.1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin (Bölmə VII) cədvəl hissəsinin 4-cü sütununun başlığında “Digər təşkilatlar” sözləri “Digərləri” sözü ilə əvəz edilsin.
2. Bu qərar 1 avqust 2012-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 13 iyul 2012-ci il