Qanunvericilik › “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.04.2023) › Tam mətn

“Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.04.2023)

“Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.04.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.“Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 aprel 2023-cü il

1.1. Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.11-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. ekvivalentlik – Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin Azərbaycan Respublikasının ərazisinə idxal olunan və ya idxal olunması nəzərdə tutulan qida və yem məhsuluna dair qüvvədə olan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktının (bundan sonra - xarici texniki normativ hüquqi akt) Azərbaycan Respublikasında qüvvədə olan müvafiq texniki normativ hüquqi aktdan (bundan sonra – milli texniki normativ hüquqi akt) fərqli normalar və qaydalar müəyyənləşdirsə belə, milli texniki normativ hüquqi aktın tələb etdiyi sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsi şərtilə milli texniki normativ hüquqi akta bərabər tutulması;

1.2.2. sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsi– qida təhlükəsizliyi ilə bağlı tələblərin müəyyən edilməsi yolu ilə Azərbaycan Respublikasının ərazisində insanların və heyvanların həyat və sağlamlığının qorunmasını təmin edən sanitar mühafizənin zəruri səviyyəsi.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Bu Qaydaya əsasən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

2.1. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

2.2. Bu Qaydaya əsasən Agentlik tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxalına yol verilir.

2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının ərazisinə qida və yem məhsulları idxal etmək istəyən ölkələrin qida təhlükəsizliyi sahəsində səlahiyyətli qurumları (bundan sonra – xarici səlahiyyətli qurum) xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması üçün bu Qaydaya uyğun olaraq diplomatik kanallar vasitəsilə Agentliyə müraciət etməlidir.

2.4. Qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma zamanı istinad edilən qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyasına dair tələblər müəyyənləşdirən texniki normativ hüquqi aktların xarici səlahiyyətli qurumun müraciətinə uyğun olaraq hamısının, birinin və ya bir neçəsinin ekvivalentliyinin tanınması həyata keçirilə bilər.

3.1. Xarici səlahiyyətli qurum ekvivalentliyin tanınması üçün Agentliyə müraciət edərkən aşağıdakıları təqdim edir:

3.1.1. xarici texniki normativ hüquqi aktları;

3.1.2. müvafiq təsdiq, qeydiyyat, sertifikatlaşdırma və digər nəzarət tədbirləri barədə aidiyyəti normativ hüquqi aktları;

3.1.3. xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlardan fərqli tələbləri və həmin tələblərin müvafiq milli texniki normativ hüquqi aktın müəyyən etdiyi sanitar mühafizəni eyni və ya daha yüksək səviyyədə təmin etməsinə dair elmi sübutlar və risk qiymətləndirilməsi nəticələrinə dair məlumatları;

3.1.4. ekvivalentliyin tanınması üçün xarici səlahiyyətli qurumun zəruri hesab etdiyi digər məlumatları.

3.2. Agentlik xarici səlahiyyətli qurumun bu Qaydanın 3.1.3-cü yarımbəndində tələb olunan məlumatları təqdim edə bilməsi üçün müvafiq məhsula dair aidiyyəti milli texniki normativ hüquqi aktın həmin xarici səlahiyyətli quruma təqdim edilməsini təmin edir.

3.3. Təqdim olunan məlumatlar əsasında Agentlik tərəfindən müvafiq xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla fərqli tələblərinin sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsinə dair araşdırma həyata keçirilir və nəticələrinə dair hesabat hazırlanır. Araşdırma ən geci 2 (iki) ay müddətində başa çatdırılmalıdır.

3.4. Araşdırma nəticələri əsasında xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla müqayisədə sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin edib-etmədiyi müəyyənləşdirildikdə, Agentlik həmin texniki normativ hüquqi aktın ekvivalentliyinin tanınması və ya ekvivalentliyinin tanınmasından imtina edilməsi haqqında 10 (on) iş günü müddətində qərar qəbul edir və qəbul edilmiş qərar barədə 7 (yeddi) iş günü müddətində xarici səlahiyyətli quruma diplomatik kanallar vasitəsilə rəsmi məlumat verir.

3.5. Məlumatda ekvivalentliyin tanınması ilə bağlı qərarın qüvvəyə minməsi tarixi, ekvivalentliyin tanınmasından imtina edildikdə isə imtinaya əsas olmuş hallar qeyd olunmalıdır.

3.6. İmtina üçün əsaslar aradan qaldırıldıqdan sonra, xarici səlahiyyətli qurum tərəfindən ekvivalentliyin tanınması üçün Agentliyə bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq yenidən müraciət edilə bilər.

3.7. Ekvivalentliyi tanınmış xarici texniki normativ hüquqi aktlar barəsində məlumat Agentliyin rəsmi internet səhifəsində dərc edilir.

3.8. Ekvivalentliyi tanınmış xarici texniki normativ hüquqi aktlarda dəyişiklik baş verdikdə, xarici səlahiyyətli qurum bu barədə diplomatik kanallar vasitəsilə Agentliyə məlumat verməlidir. Bu halda ekvivalentliyin tanınması barədə qərara Agentlik tərəfindən yenidən baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver