Qanunvericilik › “Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.01.2013) › Tam mətn

“Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.01.2013)

“Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.01.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 8 yanvar 2013-cü il

1.1. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası (bundan sonra – Qayda) “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə işlədikləri dövrdə təmsilçilik xərclərinin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.3. Təmsilçilik xərcləri hər il ticarət nümayəndəsi aparatının təsdiq edilmiş xərclər smetasının müvafiq xərc maddəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.

1.4. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş tədbirlər ticarət nümayəndəsi aparatının yerləşdiyi binada, xüsusi olaraq icarəyə götürülən yerlərdə, ictimai-iaşə obyektlərində və digər yerlərdə həyata keçirilir.

2.1. Təmsilçilik xərcləri səlahiyyətlərinin icrası ilə bağlı ticarət nümayəndələri tərəfindən aşağıdakı istiqamətlərə yönəldilir:

2.1.1. ikitərəfli və çoxtərəfli işgüzar görüşlərin keçirilməsi, müxtəlif ictimai-iaşə obyektlərində dəvət olunan qonaqların qəbulu, ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması, otaqların icarəyə götürülməsi, masanın bəzədilməsi üçün birdəfəlik istifadə olunan əşyaların alınması, qabların və yemək servis dəstlərinin icarəyə götürülməsi və alınması;

2.1.2. ticarət nümayəndəsinin mənzilində təşkil olunan işgüzar ziyafətlərin keçirilməsi;

2.1.3. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci bəndlərində göstərilən məqsədlər üçün cəlb edilmiş tərcüməçilərin xidmət haqlarının ödənilməsi;

2.1.4. hədiyyələrin (suvenir, güllər və s.) alınması və onların qablaşdırılması;

2.1.5. dəvətnamələrin və təbrik açıqcalarının alınması və göndərilməsi;

2.1.6. ticarət nümayəndəsinin və onun ailə üzvlərinin mədəni tədbirlərdə iştirakı;

2.1.7. ticarət nümayəndəsinə və onun ailə üzvlərinə tədbirlərdə iştirak üçün tələb olunan müvafiq nümayəndəlik libasının icarəyə götürülməsi və ya alınması;

2.1.8. vizit kartlarının hazırlanması.

3.1. Ticarət nümayəndələrinin əməkhaqlarına faizlə müəyyən edilmiş təmsilçilik xərcləri ayda bir dəfə hər bir ticarət nümayəndəsi tərəfindən müvafiq qaydada aylıq hesabat forması təqdim edildikdən sonra (təyinatın birinci ayı istisna olmaqla), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən əməkhaqqı aldığı müvafiq xarici valyutada ödənilir.

3.2. Ticarət nümayəndəsi tərəfindən əvvəlki ayda (aylarda) istifadə edilməmiş və ya qismən istifadə edilmiş təmsilçilik xərcinin qalığı sonrakı aylarda istifadə edilə bilər (bir dəfəyə istifadə edilən xərc təmsilçilik xərcinin 3 aylıq məbləğindən çox olmamalıdır).

3.3. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş məqsədlər üçün xərclər təqdim olunan təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında ödənilir.

4.1-1. Ticarət nümayəndəsi tərəfindən təmsilçilik xərcləri ilə bağlı hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq hər bir ticarət nümayəndəsi tərəfindən hər ay təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında tərtib olunur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir.

4.2. Ticarət nümayəndəsi əvvəlki ayın hesabatını növbəti ayın 5-nə qədər təqdim edir.

4.3. Ticarət nümayəndəsi ödənilmiş təmsilçilik xərcinin istifadəsinə dair hesabatı təqdim etmədikdə, növbəti ay ona təmsilçilik xərclərinin ödənilməsi dayandırılır.

5.1. Ticarət nümayəndələrinə müəyyən edilmiş təmsilçilik xərcləri yalnız bu Qaydada qeyd edilmiş istiqamətlərə yönəldilməlidir. Ticarət nümayəndələrinə təmsilçilik xərcləri üçün müəyyən edilmiş vəsaitin ticarət nümayəndəsi aparatının xərclər smetasının digər xərc maddələrindən ödənilməsi yolverilməzdir.

5.2. Təmsilçilik xərclərinin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin istifadəsinə, habelə bu Qaydanın müddəalarının pozulmasına görə ticarət nümayəndəsi məsuliyyət daşıyır.

________________________________________________________________________________

____________ ilin _______________________ ayı üzrə ticarət nümayəndəsinə ayrılmış təmsilçilik xərclərinin ödənilməsinə dair aylıq

Hesabata əlavə olunmuş sənədlərin sayı __________ ədəd

Tərtib etdi __________________________________________ ______________

(ticarət nümayəndəsinin adı, soyadı, atasının adı) (imza)

_______________________

1. 12 mart 2018-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2018-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 599)

2. 5 iyun 2023-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyun 2023-cü il, “Xalq” qəzeti, 9 iyun 2023-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 847)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver