“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
1. “Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsinin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarını tərtib edən dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün Hesablar Planının müvafiq hesablarında və subhesablarında əks etdirilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsinin dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün Hesablar Planının müvafiq hesablarında və subhesablarında əks etdirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 22 iyul 2016-cı il tarixli Q-16 nömrəli Qərarı ləğv edilsin.
3. Maliyyə Nazirliyinin aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin və bu qərardan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Qərar 01 yanvar 2020-ci il tarixdən tətbiq edilir.
1.1. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparan təşkilatlar üçün Hesablar Planının (bundan sonra – Hesablar Planı) müvafiq hesablarında və subhesablarında əks etdirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun tərtib edən dövlət büdcəsindən maliyyələşən təşkilatlara (bundan sonra – təşkilatlar) şamil edilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar “Mühasibat uçotu haqqında”, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarında və həmin qanunların icrası ilə əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş anlayışları ifadə edir.
2.1. Təşkilatlara büdcə xərclərinin iqtisadi təsnifatı üzrə daxil olmuş 210000. "Əməyin ödənişi" bölməsinin "211000. Əməkhaqqı" və "212000. “Əməkhaqqına ayırmalar” köməkçi bölmələri üzrə vəsaitlərin istifadəsinin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə Hesablar Planının 122-4 nömrəli subhesabında aparılır.
2.2. Təşkilatlara büdcə xərclərinin iqtisadi təsnifatı üzrə daxil olmuş 220000 “Malların (işlərin və xidmətin) satınalınması” bölməsinin “221000. Malların satınalınması”, “222000. İş və xidmətlərin alınması”, 223000. “Beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlər” və 224000. “Təmsilçilik və təşviqat xərcləri” köməkçi bölmələri üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
2.2.1. “221000. Malların satınalınması” köməkçi bölməsi üzrə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi aparılır:
1. 221100. “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafı üzrə müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və idarədə istifadə edilən dəftərxana və təsərrüfat ləvazimatlarının, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, poçt nişanlarının alınması, idarədə istifadə olunan bütün növ mal və materialların, printerlər üçün tonerlərin, katriclərin alınması, Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə aid olan bu kimi dəftərxana və təsərrüfat mallarının, həmçinin bu qəbildən digər malların alınmasının uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121, 126 nömrəli hesabların müvafiq subhesablarında, istifadə edildikcə 122-3 nömrəli subhesabda aparılır.
2. 221200. “Mətbəə məhsulları üzrə xərclər” paraqrafına dəftərxana işlərinin təşkili üzrə bütün növ forma, buklet, registrlər, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, qiymətli kağızların hazırlanması və çapı, mətbəə və nəşr ilə əlaqədar, həmçinin maarifləndirmə (təbliğat-təşviqat) və reklam xarakterli çap materiallarının (məhsullarının) hazırlanması və ya alınması xərcləri, mətbəə üçün sərfiyyat materialların (mətbəə avadanlıqları üçün katriclərin, tonerlərin və mətbəə üçün müxtəlif növ sərfiyyat materiallarının) alınması və bu qəbildən olan digər malların alınmasının uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121 nömrəli hesabın müvafiq subhesablarında, istifadə edildikcə 122-3 nömrəli subhesabda aparılır.
3. 221300. “Yanacaq və sürtkü materiallarının alınması” paraqrafına təşkilata məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələri, istehsal və xüsusi təyinatlı texnikalar, avadanlıq və qurğular, habelə digər əsas fondlarla əlaqədar yanacaq və sürtkü materiallarının alınmasının uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121 nömrəli hesabın müvafiq subhesablarında, istifadə edildikcə 122-3 nömrəli subhesabda aparılır.
4. 221400. “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” paraqrafına xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən xüsusi malların alınmasına (bakterioloji preparatların və sarğı materiallarının) və xidmətlərin göstərilməsinə sərf olunan xərclər, həmçinin dərmanların, mineral suların, zərdabların, vaksinlərin, vitaminlərin, qida əlavələrinin, dezinfeksiyaedici vasitələrin, laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan materialların alınması, rentgen çəkilişi üçün lentlərin, müayinələrin aparılması üçün materialların alınması, öz laboratoriyası olmadığı halda digər müəssisələrdə aparılan müayinələrə, köçürmə qanın alınmasına, donorlarla bağlı bütün xərclər, stasionar və ambulator xəstələrin, imtiyazlı xəstələrin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən xüsusi malların alınmasına (bakterioloji preparatların və sarğı materiallarının) və xidmətlərin göstərilməsinə sərf olunan xərclər, oksigen balonlarının alınması xərcləri, təhsil müəssisələrində ilkin tibbi yardım üçün dərman, sarğı ləvazimatlarının və materiallarının alınmasına sərf olunan xərclər, habelə bu qəbildən olan digər dərman, sarğı ləvazimatlarının və materiallarının alınmasının uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121 nömrəli hesabın müvafiq subhesablarında, istifadə edildikcə 122-3 nömrəli subhesabda aparılır.
5. 221500. “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” paraqrafına bütün növ paltarların və geyimlərin, yataq ləvazimatlarının, trikotaj mallarının (parçaların), pərdə alınmasının uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121, 126 nömrəli hesabların müvafiq subhesablarında, həmçinin paltarların, ayaqqabıların, yataq ləvazimatlarının, xüsusi geyimin və dəyişəyin təmiri və tikilməsi baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121, 126 nömrəli hesabların müvafiq subhesablarında, 122-9 nömrəli subhesabda, həmçinin geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyalarının, habelə nağd qaydada (pul şəklində) qismən verilən kompensasiyaların ödənilməsi ilə bağlı xərclər, hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların), təhsil, tibb müəssisələrində sanitariya-gigiyena ehtiyaclarının təchizatı ilə bağlı xərclərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-3, 122-9 nömrəli subhesablarda aparılır. Bu paraqraf üzrə alınmış ehtiyatlar istifadə edildikcə baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-3 nömrəli subhesabda aparılır.
6. 221600. “Qida məhsullarının alınması və təminatı” paraqrafına qida məhsullarının alınması və dəyərinin ödənilməsi, həmçinin hərbi qulluqçulara (xüsusi rütbəlilərə rütbəsi olan əməkdaşlara), dövlətin tapşırığı ilə ağır şəraitdə işləyənlərə natural formada verilən xüsusi qida məhsullarının dəyəri, ərzaq payı və yemək xərci əvəzinə ödənilən pul təminatı (kompensasiya), şagirdlərin yolda və təcrübə yerlərində olduqları müddətdə gündəlik yemək xərclərinin ödənilməsi və bu qəbildən olan digər xərclərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121 nömrəli hesabın müvafiq subhesablarında, 122-3 və 122-9 nömrəli subhesablarda aparılır. Bu paraqraf üzrə alınmış ehtiyatlar istifadə edildikcə baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-3 nömrəli subhesabda aparılır.
7. 221900. “Digər malların alınması” paraqrafına əsas fond (vəsait) hesab edilməyən sair aktivlərin, o cümlədən sayğacların alınması və quraşdırılması, yanğınsöndürən balonların alınması, toxucu saplarının alınması, portretlərin alınması, qan preparatlarının keyfiyyətinin müəyyən edilməsi üçün qanköçürmə məntəqələri tərəfindən heyvanların alınması, təhsil müəssisələri və başqa təşkilatlar tərəfindən elmi tədqiqat işləri və təcrübə keçirilməsi üçün heyvanların və mal-qaranın alınması, idman atları üçün yem tədarükü və alınması, uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqlarla məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların, yağlı, sulu boya, rəngli şüşə, kimyəvi mayelər, gil alınması, təhsil proqramlarının alınması, tədris müəssisələri üçün sinif jurnallarının, əyani vəsaitlərin, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, kitabçalarının, doğum, ölüm şəhadətnamələrinin və digər sənədlərin alınması, açıq kitabxana şəbəkəsinə, tədris müəssisələrinə, məktəblərə, şagirdlərə pulsuz verilən dərsliklərin dəyərinin ödənilməsi, jurnal və nəşrlərin alınması, elm, təhsil, tibb, mədəniyyət və digər müəssisələr üçün dövri mətbuatın alınması, kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, işçilərin maddi həvəsləndirmə və qulluğa xitam verilməsi ilə bağlı hədiyyələrin alınması, bina və tikililərin şəhadətnamələrinin alınması və pasportlaşdırılması, yeməkxana və mətbəx ləvazimatlarının, hidrometeoroloji müşahidələrin aparılmasında teletayp lenti, şarpilot müşahidələr üçün kürələr, zondlar, kaustik soda, elementlər, reaktivlər və sair istifadə olunan materialların alınmasına aid olan xərclər, lisenziyalı bədii, sənədli, cizgi filmlərinin və müxtəlif proqramların prokatı və alınması, səhnə vəsaitlərinin (dekorasiyalar, butaforlar, teatr geyimləri, pariklər və sair səhnə vəsaitlərinin) alınması və bu qəbildən olan digər xərclər, həmçinin 221100 – 221600-cü paraqraflarında qeyd olunmayan digər alışlarla bağlı xərclərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121, 126, 145 hesabların müvafiq subhesablarında və 122-9 nömrəli subhesabda aparılır. Bu paraqraf üzrə alınmış ehtiyatlar və digər qısamüddətli aktivlər istifadə edildikcə onların uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-3 nömrəli subhesabda aparılır.
2.2.2. 222000. “İş və xidmətlərin alınması” köməkçi bölməsinə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 222100. “Cari təmir” paraqrafına tikili və avadanlıqların, habelə əsas fond hesab edilən digər uzunmüddətli aktivlərin texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən cari təmir işləri üzrə sərf olunan vəsaitlərin, həmçinin, sahibsiz qalmış, müsadirə edilmiş əmlakların təşkilatlara verilməzdən əvvəl cari təmiri, meliorasiya və su təsərrüfatı sistemində istismar tədbirləri üzrə görülən torpaq işlərinə, çaylarda tənzimlənmə, sahilbərkitmə işlərinə, mexanizmlərə və nasos stansiyalarına ehtiyat hissələrinin alınması, cari təmirlə bağlı mal-materialların alınması ilə bağlı xərclər daxildir. Bu paraqrafa daxil olan “222110. Tikili və avadanlıqların cari təmir xərcləri”, “222120. Nəqliyyat vasitələrinin cari təmir xərcləri” və “222130. Sair torpaq, tikili və avadanlıqların cari təmir xərcləri” maddələri üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2. 222200. “Kommunal xidmətlərin haqqının ödənilməsi” paraqrafına müxtəlif növ kommunal və kommunikasiya xidmətləri (isitmə, qızdırıcı, su, qaz, elektrik enerjisi, kanalizasiya, rabitə, poçt xidmətləri, kommunikasiya xətlərinin çəkilişi və s.) daxildir. Bu paraqrafa daxil olan “222210. Elektrik enerjisi haqqının ödənilməsi”, “222220. Qaz haqqının ödənilməsi”, “222230. Su haqqının ödənilməsi”, “222240. Kanalizasiya xidmətləri haqqının ödənilməsi”, “222250. İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” və “222290. Digər kommunal xidmətlərin haqqının ödənilməsi” maddələri üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
3. 222300. “Rabitə xidmətləri haqqının ödənilməsi” paraqrafına daxil olan “222310. Telefon danışıq haqlarının ödənilməsi”, “222320. Poçt xidmətləri haqqının ödənilməsi”, “222330. İnternet xidməti haqqının ödənilməsi” və “222340. Proqram təminatlarına və məlumat bazalarına xidmət haqlarının ödənilməsi” maddələri üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
4. 222400. “Əsas fondların və digər aktivlərin icarəsi, kirayəsi, saxlanılması və mühafizəsi xərcləri” paraqrafına daxil olan “222410. İcarə və muzdlu xidmətlər”, “222420. Kirayə haqqı”, “222430. Mühafizə xərcləri” və “222440. Əsas fondların və digər aktivlərin saxlanılması xərcləri” maddələri üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
5. 222500 “Ezamiyyə xərcləri” paraqrafına ezamiyyətlər və xidməti səfərlər zamanı gediş, gündəlik, mehmanxana və mənzil xərcləri, işçilərin hərəkəti zamanı gündəlik və gediş xərcləri, xidməti səfərlər, kurslara və təhsil müəssisələrinə sessiyalara, müşavirə və konfranslara, ali və orta ixtisas təhsil idarələrini bitirən gənc mütəxəssislərin işə göndərilməsi ilə bağlı gündəlik və yol xərcləri, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına işə təyin olunan, bu orqanlarda fəaliyyətini başa çatdırıb geri qayıdan əməkdaşın və onun ailə üzvlərinin, habelə diplomatik xidmət əməkdaşının illik məzuniyyətlə bağlı Azərbaycan Respublikasına eyni vaxtda gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat üzrə xərclər daxildir. Bu paraqrafa daxil olan “222510. Ölkədaxili ezamiyyətlər” və “222520. Xarici ezamiyyətlər” maddələri üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
6. 222600. “Nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğular üzrə xidmət haqlarının ödənilməsi” paraqrafına təşkilatın balansında, həmçinin istifadəsində olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğuların texniki baxışdan keçirilməsi, mülki məsuliyyətinin icbari sığortası və bu qəbildən olan digər xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
7. 222700. “Elmi tədqiqat xidmətləri, təcrübə və müayinələrin haqqının ödənilməsi” paraqrafına elmi tədqiqat işlərinin, təcrübələrin, tədqiqatların, təcrübi eksperimental işlərin, elmi müəssisə və təşkilatlar üçün kənar təşkilatlar tərəfindən yerinə yetirilən xidmətlərin, həmçinin statistik, metroloji, ekoloji və digər tədqiqatların, habelə elmi tədqiqat işləri, təcrübələr, tədqiqatlarla bağlı müayinələrin keçirilməsi, elmi müəssisə və təşkilatlar üçün kənar təşkilatlar tərəfindən yerinə yetirilən müayinə xidmətlərinin və bu qəbildən olan digər iş və xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclər daxil edilir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 subhesabda aparılır.
8. 222800. “Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya xidmətləri haqqının ödənilməsi” paraqrafına müxtəlif ekspedisiyaların təşkili, geoloji-axtarış, geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya işlərinə çəkilən xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
9. 222900. “Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafına daxil olan “222910. Atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı xərclər”, “222920. İstehlakyönlü müxtəlif xidmətlər”, “222930. Abadlaşdırma xidmətləri haqqının ödənilməsi”, “222940. Bank və plastik kartların xərcləri”, “222950. Əməyin mühafizəsi xərcləri”, “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri”, “222970. Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi”, “222980. Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” və “222990. Sair xərclər” maddələri üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 145 nömrəli hesabın müvafiq subhesablarında və 122-3, 122-9 nömrəli subhesablarda aparılır.
2.2.3. 223000. “Beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlər” köməkçi bölməsinə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq və regional təşkilatlara, o cümlədən beynəlxalq konvensiyalara götürülmüş öhdəliklər üzrə müntəzəm olaraq ödənilən üzvlük haqqı və ianə xərcləri daxildir. Bu köməkçi bölmə üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
2.2.4. 224000. “Təmsilçilik və təşviqat xərcləri” köməkçi bölməsinə ölkə daxilində və xaricdə beynəlxalq səviyyəli tədbirlərin (forum, konfrans, seminar, simpozium, sərgi, yarmarka və s.) təşkili, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi və təsnifatın 223000-cı və 262000-cı köməkçi bölmələrinə aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər xərclər daxildir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 224100. “Təmsilçilik xərcləri” paraqrafına daxil olan “224110. Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi” və “224120. Xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi” maddələri üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121, 126, 145, 122-9 nömrəli hesabın müvafiq subhesablarında aparılır. Bu paraqraf üzrə alınmış ehtiyatlar və digər qısamüddətli aktivlər istifadə edildikcə onların uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-3 nömrəli subhesabda aparılır.
2. 224200. “Təşviqat xərcləri” paraqrafına daxil olan “224210. İxracın və xarici investisiyaların təşviqi” və “224220. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının təşviqat fəaliyyəti üzrə xərclər” maddələri üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
3. 224300. “Digər beynəlxalq fəaliyyət” paraqrafına təsnifatın 223000-cı və 262000-cı köməkçi bölmələrinə, 224100-cü və 224200-cü paraqraflarına aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər xərclər üzrə məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2.3. 230000. “Köhnəlmə”nin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq müvafiq mühasibat yazılışları verilməklə son nəticədə məsrəflər kimi Hesablar Planının 122-5 nömrəli subhesabında, yığılmış amortizasiya kimi Hesablar Planının 232, 235, 237 və 242 nömrəli hesablarının müvafiq subhesablarında aparılır.
2.4. 240000. “Faizlər üzrə ödənişlər” bölməsinin xərclərində faizlərin ödənilməsi, borc vəsaitlərindən istifadəyə görə həyata keçirilən ödənişlər nəzərdə tutulur. Bu bölmənin xərclərinə dövlət idarəetmə orqanları tərəfindən alınan kreditə görə həyata keçirilən faiz ödənişləri ilə bağlı xərclər daxildir. Bölmənin xərclərinə borc vəsaitlərinin alınmasına yönəldilmiş komisyon yığımları və ya maliyyələşmə kimi hesab edilən borcun əsas məbləği üzrə ödənişlərlə bağlı xərclər daxil edilmir. Bu bölmə 241000. “Qeyri-rezidentlər üzrə ödənişlər”, 242000. “Dövlət idarəetmə sektoru üzrə ödənişlər” və 243000. “Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər” köməkçi bölmələrindən ibarətdir.
2.4.1. 241000. “Qeyri-rezidentlər üzrə ödənişlər” köməkçi bölməsinə xarici təşkilatlara faizlər üzrə ödənişlər daxildir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 241100. “Maliyyə-kredit institutları və təşkilatları üzrə ödənişlər” paraqrafına beynəlxalq maliyyə-kredit institutlarından və təşkilatlardan alınmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf üzə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2. 241200. “Xarici dövlətlərə ödənişlər” paraqrafına xarici dövlətlərdən alınmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf üzə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2.4.2. 242000. “Dövlət idarəetmə sektoru üzrə ödənişlər” köməkçi bölməsinin xərclərinə dövlət idarəetmə orqanlarına və digər idarəetmə orqanlarına faizlərlə bağlı xərclər daxil edilir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 242100. “Mərkəzi dövlət idarəetmə orqanları üzrə ödənişlər” paraqrafına dövlətdaxili uduşlu istiqrazlar üzrə faiz ödənişləri və digər xərclər daxildir. Bu paraqraf üzə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2. 242200. “Digər idarəetmə orqanları üzrə ödənişlər” paraqrafına dövlət idarəetmə sektorunun başqa təbəqələrindən alınmış borc vəsaitləri üzrə faiz ödənişləri, o cümlədən bələdiyyə orqanlarına və yerli icra orqanlarına faiz ödənişləri, həmçinin büdcədənkənar dövlət fondlarına ödənilən faizlər üzrə xərclər daxildir. Bu paraqraf üzə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2.4.3. 243000. “Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər” köməkçi bölməsinə Mərkəzi Banka, dövlət təşkilatlarına, özəl təşkilatlara, bank olmayan kredit təşkilatlarına və publik hüquqi şəxslərə faizlər üzrə ödənişlər daxil edilir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 243100. “Mərkəzi Bank üzrə ödənişlər” paraqrafına buraxılmış qiymətli kağızlara görə Mərkəzi Banka faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf üzə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2. 243200. “Dövlət təşkilatları üzrə ödənişlər” paraqrafına dövlət təşkilatlarından alınmış kreditlərə görə faizlərin ödənilməsi xərcləri daxildir. Bu paraqraf üzə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
3. 243300. “Publik hüquqi şəxslər üzrə ödənişlər” paraqrafına publik hüquqi şəxslərdən alınmış kreditlər üzrə faizlərin ödənilməsi xərcləri daxildir. Bu paraqraf üzə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
4. 243900. “Digər təşkilatlar üzrə ödənişlər” paraqrafına digər təşkilatlardan alınmış kreditlərə görə faizlər və bu qəbildən olan ödənişlərlə, həmçinin 243100-243300-cü paraqraflarında əhatə edilməyən digər təşkilatlardan alınmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf üzə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2.5. 250000. “Subsidiyalar” bölməsinə dövlət büdcəsindən subsidiyaların ayrılması üzrə xərclər daxildir. Bu bölmə “251000. Naxçıvan Muxtar Respublikasının büdcəsinə subsidiyalar”, “252000. Yerli büdcələrə subsidiyalar” və “253000. Hüquqi şəxslərə subsidiyalar” köməkçi bölmələrindən ibarətdir.
2.5.1. 251000. “Naxçıvan Muxtar Respublikasının büdcəsinə subsidiyalar” köməkçi bölməsinə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə əvəzsiz verilən maliyyə vəsaitinin məbləği daxildir. Bu köməkçi bölmə üzrə vəsaitlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
2.5.2. 252000. “Yerli büdcələrə subsidiyalar” köməkçi bölməsinə dövlət büdcəsindən yerli büdcələrə əvəzsiz verilən maliyyə vəsaitinin məbləği daxildir. Bu köməkçi bölmə üzrə vəsaitlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
2.5.3. 253000. “Hüquqi şəxslərə subsidiyalar” köməkçi bölməsi “253100. Dövlət müəssisələrinə subsidiyalar”, “253200. Qeyri-dövlət müəssisələrinə subsidiyalar” və “253300. Hüquqi şəxslərə digər subsidiyalar” paraqraflarından ibarətdir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 253100. “Dövlət müəssisələrinə subsidiyalar” paraqrafına dövlət büdcəsindən dövlət müəssisələrinə əvəzsiz verilən maliyyə vəsaitinin məbləği, o cümlədən həmin müəssisələr tərəfindən xaricə və ölkə daxilində sənaye və kommersiya mallarının satışı və xidmətlərin göstərilməsi ilə bağlı yaranmış zərərin ödənilməsi üzrə xərclər və bu qəbildən olan digər xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
2. 253200. “Qeyri-dövlət müəssisələrinə subsidiyalar” paraqrafına özəl müəssisələrə əvəzsiz verilən maliyyə vəsaitinin məbləği, o cümlədən həmin müəssisələr tərəfindən xaricə və ölkə daxilində sənaye və kommersiya mallarının satışı və xidmətlərin göstərilməsi ilə bağlı yaranmış zərərin ödənilməsi üzrə xərclər və bu qəbildən olan digər xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
3. 253300. “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafına kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı əvəzsiz verilən maliyyə vəsaiti, həmçinin lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikası, suvarma sistemləri, damazlıq heyvanlara görə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər, aqrar sahədə tətbiq edilən dövlət dəstəyi ilə bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
2.6. 260000. “Qrantlar və digər ödənişlər” bölməsinin xərclərinə məqsədli maliyyə təyinatı üzrə əvəzsiz verilən qrantlar və digər ödənişlər daxildir. Bu bölmə “261000. Rezidentlərə verilən qrantlar və digər ödənişlər” və “262000. Qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlər” köməkçi bölmələrindən ibarətdir.
2.6.1. 261000. “Rezidentlərə verilən qrantlar və digər ödənişlər” köməkçi bölməsinə rezidentlərə cari və əsaslı məqsədlər üçün əvəzsiz verilən qrantlar və digər ödənişlər daxildir. Bu köməkçi bölmə “261100. Cari məqsədlər üçün verilən qrantlar və digər ödənişlər”, “261200. Əsaslı məqsədlər üçün verilən qrantlar və digər ödənişlər”, “261300. Dotasiya” və “261400. Subvensiya” paraqraflarından ibarətdir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 261100. “Cari məqsədlər üçün verilən qrantlar və digər ödənişlər” paraqrafına rezidentlərə cari məqsədlər üçün birdəfəlik və ya müntəzəm olaraq əvəzsiz verilən maliyyə və natura formasında qrantlar və digər yardımlar üzrə xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
2. 261200. “Əsaslı məqsədlər üçün verilən qrantlar və digər ödənişlər” paraqrafına rezidentlərə əsaslı ödənişlər üçün birdəfəlik və ya müntəzəm olaraq əvəzsiz verilən maliyyə və natura formasında qrantlar və digər yardımlar üzrə xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
3. 261300. “Dotasiya” paraqrafına dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti daxildir. Bu paraqraf “261310. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya” və “261320. Yerli büdcələrə verilən dotasiya” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
4. 261400. “Subvensiya” paraqrafına məqsədli maliyyələşmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə, geri qaytarılan maliyyə vəsaiti daxildir. Bu paraqraf “261410. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən subvensiya” və “261420. Yerli büdcələrə verilən subvensiya” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
2.6.2. 262000. “Qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlər” köməkçi bölməsinə qeyri-rezidentlərə cari və əsaslı məqsədlər üçün əvəzsiz verilən qrantlar və digər ödənişlər daxildir. Bu köməkçi bölmə “262100. Xarici dövlətlərə verilən qrantlar və digər ödənişlər”, “262200. Beynəlxalq təşkilatlara verilən qrantlar və digər ödənişlər” və “262300. Digər qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlər” paraqraflarından ibarətdir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 262100. “Xarici dövlətlərə verilən qrantlar və digər ödənişlər” paraqrafına xarici dövlətlərə əvəzsiz verilən qrantlar və digər ödənişlərlə bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
2. 262200. “Beynəlxalq təşkilatlara verilən qrantlar və digər ödənişlər” paraqrafına beynəlxalq təşkilatlara əvəzsiz verilən qrantlar və digər ödənişlərlə bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
3. 262300. “Digər qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlər” paraqrafına digər qeyri-rezidentlərə əvəzsiz verilən qrantlar və digər ödənişlərlə bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-6 nömrəli subhesabda aparılır.
2.7. 270000. “Sosial ödənişlər” bölməsinə məcburi dövlət sosial sığorta haqqı hesabına ahıllara, sağlamlıq imkanları məhdud şəxslərə sosial yardım üzrə müavinətlər və pensiyalar, işsizlikdən sığorta vəsaitləri hesabına işsiz şəxslərə işsizlik sığorta ödənişləri, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər, müavinətlər, sosial yardımlar və bu qəbildən olan xərclər daxildir. Bu bölmədə uşaqlı ailələrə verilən dövlət müavinəti və kompensasiyalar, bütün növ pensiyalar, təqaüdlər, şəhid ailələrinə, qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, hamiləliyə və doğuşa görə müavinətlər, uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət, dəfn üçün müavinət, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımı, humanitar yardım, pulsuz müalicəyə göndərilən pensiyaçılara, ehtiyacı olan pensiyaçıların ailə üzvlərinə maddi yardım, işsiz şəxslərə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi, əlilliyi olan şəxslərə maddi yardım, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə onların təhsili ilə bağlı yardım, birlikdə yaşayan üç və daha çox əmək qabiliyyəti olmayan əlilliyi olan şəxslərdən ibarət ailələr üçün ünvanlı tədbirlərin keçirilməsi, əlilliyi olan şəxslər üçün idman-sağlamlıq mərkəzlərinin yaradılması, əlilliyi olan şəxslərin beynəlxalq və ölkədaxili idman yarışlarında iştirakı ilə bağlı proqramların, sərgilərin təşkili və ədəbi musiqi müsabiqələrinin, konfransların keçirilməsi, dövlət tərəfindən transfertlərin verilməsi xərcləri, sanatoriya-kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənilməsi və əhaliyə sair ödənişlərlə bağlı xərclər daxildir. Bu bölmə “271000. Sosial sığorta”, “272000. Sosial yardım” və “279000. Digər sosial ödənişlər” köməkçi bölmələrindən ibarətdir.
2.7.1. 271000. “Sosial sığorta” köməkçi bölməsinə ödənilən pensiyalar, müavinətlər, yardımlar üzrə xərclər daxildir. Bu köməkçi bölmə “271100. Əmək pensiyası”, “271200. Müavinət” və “271900. Digər sosial sığorta ödənişləri” paraqraflarından ibarətdir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 271100. “Əmək pensiyası” paraqrafına yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə əmək pensiyalarının verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf “271110. Yaşa görə əmək pensiyası”, “271120. Əlilliyə görə əmək pensiyası” və “271130. Ailə başçısını itirməyə görə əmək pensiyası” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2. 271200. “Müavinət” paraqrafına sosial sığorta proqramları üzrə ödənilən müavinətlərlə bağlı xərclər daxildir. Bu paraqraf “271210. 3 yaşınadək uşağa qulluğa görə müavinət”, “271220. Əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət”, “271230. Uşağın doğulması ilə bağlı müavinət”, “271240. Hamiləliyə və doğuşa görə müavinət”, “271250. Əmək zədəsi və ya peşə xəstəliyi üzrə ödənişlər”, “271260. Dəfn üçün müavinət” və “271290. Digər müavinətlər” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-4, 122-9 nömrəli subhesablarda aparılır.
3. 271900. “Digər sosial sığorta ödənişləri” paraqrafına sığorta proqramları üzrə ödənilən digər ödənişlərlə bağlı xərclər daxildir. Bu paraqraf “271910. Aktiv məşğulluq tədbirləri üzrə ödənişlər” və “271920. Əlilliklə bağlı ödənişlər” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2.7.2. 272000. “Sosial yardım” köməkçi bölməsinə mövcud qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş aztəminatlı ailələrə, himayəsində uşağı olan aztəminatlı ailələrə, ailə başçısını itirən aztəminatlı ailələrə ödənilən müavinətlər, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının ödənilməsi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən aylıq müavinət, müharibə və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin uşaqlarına verilən aylıq müavinət, Çernobıl qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına, insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə müavinət ödənilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “272100. Ünvanlı dövlət sosial yardımı”, “272200. Aztəminatlı ailələrə verilən uşaq müavinətləri”, “272300. Dövlət sosial yardımı”, “272400. Kommunal güzəştlər”, “272500. Təqaüdlər”, “272600. Məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara ödənişlər” və “272900. Sosial yardım üzrə digər ödənişlər” paraqraflarından ibarətdir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 272100. “Ünvanlı dövlət sosial yardımı” paraqrafına gəlirləri qanunvericiliklə müəyyən olunmuş həddən aşağı olan ailələrə verilən yardımla bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2. 272200. “Aztəminatlı ailələrə verilən uşaq müavinətləri” paraqrafına qanunvericiliklə müəyyən olunmuş hallarda aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf “272210. Şəhid olanların uşaqlarına müavinətlər”, “272220. Müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin uşaqlarına aylıq müavinət”, “272230. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı müavinət”, “272240. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət”, “272250. Bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət” və “272290. Digər müavinətlər” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
3. 272300. “Dövlət sosial yardımı” paraqrafına qanunvericilikdə nəzərdə tutulmuş sosial müavinətlərin verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf “272310. Yaşa görə müavinət”, “272320. Əlilliyə görə müavinət”, “272340. Ailə başçısını itirməyə görə müavinət”, “272350. Qəyyumluğa görə müavinət”, “272360. Müalicə xərci” və “272390. Digər müavinətlər” maddələrdən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
4. 272400. “Kommunal güzəştlər” paraqrafına kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə verilən müavinətlərlə bağlı xərclər daxildir. Bu paraqraf “272410. Şəhid ailəsi üzvlərinə müavinət”, “272420. Müharibə veteranlarına müavinət” və “272490. Digər müavinətlər” maddələrdən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
5. 272500. “Təqaüdlər” paraqrafına təqaüdlərlə bağlı xərclər daxildir. Bu paraqraf “272510. Fəxri adlara görə təqaüd”, “272520. Milli Qəhrəman adını alanlara verilən təqaüd”, “272530. 20 yanvar şəhidlərinin ailələrinə verilən təqaüd”, “272540. Fərdi təqaüdlər”, “272550. Şəhid ailələrinə verilən təqaüdlər”, “272560. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd”, “272570. Tələbələrə verilən təqaüdlər” və “272590. Digər təqaüdlər” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-4, 122-9 nömrəli subhesabda aparılır.
6. 272600. “Məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara ödənişlər” paraqrafına məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara mövcud qanunvericiliyə uyğun olaraq ödənişlərin verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf “272610. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə ödənişlər” və “272690. Digər ödənişlər” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
7. 272900. “Sosial yardım üzrə digər ödənişlər” paraqrafına qanunvericiliklə müəyyən edilmiş sosial yardım xarakterli ödənişlərlə bağlı xərclər daxildir. Bu paraqraf “272910. Xidmət göstərənlərə ödənişlər”, “272920. Avtomobil növbəsində dayanan əlilliyi olan şəxslərə kompensasiya”, “272930. Xüsusi təhsilə cəlb edilənlərə müavinət”, “272940. İnsan alverindən zərər çəkmişlərə müavinət” və “272990. Digər ödənişlər” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2.7.3. 279000. “Digər sosial ödənişlər” köməkçi bölməsinə mövcud qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularına ödənilən sosial müavinətlər və 271000-272000-ci köməkçi bölmələrində öz əksini tapmayan ödənişlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə “279100. Dövlət qulluqçularına ödənişlər”, “279200. Natural formada olan müavinətlər”, “279300. Kommunal və digər xidmətlərə görə təzminat (kompensasiya)” və “279900. Digər müavinətlər” paraqraflarından ibarətdir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
1. 279100. “Dövlət qulluqçularına ödənişlər” paraqrafına dövlət qulluqçularına sosial müavinət formasında ödənilən xərclər (pensiya yaşına çatmasına görə könüllü işdən çıxmış və dövlət qulluğuna xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına ömürlük müavinət, pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar verilən birdəfəlik haqq) daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-4, 122-9 nömrəli subhesablarda aparılır.
2. 279200. “Natural formada olan müavinətlər” paraqrafına natural formada alınan müavinətlərlə bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-4, 122-9 nömrəli subhesablarda aparılır.
3. 279300. “Kommunal və digər xidmətlərə görə təzminat (kompensasiya)” paraqrafına respublikanın kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərində və tibb müəssisələrində ali və orta ixtisas təhsil müəssisələrinin pedaqoji və tibb ixtisaslarını bitirən gənc mütəxəssislərə kommunal və digər xidmətlərə görə ödənilən təzminat (kompensasiya) və bu qəbildən olan digər xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-4, 122-9 nömrəli subhesablarda aparılır.
4. 279900. “Digər müavinətlər” paraqrafına dövlət tərəfindən ödənilən digər müavinətlərin xərcləri və 279100-279300-cü paraqraflarda öz əksini tapmayan digər müavinət və yardımlarla bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 122-9 nömrəli subhesabda aparılır.
2.8. 310000. “Qeyri-maliyyə aktivləri” bölməsinə qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər daxildir. Bu bölmə “311000. Torpaq, tikili və avadanlıqlar”, “312000. Əsaslı təmir”, “313000. Əsaslı vəsait qoyuluşu (investisiya) xərci”, “314000. Qeyri-maddi aktivlər”, “315000. Bioloji aktivlər”, “316000. Sair uzunmüddətli qeyri-maliyyə aktivləri”, “317000. Maddi-istehsal ehtiyatları” və “318000. Qeyri-istehsal aktivləri” köməkçi bölmələrindən ibarətdir. Bu köməkçi bölməyə daxil olan paraqraflar üzrə vəsaitlərin istifadəsi Hesablar Planının müvafiq hesablarında və subhesablarında aşağıdakı kimi əks etdirilir:
2.8.1. 311000. “Torpaq, tikili və avadanlıqlar” köməkçi bölməsinə tikili və avadanlıqların, nəqliyyat vasitələrinin, sair torpaq, tikili və avadanlıqların alınması və tikilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “311100. Tikili və avadanlıqlar”, “311200. Nəqliyyat vasitələri” və “311900. Sair torpaq, tikili və avadanlıqlar” paraqraflarından ibarətdir.
1. 311100. “Tikili və avadanlıqlar” paraqrafına yaşayış binaları, qeyri-yaşayış binaları, qurğular (tikintilər), ötürücü qurğular, maşın və avadanlıqlarla bağlı xərclər daxildir. Bu paraqraf “311110. Yaşayış binaları”, “311120. Qeyri-yaşayış binaları”, “311130. Qurğular (tikintilər)”, “311140. Ötürücü qurğular” və “311150. Maşın və avadanlıqlar” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 231-2 nömrəli subhesabda və 233 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
2. 311200. “Nəqliyyat vasitələri” paraqrafına bütün növ nəqliyyat vasitələrinin alınması və istehsalı ilə bağlı xərclər daxildir. Bu paraqraf “311210. Hava nəqliyyatı vasitələri”, “311220. Dəmir yolu nəqliyyatı vasitələri”, “311230. Su nəqliyyatı vasitələri”, “311240. Xidmət nəqliyyatı vasitələri”, “311250. İstehsalat nəqliyyatı vasitələri”, “311260. Avtomobil nəqliyyatı vasitələri” və “311270. İdman nəqliyyatı vasitələri” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 231-3 nömrəli subhesabda və 233 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
3. 311900. “Sair torpaq, tikili və avadanlıqlar” paraqrafına iş vaxtı fəaliyyətinin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir seyflər, partalar, daşınan sədlər, asılqanlar, qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər, inventar taraları, daşınan çadırlar, çarpayılar, kovralit örtük və xalçalar, portyerlər, jalüzlər), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar (hidropultlar, stenderlər, əl nərdivanları, maye və dənəvərlərin saxlanması üçün xüsusiləşdirilmiş qablar), idman və digər xüsusi hərbi təyinatlı inventarların və bu kimi digər təsərrüfat inventarlarının alınması, quraşdırılması və istehsalı ilə bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 231-4 nömrəli subhesabda və 233 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
2.8.2. 312000. “Əsaslı təmir” köməkçi bölməsinə yararsız vəziyyətə düşmüş və yararsız vəziyyətə düşmək ərəfəsində olan sosial və infrastruktur obyektlərin, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların, qurğu və ötürücü qurğuların və bu qəbildən olan digər əmlakların tam bərpası, yenidən qurulması üçün sərf olunan xərclər daxildir. Həmçinin, bu maddəyə əsas vəsaitlərin (fondların) əsaslı təmiri və əsaslı təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xərcləri daxil edilir. Bu köməkçi bölmə “312100. Tikili və avadanlıqların əsaslı təmiri”, “312200. Nəqliyyat vasitələrinin əsaslı təmiri” və “312900. Sair torpaq, tikili və avadanlıqların əsaslı təmiri” paraqraflarından ibarətdir.
1. 312100. “Tikili və avadanlıqların əsaslı təmiri” paraqrafına yaşayış binaları, qeyri-yaşayış tikililəri, qurğular (tikintilər), ötürücü qurğular, maşın və avadanlıqların əsaslı təmiri və əsaslı təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı xərclər daxildir. Bu paraqraf “312110. Yaşayış binalarının əsaslı təmiri”, “312120. Qeyri-yaşayış binalarının əsaslı təmiri”, “312130. Qurğuların (tikintilərin) əsaslı təmiri”, “312140. Ötürücü qurğuların əsaslı təmiri” və “312150. Maşın və avadanlıqların əsaslı təmiri” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 233 nömrəli hesabın müvafiq subhesablarında aparılır. Həmin məbləğlər tikili və avadanlıqların dəyərinin artırılmasına yönəldildikdə onların uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 231 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
2. 312200. “Nəqliyyat vasitələrinin əsaslı təmiri” paraqrafına bütün növ nəqliyyat vasitələrinin əsaslı təmiri və əsaslı təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üzrə xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 233 nömrəli hesabın müvafiq subhesablarında aparılır. Həmin məbləğlər nəqliyyat vasitələrinin dəyərinin artırılmasına yönəldildikdə onların uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 231 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
3. 312900. “Sair torpaq, tikili və avadanlıqların əsaslı təmiri” paraqrafına iş vaxtı fəaliyyətin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir seyflər, partalar, daşınan sədlər, asılqanlar, qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər, inventar taraları, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər, jalüzlər), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar (hidropultlar, stenderlər, əl nərdivanları, maye və dənəvər məhsulların saxlanılması üçün xüsusiləşdirilmiş qablar), idman və digər xüsusi hərbi təyinatlı inventarların və bu kimi digər təsərrüfat inventarlarının, habelə “316000. Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” köməkçi bölməsində nəzərdə tutulmuş uzunmüddətli qeyri-maliyyə aktivlərinin əsaslı təmiri və əsaslı təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üzrə xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 233 nömrəli hesabın müvafiq subhesablarında aparılır. Həmin məbləğlər sair torpaq, tikili və avadanlıqların dəyərinin artırılmasına yönəldildikdə onların uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 231 nömrəli hesabın müvafiq subhesablarında, sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin dəyərinin artırılmasına yönəldildikdə onların uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 251 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
2.8.3. 313000. “Əsaslı vəsait qoyuluşu (investisiya) xərci” köməkçi bölməsinə hər il üzrə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərci üçün nəzərdə tutulan vəsait daxildir. Bu köməkçi bölmə üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 233 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
2.8.4. 314000. “Qeyri-maddi aktivlər” köməkçi bölməsində torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə üçün verilmiş uzunmüddətli hüquqların, patentlərin, lisenziyaların, ticarət markalarının, əmtəə nişanlarının alınması, proqram təminatlarının, kompüter proqramlarının, məlumat bazalarının, idarə əməkdaşlarına verilən elektron imza sertifikatlarının və digər qeyri-maddi aktivlərin alınması, quraşdırılması, sazlanması, inkişaf etdirilməsi, genişləndirilməsi, habelə qeyri-maddi aktivlərin yaradılması və ya onların balans dəyərinin artırılması üzrə xərclər daxildir. Bu köməkçi bölmə üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 241 və 243 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2.8.5. 315000. “Bioloji aktivlər” köməkçi bölməsinə işçi və məhsuldar heyvanların, çoxillik əkmələrin və sair bioloji aktivlərin alınması və yetişdirilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 234-1, 234-3 nömrəli subhesablarda aparılır.
2.8.6. 316000. “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” köməkçi bölməsinə kitabxana fondu (elektron və kağız daşıyıcılarda bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyatlar və bu kimi digər nəşrlər), muzey sərvətləri, qalereyalar üçün eksponatlar və rəsm əsərləri, məlumat daşıyıcıları (tədris kinofilmləri, maqnit lentləri, maqnit diskləri, kasetlər, proqram daşıyıcıları və bu kimi başqa məlumat daşıyıcıları), heyvanxanalarda olan dünya heyvanlarının eksponatları və bu kimi digər uzunmüddətli qeyri-maliyyə aktivlərinin alınması, quraşdırılması və istehsalı, habelə büst və heykəllərin layihələndirilməsi və hazırlanması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 251 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
2.8.7. 317000. “Maddi-istehsal ehtiyatları” köməkçi bölməsinə satış üçün nəzərdə tutulan mallar, dövlət qurumları tərəfindən dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi məqsədilə müxtəlif malların və qiymətli metalların və daşların, habelə zərgərlik məmulatlarının alınması və yaradılması xərcləri daxildir. Bu köməkçi bölmə üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 121, 125, 126, 134, 223, 251 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2.8.8. 318000. “Qeyri-istehsal aktivləri” köməkçi bölməsinə torpağın (onlarda yerləşən tikinti obyektləri və qurğulardan başqa), meşənin, yeraltı sərvətlərin və faydalı qazıntıların yerinin alınması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “318100. Torpaq” və “318200. Yeraltı aktivlər və digər təbii aktivlər” paraqraflarından ibarətdir.
1. 318100. “Torpaq” paraqrafına torpağın, meşələrin (onlarda yerləşən tikinti obyekti və qurğular istisna olmaqla) alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 231-1 nömrəli subhesabda və 233 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
2. 318200. “Yeraltı aktivlər və digər təbii aktivlər” paraqrafına yerin təkində olan faydalı qazıntıların və digər təbii aktivlərin alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 231-1 nömrəli subhesabda və 233, 241, 243 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2.9. 320000. “Maliyyə aktivləri üzrə əməliyyatlar” bölməsinə ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar, həmçinin valyuta, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, səhm və digər kapital, törəmə maliyyə alətləri və sair maliyyə aktivləri üzrə əməliyyatlar daxildir. Bu bölmə “321000. Daxili”, “322000. Xarici” və “323000. Qızıl və SDR” köməkçi bölmələrindən ibarətdir.
2.9.1. 321000. “Daxili” köməkçi bölməsinə ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə “321100. Valyuta və depozitlər”, “321200. Səhmlər istisna olmaqla qiymətli kağızlar”, “321300. Ssudalar”, “321400. Səhm və digər kapital”, “321500. Törəmə maliyyə alətləri” və “321900. Digər maliyyə aktivləri” paraqraflarından ibarətdir.
1. 321100. “Valyuta və depozitlər” paraqrafına ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar üzrə əməliyyatlar, il ərzində valyutanın qiymətinin dəyişməsi, qoyulmuş depozitlərin faizinin dəyişməsi ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 133, 134, 222, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2. 321200. “Səhmlər istisna olmaqla qiymətli kağızlar” paraqrafına ölkə daxilində dövlət tərəfindən alınan qısamüddətli və uzunmüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf “321210. Qısamüddətli” və “321220. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 131, 132, 134, 221, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
3. 321300. “Ssudalar” paraqrafında dövlət tərəfindən verilən ssudalar üzrə əməliyyatlar əks etdirilir. Bu paraqraf “321310. Qısamüddətli” və “321320. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 133, 134, 222, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
4. 321400. “Səhm və digər kapital” paraqrafına dövlət tərəfindən ölkə daxilində səhm və digər kapitalın alınması ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf “321410. Qısamüddətli” və “321420. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 134, 211, 212, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
5. 321500. “Törəmə maliyyə alətləri” paraqrafına dünya bazarında xarici valyutaların məzənnəsinin faiz dərəcələrinin, qiymətli kağızların məzənnəsinin dəyişməsi zamanı olan risklərdən müdafiəsi ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 223 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
6. 321900. “Digər maliyyə aktivləri” paraqrafına 321100-321500-cü paraqraflara daxil edilməyən ölkə daxilində digər maliyyə aktivləri üzrə əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 134, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2.9.2. 322000. “Xarici” köməkçi bölməsinə ölkə xaricində dövlətə məxsus cari və tranzit hesablar, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, xarici borclar üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə “322100. Valyuta və depozitlər”, “322200. Səhmlər istisna olmaqla qiymətli kağızlar”, “322300. Ssudalar”, “322400. Səhm və digər kapital”, “322500. Törəmə maliyyə alətləri” və “322900. Digər maliyyə aktivləri” paraqraflarından ibarətdir.
1. 322100. “Valyuta və depozitlər” paraqrafına ölkə xaricində dövlətə məxsus cari və tranzit hesablar üzrə əməliyyatlar, il ərzində valyutanın qiymətinin dəyişməsi, qoyulmuş depozitlərin faizinin dəyişməsi ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf “322110. Xəzinənin vahid hesabı” və “322120. Gəlirlər üzrə tranzit hesab” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 133, 134, 222, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2. 322200. “Səhmlər istisna olmaqla qiymətli kağızlar” paraqrafına ölkə xaricində dövlət tərəfindən alınan qısamüddətli və uzunmüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf “322210. Qısamüddətli” və “322220. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 131, 132, 134, 221, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
3. 322300. “Ssudalar” paraqrafında dövlət tərəfindən verilən ssudalar üzrə əməliyyatlar əks etdirilir. Bu paraqraf “322310. Qısamüddətli” və “322320. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 133, 134, 222, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
4. 322400. “Səhm və digər kapital” paraqrafına dövlət tərəfindən ölkə xaricində səhm və digər kapitalın alınması ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf “322410. Qısamüddətli” və “322420. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 134, 211, 212, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
5. 322500. “Törəmə maliyyə alətləri” paraqrafına dünya bazarında xarici valyutaların məzənnəsinin faiz dərəcələrinin, qiymətli kağızların məzənnəsinin dəyişməsi zamanı olan risklərdən müdafiəsi ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 223 nömrəli hesabın müvafiq subhesablarında aparılır.
6. 322900. “Digər maliyyə aktivləri” paraqrafına 322100-322500-cü paraqraflarına daxil edilməyən ölkə daxilində digər maliyyə aktivləri üzrə əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 134, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2.9.3. 323000. “Qızıl və SDR” köməkçi bölməsinə qızıl və SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borclanma vahidi) maliyyə aktivlərinin yaradılması üzrə əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 133, 134, 222, 223 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2.10. 330000. “Öhdəliklər üzrə maliyyə əməliyyatları” bölməsi “331000. Daxili” və “332000. Xarici” köməkçi bölmələrindən ibarətdir.
2.10.1. 331000. “Daxili” köməkçi bölməsinə dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar, dövlətin qiymətli kağızlarının və istiqrazlarının satışından yaranan öhdəliklər və daxili borclanmadan yaranan öhdəliklər üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə “331100. Valyuta və depozitlər”, “331200. Səhmlər istisna olmaqla qiymətli kağızlar”, “331300. Ssudalar”, “331400. Səhm və digər kapital” və “331500. Digər maliyyə öhdəlikləri” paraqraflarından ibarətdir.
1. 331100. “Valyuta və depozitlər” paraqrafına ölkə daxilində dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 311, 314, 316, 317, 411, 414, 417, 418 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2. 331200. “Səhmlər istisna olmaqla qiymətli kağızlar” paraqrafına ölkə daxilində buraxılmış uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf “331210. Qısamüddətli” və “331220. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 313, 317, 413, 418 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
3. 331300. “Ssudalar” paraqrafında dövlət tərəfindən alınan ssudalar üzrə əməliyyatlar əks etdirilir. Bu paraqraf “331310. Qısamüddətli” və “331320. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 314, 317, 414, 418 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
4. 331400. “Səhm və digər kapital” paraqrafına dövlət tərəfindən ölkə daxilində səhm və digər kapitalın buraxılması ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf “331410. Qısamüddətli” və “331420. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 501, 521 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
5. 331500. “Digər maliyyə öhdəlikləri” paraqrafına 331100-331400-cü paraqraflarına daxil edilməyən ölkə daxilində digər maliyyə öhdəlikləri üzrə əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 312, 315, 316, 317, 412, 415, 416, 417, 418 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2.10.2. 332000. “Xarici” köməkçi bölməsinə dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar, qiymətli kağızların və istiqrazların satışından yaranan öhdəliklər və xarici borclanmadan yaranan öhdəliklər üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə “332100. Valyuta və depozitlər”, “332200. Səhmlər istisna olmaqla qiymətli kağızlar”, “332300. Ssudalar”, “332400. Səhm və digər kapital” və “332500. Digər maliyyə öhdəlikləri” paraqraflarından ibarətdir.
1. 332100. “Valyuta və depozitlər” paraqrafına ölkə xaricində dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 311, 314, 316, 317, 411, 414, 417, 418 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2. 332200. “Səhmlər istisna olmaqla qiymətli kağızlar” paraqrafına ölkə xaricində alınmış uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf “332210. Qısamüddətli” və “332220. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 313, 317, 413, 418 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
3. 332300. “Ssudalar” paraqrafına dövlət tərəfindən xaricdən alınan uzunmüddətli və qısamüddətli ssudalar üzrə əməliyyatlar daxildir. Bu paraqraf “332310. Qısamüddətli” və “332320. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 314, 317, 414, 418 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
4. 332400. “Səhm və digər kapital” paraqrafına dövlət tərəfindən ölkə xaricində səhm və digər kapitalın buraxılması ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf “332410. Qısamüddətli” və “332420. Uzunmüddətli” maddələrindən ibarətdir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 501, 521 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
5. 332500. “Digər maliyyə öhdəlikləri” paraqrafına digər maliyyə öhdəlikləri ilə bağlı əməliyyatlar daxildir. Bu paraqraf üzrə sərf olunan məbləğlərin uçotu baş vermiş əməliyyatlara uyğun olaraq mühasibat yazılışları verilməklə son nəticədə 312, 315, 316, 317, 412, 415, 416, 417, 418 nömrəli hesabların müvafiq subhesablarında aparılır.
2.11. Təşkilatlar Vahid Büdcə təsnifatına uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatı üzrə ayrılmış vəsaitlərin istifadəsini bu Qayda ilə müəyyən olunmuş hesablardan (subhesablardan) başqa, baş vermiş əməliyyatların mahiyyətinə uyğun olaraq Hesablar Planının müvafiq hesablarında (subhesablarında) əks etdirmək hüququna malikdirlər.
1. 9 mart 2021-ci il tarixli Q-08 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202103090008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 mart 2021-ci il)
2. 21 may 2021-ci il tarixli Q-12 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202105210012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 may 2021-ci il)
3. 4 oktyabr 2021-ci il tarixli Q-14 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110040014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il)
4. 22 noyabr 2021-ci il tarixli Q-16 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111220016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 dekabr 2021-ci il)
5. 28 iyun 2022-ci il tarixli Q-15 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202206280015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 iyul 2022-ci il)
6. 20 dekabr 2022-ci il tarixli Q-22 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212200022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2022-ci il)
7. 19 may 2023-cü il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305190009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 may 2023-cü il)
8. 27 dekabr 2024-cü il tarixli 3-23/3-9-19/2024 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202412273919, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 yanvar 2025-ci il)
9. 3 sentyabr 2026-cı il tarixli 3-23/3-4-9/2026 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202609033349, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 sentyabr 2026-cı il)