“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli, 792 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri” və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” təsdiq edilsin (əlavə olunur)
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 iyul 2009-cu il
1.1. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası (bundan sonra — Qayda) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avtomobil yollarında dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlarına, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qayda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları, o cümlədən hərəkət marşrutuna daxil edilmiş və Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarına müvafiq qaydada aid edilmiş yaşayış məntəqələrinin yolları, prospektləri və küçələri (bundan sonra — avtomobil yolları) ilə hərəkətini və onların avtomobil yolları ilə hərəkətinə dair xüsusi icazənin verilməsi qaydasını tənzimləyir.
1.3. Qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır.
1.4. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə bu Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla, hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir.
1.5. Beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən nəqliyyat vasitələri ilə iriqabaritli və (və ya) ağırçəkili, bölünən və ya bölünməsi mümkün olmayan yüklərin daşınması müvafiq qanunvericiliyin, habelə bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir.
1.6. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması bu Qaydaya, habelə Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.7. Beynəlxalq avtomobil daşımalarını həyata keçirən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə daxil olmasına və tranzit keçidinə yalnız hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir.
1.8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir.
1.9. Bu Qaydanın müddəaları müdafiə ehtiyacları, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə şamil olunmur. Bu halda hərəkət marşrutu haqqında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə operativ qaydada məlumat verilir, nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkəti və süni qurğulardan keçməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatları nəzərə alınmaqla həyata keçirilir.
2.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hərəkət vaxtı və hərəkət sürətinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir.
2.2. Xüsusi icazə daşınmadan əvvəl alınmalı, sürücüdə və ya yükü müşayiət edən şəxsdə olmalıdır.
2.3. Digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik və ya ətrafdakılar üçün təhlükə yaradan əlverişsiz yol-iqlim şəraitində, habelə yol hərəkətinin intensiv olduğu hallarda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri ilə daşımaların həyata keçirilməsinə yol verilmir.
2.4. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsi yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.
2.5. Aşağıda göstərilən hallardan biri mövcud olarsa, bu Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə hərəkət intensivliyinin ən aşağı dövrlərində icazə verilir:
2.5.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi kütləsi 44 tondan artıq olduqda;
2.5.2. yüklə birlikdə nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;
2.5.3. yüklə birlikdə nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;
2.5.4. yüklə birlikdə nəqliyyat vasitəsinin uzunluğu 20 metrdən artıq olduqda.
2.6. Aşağıdakı hallarda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri hökmən müşayiət edilir:
2.6.1. mühafizə avtomobili ilə:
2.6.1.1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;
2.6.1.2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;
2.6.1.3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;
2.6.1.4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;
2.6.2. müşayiət avtomobili ilə:
2.6.2.1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;
2.6.2.2. nəqliyyat vasitəsinin avtoqatarın uzunluğu 30 metrdən artıq olduqda;
2.6.2.3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;
2.6.2.4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını qismən tutduqda;
2.6.2.5. daşınma prosesində iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol hərəkətinin tənzimlənməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.
2.7. Mühafizə və ya müşayiət avtomobili iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin qarşısında və ona nisbətdə qismən sol tərəfə çıxmaqla hərəkət etməlidir.
2.8. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra — BDYPİ) patrul xidməti avtomobili ilə müşayiət edilməsinin təmin olunması üçün həmin nəqliyyat vasitəsinin sahibi (istifadəçisi) rəsmiləşdirilmiş xüsusi icazəyə malik olmalıdır. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin sahibi (istifadəçisi) həmin nəqliyyat vasitəsinin BDYPİ ilə razılaşdırılmış müddətdə hərəkətə başlamasını təmin etməlidir.
2.9. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin BDYPİ patrul avtomobili ilə müşayiət olunması üçün daşıyıcı ilə şəhərdaxili (rayondaxili) hərəkət marşrutları üzrə BDYPİ-nin müvafiq ərazi bölməsi, şəhərlərarası (rayonlararası) hərəkət marşrutları üzrə isə BDYPİ arasında müqavilə bağlanılır və qanunvericiliklə müəyyən olunmuş xidmət haqqı ödənilir.
2.10. Mühafizə avtomobilinin ekipajı iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsini süni qurğuların altından və ya üzərindən xüsusi icazədə göstərilmiş qaydada keçməsini təmin etməlidir. Mühafizə avtomobili ilə müşayiət olunmayan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin süni qurğuların altından və ya üzərindən keçməsi xüsusi icazədə göstərilmiş şərtlər nəzərə alınmaqla, daşıyıcı tərəfindən təmin edilir.
2.11. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin süni qurğuların altından və ya üzərindən keçməsi onların faktiki üfüqi və şaquli aralıqları nəzərə alınmaqla həyata keçirilir. Daşınma zamanı müşayiət olunmayan yükün üzərindən süni qurğu konstruksiyasına qədər ehtiyat məsafə 50 santimetr, avtomobil yolu sahibinin nümayəndəsinin iştirakı ilə həyata keçirilən daşınma zamanı isə ehtiyat məsafə 15 santimetrdən az olmamalıdır.
2.12. İriqabaritli və (və ya) ağırçəkili yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitəsi texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə və müvafiq standartlara uyğun olmalıdır.
2.13. İstehsalçı zavod tərəfindən müəyyən edilmiş texniki xarakteristikalara uyğun olmayan nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır.
3.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazəni almaq üçün həmin nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aşağıdakı sənədlər təqdim edilir:
3.1.1. ərizə (bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada);
3.1.2. avtoqatarın sxemi (daşınmada iştirak edən bütün nəqliyyat vasitələri, onların oxlarının və təkərlərinin sayı, oxlar üzrə yüklənmənin paylanması təsvir edilməklə);
3.1.3. yükün ayrı-ayrı hissələrə bölünməzliyini təsdiq edən sənədlər.
3.2. Bu Qaydaya əsasən təqdim edilməsi tələb olunan bütün sənədlər ərizəyə əlavə olunur.
3.3. Ərizə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə daxil olduğu gündən qeydiyyata alınır və təqdim edilən məlumatların dürüstlüyü aşağıdakı qaydada yoxlanılır:
3.3.1. məlumatların tam olması;
3.3.2. nəqliyyat vasitəsinin, o cümlədən yedək avtomobilinin və qoşqunun (yarımqoşqunun) daşınması nəzərdə tutulan yükün texniki xarakteristikasına uyğun olması;
3.3.3. daşıyıcı tərəfindən təqdim edilən marşrut üzrə hərəkətin mümkün olması.
3.4. Ərizədə düzəlişlər və natamam məlumatlar olduqda və ya yükün bölünməzliyi sənədlərlə əsaslandırılmadıqda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ərizənin qeydiyyata alındığı gündən 5 iş günü müddətində daşıyıcıya müvafiq sorğu ilə müraciət edir.
3.5. Daşıyıcı 15 gün müddətində tələb olunan məlumatları təqdim edə bilməzsə, ərizəyə baxılması dayandırılır.
3.6. Nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən müəyyən edilmiş texniki xarakteristikası ərizədə göstərilən iriqabaritli və (və ya) ağırçəkili yükün daşınmasına imkan vermirsə, habelə həmin nəqliyyat vasitəsinin daşıyıcı tərəfindən təqdim olunan marşrut üzrə hərəkət etməsi mümkün deyildirsə, daşıyıcıya xüsusi icazənin verilməsindən imtina edilməsi barədə məlumat verilir.
3.7. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə xüsusi icazənin alınması barədə ərizəyə aşağıdakı hallarda operativ qaydada baxılır:
3.7.1. xüsusi icazə verilmiş nəqliyyat vasitəsi nasaz olduqda, onun dəyişdirilməsi ilə əlaqədar yeni xüsusi icazənin rəsmiləşdirilməsi zəruri olduqda;
3.7.2. yükgöndərən və yaxud yükalan tərəfindən daşınma marşrutu dəyişdirildikdə.
3.8. Ərizəçi fiziki şəxs olduqda, ərizə onun soyadı, adı, atasının adı və ünvanı göstərilməklə, şəxsi imzası ilə təsdiq edilməli, şəxsiyyət vəsiqəsinin surəti ərizəyə əlavə olunmalıdır. Ərizə hüquqi şəxs tərəfindən verildikdə, hüquqi şəxsin adı, hüquqi ünvanı və ya olduğu yer göstərilməklə, onun rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməlidir.
3.9. Xüsusi icazəni rəsmiləşdirərkən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hər bir halda hərəkət marşrutunun razılaşdırılmalı olduğu qurumların siyahısı müəyyən edilir.
3.10. Zəruri hallarda daşınma aşağıdakı qurumlarla razılaşdırılır:
3.10.1. marşrut üzrə yolun və ya yol qurğularının texniki parametrlərindən asılı olaraq və yükün hündürlük üzrə qabariti icazə verilən həddi aşdıqda — qazpaylayıcı sistem operatoru, elektrik, rabitə, su, neft-qaz idarə və təşkilatları ilə;
3.10.2. daşınma marşrutu dəmir yolu xətləri ilə bir səviyyədə kəsişərkən nəqliyyat vasitəsinin yüklə və ya yüksüz eni 2,55 metri, hündürlüyü yolun səthindən 4 metri, uzunluğu bir qoşqu (və ya yarımqoşqu) ilə 30 metri, habelə nəqliyyat vasitəsinin ümumi kütləsi 44 tonu keçdikdə və ya hərəkət sürəti saatda 8 kilometrdən az olduqda — dəmir yolunun müvafiq qurumları ilə;
3.10.3. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri bu Qaydanın 2.5.1 — 2.5.4-cü bəndlərində göstərilən hədləri aşdıqda və onların hərəkət marşrutuna daxil olan şəhər və digər yaşayış məntəqələrinin yolları, prospektləri və küçələri ilə hərəkət etdikdə — şəhər və digər yaşayış məntəqələrinin yollarının, prospektlərinin və küçələrinin mülkiyyətçiləri ilə;
3.10.4. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün mühafizə və ya müşayiət avtomobili ilə müşayiət edilməsi tələb olunduqda — şəhərdaxili (rayondaxili) hərəkət marşrutları üzrə BDYPİ-nin müvafiq ərazi bölmələri ilə, şəhərlərarası (rayonlararası) hərəkət marşrutları üzrə isə BDYPİ ilə.
3.11. Bu Qaydanın 3.10.1 — 3.10.4-cü yarımbəndlərində göstərilən qurumlar hərəkət marşrutunu iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) və ya onların səlahiyyətli nümayəndələri tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun formada olan razılaşdırma vərəqinin təqdim edildiyi andan 5 iş günü müddətində razılaşdırmalıdırlar.
3.12. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkət marşrutu daşınmanın təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının və yol qurğularının texniki parametrləri nəzərə alınmaqla müəyyənləşdirilir.
3.13. Ərizədə göstərilən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin müvafiq marşrut üzrə hərəkətinə marşrut müayinə edilmədən icazə verilməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ərizənin daxil olduğu gündən 5 iş günü müddətində marşrut boyu yolda müayinə aparılmasının zəruriliyi haqqında ərizəçiyə məlumat verilməlidir.
3.14. Aşağıda göstərilənlərdən ən azı biri olduqda, hərəkət marşrutu müayinə edilməlidir:
3.14.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hər hansı parametri qanunvericiliklə müəyyən edilmiş hədlərdən artıq olduqda;
3.14.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi kütləsi hərəkət marşrutunda yerləşən süni qurğuların yükgötürmə qabiliyyətindən artıq olduqda.
3.15. Aparılmış müayinənin nəticəsinə əsasən yol qurğularının gücləndirilməsinə dair layihənin tərtib edilməsi zəruriliyi müəyyən edilir. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin seçilmiş marşrut üzrə normal hərəkətinə şərait yaradılması üçün tərtib edilmiş layihə və digər əlavə işlər daşıyıcının (yükgöndərənin, yükalanın) vəsaiti hesabına həyata keçirilir.
3.16. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə dair xüsusi icazə aşağıdakı şərtlər yerinə yetirildikdən sonra, 5 iş günü ərzində bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun formada nəqliyyat vasitəsinin sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir:
3.16.1. hərəkət marşrutu və hərəkət şərtləri əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra;
3.16.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin keçməsi üçün xüsusi layihənin hazırlanması tələb olunarsa, layihədə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildikdən sonra.
3.17. Xüsusi icazə qüvvədə olma müddəti 30 təqvim günü müəyyən edilməklə, yalnız bir daşınmanın həyata keçirilməsi üçün verilir.
3.18. Eyni növlü yüklərin müəyyən edilmiş marşrut üzrə daşınması zamanı daşınmanın həcmi və digər hallar nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq müddət ərzində gedişlərin bir neçə sayı üçün xüsusi icazə verilə bilər. Bu halda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) tərəfindən hər gedişdə xüsusi icazədə qeydlər (getmə tarixi, təşkilatın rəhbərinin imzası və möhürü) aparılmalıdır. Göstərilən qeydlər olmayan xüsusi icazə etibarsız hesab edilir.
3.19. Xüsusi icazəyə bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada buraxılış vərəqəsi əlavə olunur. Həmin vərəqə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin qabaq şüşəsinin aşağı sağ hissəsində yerləşdirilir.
3.20. Xüsusi icazə blankları və buraxılış vərəqələri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi ilə mətbəə üsulu ilə çap edilir və xüsusi qoruyucu nişanlara malik olmalıdır. Xüsusi icazə blanklarının və buraxılış vərəqələrinin saxlanılması, qeydiyyatı və hesabatının aparılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
3.21. Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə verilmiş icazə üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir.
4.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
4.2. Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır.
4.2-1. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.
4.3. Xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır.
4.4. Bu Qaydanın pozulması hallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən pozuntuya yol vermiş hüquqi və ya fiziki şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməklə, aşağıdakı tədbirlər görülür:
4.4.1. xüsusi icazə olmadan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkət etməsi aşkar edildikdə, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə görə onun faktiki qət etdiyi marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilir və xüsusi icazə alındıqdan sonra daşınma bərpa olunur;
4.4.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsi ilə bölünən yüklərin daşınması zamanı qabarit və çəki parametrlərinin pozulması halı aşkar edildikdə, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə görə onun faktiki qət etdiyi marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilir və yükgöndərən (daşıyıcı) tərəfindən Azərbaycan Respublikasının ərazisində ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən qabarit və (və ya) çəki parametrlərinə uyğun olaraq nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra xüsusi icazə verilmədən daşınma bərpa edilir;
4.4.3. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin xüsusi icazədə göstərilən hər hansı parametrinin aşması faktı aşkar edildikdə, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır və iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə görə onun faktiki qət etdiyi marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilir və xüsusi icazə alındıqdan sonra daşınma bərpa edilir;
4.4.4. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin xüsusi icazədə göstərilən hərəkət marşrutundan kənara çıxması halı aşkar edildikdə, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə görə onun faktiki qət etdiyi marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilir və təkrar xüsusi icazə alındıqdan sonra daşınma bərpa edilir;
4.4.5. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkəti zamanı xüsusi icazədə göstərilən müddətlərdən kənara çıxması halı aşkar olunduqda, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə görə onun faktiki qət etdiyi marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilir və təkrar xüsusi icazə alındıqdan sonra daşınma bərpa edilir.
4.5. Yükgöndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı dövlət büdcəsinə ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi məhkəmə qaydasında tələb edilir.
4.6. Bu Qaydanın 4.4.1 — 4.4.5-ci bəndlərində nəzərdə tutulmuş hallarda xüsusi icazə alınanadək və ya müvafiq pozuntular aradan qaldırılanadək yol hərəkətindən kənarlaşdırılmış iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinin qarşısının alınması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür.
4.7. Xüsusi icazə olmadan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə görə və ya bu Qaydanın digər tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə
Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə dair xüsusi icazənin verilməsi üçün
Xahiş edirəm, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin __________________________ marşrutu üzrə hərəkət etməsinə xüsusi icazə verəsiniz.
Daşıyıcı______________________________________________________________________________
Yük avtomobilinin markası, modeli, dövlət qeydiyyat nişanı _______________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
Qoşqunun və (və ya) yarımqoşqunun markası, modeli, dövlət qeydiyyat nişanı
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
Daşınan yükün növü__________________________________________________________________
Yükün çəkisi _________________ t
Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə):
Uzunluğu ____________________ m
Eni ____ m, yolun hərəkət hissəsinin səthindən yüklə birlikdə
Ümumi kütləsi (dartıcı + qoşqu + yük) ____________________________________ t
Oxlara düşən yük _________________________________ t
Oxlar arasındakı məsafə _________________________ m
İkimeyilli və birmeyilli oxların nömrələri: _______________________________
(oxun nömrəsini göstərən rəqəmin yanında: b — birmeyilli, i — ikimeyilli, n — oxda olan təkərlərin sayı: oxlar arasındakı məsafə 0,7 m-dən artıq olduqda — 4 və daha çox, oxlar arasındakı məsafə 0,7 m-dən az olduqda — 6 və daha çox)
Daşınmanın müddəti__________________________________________________________________
Xüsusi icazənin rəsmiləşdirilməsinə məsul şəxs
_____________________________________________________________________________________
Əlavə edilmiş sənədlərin siyahısı: _______________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
______________________________
_______________________________________________
Tarix: “____” _____________ 20____ il
(hüquqi şəxslər üçün)
Xahiş edirəm iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkət marşrutunu razılaşdırasınız:
Daşıyıcı _____________________________________________________________________________
Yük avtomobilinin markası, modeli, dövlət qeydiyyat nişanı _______________________________
_____________________________________________________________________________________
Qoşqunun və (və ya) yarımqoşqunun markası, modeli, dövlət qeydiyyat nişanı ______________
_____________________________________________________________________________________
Daşınan yükün növü _______________________
Daşınan yükün çəkisi ___________________ t
Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə):
Uzunluğu ______________ m
Eni ___________________ m
Yüklə birlikdə hündürlüyü _____________________ m
Ümumi kütləsi (yedəkçi + qoşqu + yük) ______________________________ t
Oxlara düşən yük ________________________ t
Oxlar arasındakı məsafə ______________________ m
Daşınmanın müddəti _________________________________________________________________
Ərizəçi ________________________
_______________________________________________
(hüquqi şəxslər üçün)
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkət marşrutu
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
______________________
_____________________________________________________
Tarix: “___” ______________ 20____ il
Daşınmanın razılaşdırıldığı qurumlar:
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
BDYPİ ilə razılaşdırma ________________________________________________________________
Hərəkətə saat ______-dan saat ______-dək, ________ km/saat sürətlə icazə verilir.
_____________________________________________________________________________________
Razılaşdırma ____ 20__ il tarixindən _____ 20__ il tarixinədək etibarlıdır.
_____________________
______________________________________________
Tarix: “___” ______________ 20 ___ il
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair
_____________________________________________________________________________________
Daşıyıcı _____________________________________________________________________________
Nəqliyyat vasitəsinin növü _________________________________________________
Yükün çəkisi ______________________ t
Yükün növü __________________________
Reyslərin sayı ______________________
Daşınmanın müddəti ______________________________________________
Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə):
Uzunluğu _______________ m, eni ______________ m, hündürlüyü _______________ m
Ümumi kütləsi _______________________________ t
Oxlara düşən yük ___________________________ t
Oxlar arasındakı məsafə _____________________ m
Hərəkət marşrutu_____________________________________________________________________
_____________________________________________________________________________________
Avtomobil yolları ilə hərəkətin xüsusi şərtləri ____________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin xüsusi şərtləri _____________________________
_____________________________________________________________________________________
İriqabaritli və (və ya) ağırçəkili yükün və ya marşrutun xüsusiyyətlərindən asılı olaraq ehtiyat avtomobilin nəzərdə tutulması _________________________________________________________
Daşınmanın razılaşdırıldığı qurumlar:
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vəzifəli şəxsi
_____________________________________________________________________________________
_____________________________________
Tarix: “___” ______________ 20 ___ il
Hərəkət şərtləri və xüsusi icazənin tələbləri ilə tanış oldular:
Yük avtomobilinin sürücüsü (sürücüləri)
_____________________________________________________________________________________
Yükü müşayiət edən şəxs
_____________________________________________________________________________________
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin reysə çıxması barədə qeydlər (təşkilat rəhbərinin və ya nümayəndəsinin imzası, möhürü və reysin tarixi)
Xüsusi icazənin nömrəsi və tarixi: ______________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
İmza _________________
İriqabaritli və (və ya) ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
1.1. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avtomobil yollarında dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlarına, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına uyğun olaraq hazırlanmışdır.
1.2. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir.
1.3. Müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidir.
Nəqliyyat vasitəsinin icazə verilən qabaritləri 1 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:
birləşdirilmiş nəqliyyat vasitəsi üçün
birləşdirilmiş avtobus üçün
bütün nəqliyyat vasitələri üçün
nəqliyyat vasitələrinin izotermik kuzov banı üçün
3. Maksimal hündürlük
1. Bu cədvəlin 1-ci bəndində göstərilmiş nəqliyyat vasitələrinin maksimal ölçülərinə, çıxarıla bilən kuzovların və yük üçün taraların, o cümlədən konteynerlərin ölçüləri də daxildir.
2. Hər hansı bir nəqliyyat vasitəsi hərəkət zamanı xarici radiusu 12,5 m və daxili radiusu 5,3 m olan bir sahənin çərçivəsi daxilində dönmək imkanına malik olmalıdır.
3. Kombinə edilmiş nəqliyyat vasitəsinin ilişdirici qurğusunun ox bağlantısı və arxa hissəsi arasında maksimal məsafə 12,0 m-dən çox olmamalıdır.
4. Avtoqatarın uzunluq oxu ilə paralel olaraq, ölçülmüş kuzovun xarici ön nöqtəsindən və ya kabina arxasında yükün quraşdırılması üçün platformadan qoşqunun arxa xarici nöqtəsinə kimi, dartıcının arxa hissəsi ilə qoşqunun qabaq hissəsi arasında olan məsafəni çıxmaq şərtilə, maksimal məsafə 17,0 m-dən çox olmamalıdır.
5. Avtoqatarın uzunluq oxu ilə paralel olaraq ölçülmüş kuzovun xarici ön nöqtəsindən və ya kabina arxasında yükün quraşdırılması üçün platformadan qoşqunun arxa xarici nöqtəsinə kimi maksimal məsafə 16,4 m-dən çox olmamalıdır.
6. Nəqliyyat vasitəsinin kuzovunda quraşdırılmış yük, avtomobilin arxa xarici nöqtəsindən və ya qoşqudan 2,0 m-dən çox kənara çıxmamalıdır.
7. Yük avtomobilinin arxa oxu və qoşqunun qabaq oxu arasında məsafə 3,0 m-dən az olmamalıdır.
8. Yarımqoşqunun şarnirlərlə bərkidilən oxu ilə yarımqoşqunun hər hansı bir qabaq nöqtəsi arasında üfüqi olaraq ölçülmüş məsafə 2,04 m-dən çox olmamalıdır.
9. Nəqliyyat vasitəsinin uzunluğu İSO 612-1978 standartının 6.1-ci bəndinə müvafiq olaraq ölçülməlidir. Uzunluğu ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş aşağıdakı qurğular nəzərə alınmır:
- şüşətəmizləyici qurğular, palçıqdan qoruyan fartuklar və brızqoviklər;
- qabaq və yan markalanma plastinaları;
- plomblama və onun mühafizəsi üçün qurğular;
- brezent bərkidilməsi və onun mühafizəsi üçün qurğular;
- işıqlandırma qurğuları;
- arxanı göstərən güzgülər və avtomobilin arxasına nəzarət üçün qurğular;
- hava ötürən borular;
- qoşqu və ya sökülən kuzovla birləşmə üçün klapan və sökülən hissələrin uzunluğu;
- kuzova qalxmaq üçün pillələr, ehtiyat şin üçün qaldırıcı;
- işlək halda 200 mm-dən çox olmayan qaldırıcı platformalar, keçid üçün pillə və digər analoji avadanlıqlar elə hazırlanmalıdır ki, onlar avtomobilin istehsalçı zavod tərəfindən müəyyən edilmiş icazə verilən yüklənmə kütləsini artıra bilməsin.
10. Nəqliyyat vasitəsinin hündürlüyü İSO 612-1978 standartının 6.3-cü bəndinə müvafiq olaraq ölçülməlidir. Hündürlüyü ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş antena, qaldırılmış vəziyyətdə olan pantoqraf nəzərə alınmır.
Oxunu qaldırmaq qurğusuna malik olan nəqliyyat vasitələri üçün belə bir qurğudan olan effekt nəzərə alınmalıdır.
11. Nəqliyyat vasitəsinin eni İSO 612-1978 standartının 6.2-ci bəndinə müvafiq olaraq ölçülməlidir. Eni ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş aşağıdakı qurğular nəzərə alınmır:
- plomb, möhür və onların mühafizəsi üçün qurğular;
- brezent bərkidilməsi və onun mühafizəsi üçün qurğular;
- avtoşinlərin zədələnməsini təyin edən qurğu;
- suçiləyənlərin kənara çıxan hissəsi;
- işıqlandırma qurğuları;
- irəliyə və arxaya yönəlmiş pilləkənlərin bucaqlarının çevrilmə radiusu 5 mm-dən az olmayan, kənar xəttinin çevrilmə radiusu isə 2,5 mm-dən az olmayan və işlək vəziyyətdə olan nəqliyyat vasitəsinin hər bir tərəfindən 10 mm-dən çox olmayaraq, kənara çıxan pilləkənləri, asma platformaları və digər analoji avadanlıqları;
- arxa tərəfin görünməsi üçün güzgülər;
- şinlərdə təzyiq indikatoru;
- hərəkət zamanı yığılan və ya bağlanılan pillələr və nərdivanlar;
- avtoşinin yolun səthi ilə toxunma nöqtəsindən kənara çıxan əyilmiş hissəsi.
Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:
ikioxlu avtomobil üçün
üçoxlu avtomobil üçün
aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün
dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda
ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə
üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə
üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə
üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud 2,896 m olan konteynerin (40 futluq konteyner) daşınması zamanı
ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə
ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə
üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə
üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə
üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə
üçoxlu şarnirlə birləşdirilmiş üçün
dördoxlu şarnirlə birləşdirilmiş üçün
4.1. Nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) 3 nömrəli cədvəl ilə müəyyən edilmiş hədləri aşmamalıdır:
İkioxlu nəqliyyat vasitələrində bir ox üçün
Cütlənmiş oxlar, ikimeyilli (bir oxun hər tərəfində iki təkər olduqda) təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
1 m-dən 1,3 m-ə qədər
1,3 m-dən 1,8 m-ə qədər
1,8 m-ə bərabər və ya çox
Cütlənmiş oxlar, birmeyilli (bir oxun hər tərəfində bir təkər olduqda) təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
1 m-dən 1,3 m-ə qədər
1,3 m-dən 1,8 m-ə qədər
1,8 m-ə bərabər və ya çox
Üçoxlu oxlar, ikimeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
1 m-dən 1,3 m-ə qədər
1,3 m-dən 1,8 m-ə qədər
1,8 m-ə bərabər və ya çox
Üçoxlu oxlar, birmeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
1 m-dən 1,3 m-ə qədər
1,3 m-dən 1,8 m-ə qədər
1,8 m-ə bərabər və ya çox
İkimeyilli təkərləri olan yük avtomobili və ya avtobusun cütlənmiş aparıcı ox kütlələrinin cəmi aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
1 m-dən 1,3 m-ə qədər
1,3 m-dən 1,8 m-ə qədər, eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə
1,8 m-ə bərabər və ya çox, eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə
Birmeyilli təkərləri olan yük avtomobili və ya avtobusun cütlənmiş aparıcı oxları üçün ox kütlələrinin cəmi aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
1 m-dən 1,3 m-ə qədər
1,3 m-dən 1,8 m-ə qədər, eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə
1,8 m-ə bərabər və ya çox, eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə
4.2. Avtomobilin və ya kombinə edilmiş nəqliyyat vasitəsinin aparıcı oxu və ya oxları üzərinə düşən ağırlıq avtomobilin və ya kombinə edilmiş nəqliyyat vasitələrinin ümumi kütləsinin 25 faizindən az olmamalıdır.
1. 23 aprel 2014-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 454)
2. 18 fevral 2016-cı il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 591)
3. 26 yanvar 2017-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 129)
4. 23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)
5. 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 161)
6. 28 dekabr 2021-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1539)
7. 4 aprel 2022-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 383)
8. 25 yanvar 2024-cü il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 111)
9. 19 fevral 2025-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 22 fevral 2025-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 186)
10. 9 iyun 2026-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyun 2026-cı il, “Xalq” qəzeti, 12 iyun 2026-cı il, № 102)