Qanunvericilik › “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında (Nəqliyyat Nazirliyi, 09.09.2013) › Tam mətn

“Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında (Nəqliyyat Nazirliyi, 09.09.2013)

“Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında (Nəqliyyat Nazirliyi, 09.09.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

1. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə (Aydın Süleymanlı) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Bu qərarın icrasına nəzarət nazir müavini Musa Pənahova həvalə edilsin.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2013-cü il 9 sentyabr tarixli 07/Q nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: bu xidmət iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3.1. “Avtomobil yolları haqqında” 1999-cu il 22 dekabr tarixli, 778-IQ nömrəli Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsi;

1.3.2. “Avtomobil nəqliyyatı haqqında” 2008-ci il 1 aprel tarixli, 556-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsi;

1.3.3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli, 792 nömrəli Fərmanının 2.2-ci bəndi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 16.4-cü bəndi;

1.3.6. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”;

1.3.7. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli Qərarının icrası haqqında” Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2009-cu il 22 iyul tarixli 75/ü nömrəli Əmri.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “Azəryolservis” ASC).

1.5. Elektron xidmətin digər icraçıları: daşınma aşağıdakı qurumlarla razılaşdırılır:

1.5.1. marşrut üzrə yolun və ya yol qurğularının texniki parametrlərindən asılı olaraq və yükün hündürlük üzrə qabariti icazə verilən həddi aşdıqda - elektrik, rabitə, su, qazpaylayıcı, neft-qaz idarə və təşkilatları ilə;

1.5.2. daşınma marşrutu dəmir yolu xətləri ilə bir səviyyədə kəsişərkən nəqliyyat vasitəsinin yüklə və ya yüksüz eni 2,55 metri, hündürlüyü yolun səthindən 4 metri, uzunluğu bir qoşqu (və ya yarımqoşqu) ilə 30 metri, habelə nəqliyyat vasitəsinin ümumi kütləsi 44 tonu keçdikdə və ya hərəkət sürəti saatda 8 kilometrdən az olduqda - dəmir yolunun müvafiq qurumları ilə;

1.5.3. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 2.5.1 — 2.5.4-cü bəndlərində göstərilən hədləri aşdıqda və onların hərəkət marşrutuna daxil olan şəhər və digər yaşayış məntəqələrinin yolları, prospektləri və küçələri ilə hərəkət etdikdə - şəhər və digər yaşayış məntəqələrinin yollarının, prospektlərinin və küçələrinin mülkiyyətçiləri ilə;

1.5.4. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün mühafizə və ya müşayiət avtomobili ilə müşayiət edilməsi tələb olunduqda - şəhərdaxili (rayondaxili) hərəkət marşrutları üzrə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – BDYPİ) müvafiq ərazi bölmələri ilə, şəhərlərarası (rayonlararası) hərəkət marşrutları üzrə isə BDYPİ ilə.

Qeyd: xüsusi icazəni rəsmiləşdirərkən, “Azəryolservis” ASC tərəfindən hər bir halda hərəkət marşrutunun razılaşdırılmalı olduğu qurumların siyahısı müəyyən edilir.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.

1.7. Elektron xidmətin icra müddəti:

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə dair xüsusi icazə aşağıdakı şərtlər yerinə yetirildikdən sonra 5 iş günü ərzində Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş formada (bu reqlamentin 3 nömrəli əlavəsi) nəqliyyat vasitəsinin sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir:

1.7.1. hərəkət marşrutu və hərəkət şərtləri əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra;

1.7.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin keçməsi üçün xüsusi layihənin hazırlanması tələb olunarsa, layihədə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildikdən sonra.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: xüsusi icazənin verilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.e-gov.az; www:e-transport.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: www.mot.gov.az; www:e-transport.gov.az

Elektron poçt: info.special.permit@mot.gov.az

Telefon: (+99412) 480-36-61

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. ərizə (reqlamentə 1 nömrəli əlavə). İstifadəçi fiziki şəxs olduqda, ərizə onun soyadı, adı, atasının adı və ünvanı göstərilməklə, şəxsi imzası ilə təsdiq edilməli, şəxsiyyət vəsiqəsinin surəti ərizəyə əlavə olunmalıdır. Ərizə hüquqi şəxs tərəfindən verildikdə, hüquqi şəxsin adı, hüquqi ünvanı və ya olduğu yer göstərilməklə, onun rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməlidir;

2.6.2. avtoqatarın sxemi (daşınmada iştirak edən bütün nəqliyyat vasitələri, onların oxlarının və təkərlərinin sayı, oxlar üzrə yükün paylanması təsvir edilməklə);

2.6.3. yükün ayrı-ayrı hissələrə bölünməzliyini təsdiq edən sənədlər.

Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanında (http:// www.e-gov.az və ya http:// www.e-transport.gov.az) doldurulur, tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada əlavə edilərək göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http:// www.e-gov.az və ya http:// www.e-transport.gov.az) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.2.2. sorğunun qəbulu: sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları:

Göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə istifadəçinin elektron poçt ünvanına 5 gündən gec olmayaraq bildiriş göndərilir. İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar göndərildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Xüsusi icazənin verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İstifadəçiyə xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə onun elektron poçt ünvanına imtinanın səbəbləri göstərilməklə 5 gün müddətində məlumat göndərilir;

3.3.2. sorğunun qəbulu: çatışmazlıqlar və ya imtina üçün əsas olmadığı halda sorğu qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul struktur bölmə və inzibati əməliyyatın yerinə yetirilmə müddəti haqqında məlumat:

Müraciət qeydiyyata alınır, təqdim olunmuş sənədlərin tamlığı, düzgünlüyü yoxlanılır və çatışmazlıqlar aşkar edildikdə onlar aradan qaldırılır.

“Azəryolservis” ASC-nin

85 saylı Yol İstismarı MMC-nin İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə nəzarət şöbəsi

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müvafiq marşrut üzrə hərəkətinə marşrut müayinə edilmədən icazə verilməsi mümkün olmadıqda, marşrut boyu yolda müayinə aparılır.

Qeyd: aşağıda göstərilənlərdən ən azı biri olduqda, hərəkət marşrutu müayinə edilir:

- iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hər hansı parametri qanunvericiliklə müəyyən edilmiş hədlərdən artıq olduqda;

- iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi kütləsi hərəkət marşrutunda yerləşən süni qurğuların yükgötürmə qabiliyyətindən artıq olduqda.

Aparılmış müayinənin nəticəsinə əsasən yol qurğularının gücləndirilməsinə dair layihənin tərtib edilməsi zəruriliyi müəyyən edilir. Eyni zamanda, hərəkət marşrutunun razılaşdırılmalı olduğu qurumların siyahısı müəyyən edilir.

“Azəryolservis” ASC-nin

85 saylı Yol İstismarı MMC-nin İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə nəzarət şöbəsi

Qeyd: - iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin seçilmiş marşrut üzrə normal hərəkətinə şərait yaradılması üçün tərtib edilmiş layihə və digər əlavə işlər daşıyıcının (yükgöndərənin, yükalanın) vəsaiti hesabına həyata keçirilir;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın 3.11-ci bəndinə əsasən hərəkət marşrutunun razılaşdırılmalı olduğu qurumlar razılaşdırma vərəqinin (reqlamentə 2 nömrəli əlavə) təqdim edildiyi andan 5 iş günü müddətində hərəkət marşrutunu razılaşdırmalıdırlar.

Xüsusi icazə (reqlamentə 3 nömrəli əlavə) rəsmiləşdirilir və istifadəçiyə təqdim edilir.

“Azəryolservis” ASC-nin

85 saylı Yol İstismarı MMC-nin İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə nəzarət şöbəsi

Qeyd: iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə dair xüsusi icazə aşağıdakı şərtlər yerinə yetirildikdən sonra, 5 iş günü ərzində nəqliyyat vasitəsinin sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir:

- hərəkət marşrutu və hərəkət şərtləri əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra;

- iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin keçməsi üçün xüsusi layihənin hazırlanması tələb olunarsa, layihədə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildikdən sonra.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur;

3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: xüsusi icazə verilməsi barədə qərar qəbul edilir və xüsusi icazə blankı rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: kargüzarlıq;

3.5.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı iə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təkilat və müəssisərində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər xüsusi icazənin verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) subordinasiya baxımından yuxarı inzibati orqana və məhkəməyə şikayət edə bilərlər;

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: inzibati orqana verilən şikayət “İnzibati icraat haqqında” 2005-ci il 21 oktyabr tarixli, 1036-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə, məhkəməyə verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olmalıdır;

3.6.3. şikayətin baxılma müddəti: inzibati orqana verilən şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2013-cü il 09 sentyabr tarixli 07/Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli əlavə

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə

Xahiş edirəm, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin __________________________ marşrutu üzrə hərəkət etməsinə xüsusi icazə verəsiniz.

Daşıyıcı______________________________________________________________________________

Yük avtomobilinin markası, modeli, dövlət qeydiyyat nişanı _______________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

Qoşqunun və (və ya) yarımqoşqunun markası, modeli, dövlət qeydiyyat nişanı

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

Daşınan yükün növü__________________________________________________________________

Yükün çəkisi _________________ t

Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə):

Uzunluğu ____________________ m

Eni ____ m, yolun hərəkət hissəsinin səthindən yüklə birlikdə

Ümumi kütləsi (dartıcı + qoşqu + yük) ____________________________________ t

Oxlara düşən yük _________________________________ t

Oxlar arasındakı məsafə _________________________ m

İkimeyilli və birmeyilli oxların nömrələri: _______________________________

(oxun nömrəsini göstərən rəqəmin yanında: b — birmeyilli, i — ikimeyilli, n — oxda olan təkərlərin sayı: oxlar arasındakı məsafə 0,7 m-dən artıq olduqda — 4 və daha çox, oxlar arasındakı məsafə 0,7 m-dən az olduqda — 6 və daha çox)

Daşınmanın müddəti__________________________________________________________________

Xüsusi icazənin rəsmiləşdirilməsinə məsul şəxs

_____________________________________________________________________________________

Əlavə edilmiş sənədlərin siyahısı: _______________________________________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

______________________________

_______________________________________________

Tarix: «____» _____________ 20____ il

(hüquqi şəxslər üçün)

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2013-cü il 09 sentyabr tarixli 07/Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 2 nömrəli əlavə

Xahiş edirəm iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkət marşrutunu razılaşdırasınız:

Daşıyıcı _____________________________________________________________________________

Yük avtomobilinin markası, modeli, dövlət qeydiyyat nişanı _______________________________

_____________________________________________________________________________________

Qoşqunun və (və ya) yarımqoşqunun markası, modeli, dövlət qeydiyyat nişanı ______________

_____________________________________________________________________________________

Daşınan yükün növü _______________________

Daşınan yükün çəkisi ___________________ t

Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə):

Uzunluğu ______________ m

Eni ___________________ m

Yüklə birlikdə hündürlüyü _____________________ m

Ümumi kütləsi (yedəkçi + qoşqu + yük) ______________________________ t

Oxlara düşən yük ________________________ t

Oxlar arasındakı məsafə ______________________ m

Daşınmanın müddəti _________________________________________________________________

Ərizəçi ________________________

_______________________________________________

(hüquqi şəxslər üçün)

İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkət marşrutu

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

______________________

_____________________________________________________

Tarix: «___» ______________ 20____ il

Daşınmanın razılaşdırıldığı qurumlar:

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

BDYPİ ilə razılaşdırma ________________________________________________________________

Hərəkətə saat ______-dan saat ______-dək, ________ km/saat sürətlə icazə verilir.

_____________________________________________________________________________________

Razılaşdırma ____ 20__ il tarixindən _____ 20__ il tarixinədək etibarlıdır.

_____________________

______________________________________________

Tarix: «___» ______________ 20 ___ il

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2013-cü il 09 sentyabr tarixli 07/Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 3 nömrəli əlavə

_____________________________________________________________________________________

Daşıyıcı _____________________________________________________________________________

Nəqliyyat vasitəsinin növü _________________________________________________

Yükün çəkisi ______________________ t

Yükün növü __________________________

Reyslərin sayı ______________________

Daşınmanın müddəti ______________________________________________

Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə):

Uzunluğu _______________ m, eni ______________ m, hündürlüyü _______________ m

Ümumi kütləsi _______________________________ t

Oxlara düşən yük ___________________________ t

Oxlar arasındakı məsafə _____________________ m

Hərəkət marşrutu_____________________________________________________________________

_____________________________________________________________________________________

Avtomobil yolları ilə hərəkətin xüsusi şərtləri ____________________________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin xüsusi şərtləri _____________________________

_____________________________________________________________________________________

İriqabaritli və (və ya) ağırçəkili yükün və ya marşrutun xüsusiyyətlərindən asılı olaraq ehtiyat avtomobilin nəzərdə tutulması _________________________________________________________

Daşınmanın razılaşdırıldığı qurumlar:

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin vəzifəli şəxsi

_____________________________________________________________________________________

_____________________________________

Tarix: «___» ______________ 20 ___ il

Hərəkət şərtləri və xüsusi icazənin tələbləri ilə tanış oldular:

Yük avtomobilinin sürücüsü (sürücüləri)

_____________________________________________________________________________________

Yükü müşayiət edən şəxs

_____________________________________________________________________________________

İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin reysə çıxması barədə qeydlər (təşkilat rəhbərinin və ya nümayəndəsinin imzası, möhürü və reysin tarixi)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver