Qanunvericilik › Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin təsdiq edilməsi barədə (Tarif Şurasının qərarı, 26.10.2022) › Tam mətn

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin təsdiq edilməsi barədə (Tarif Şurasının qərarı, 26.10.2022)

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin təsdiq edilməsi barədə (Tarif Şurasının qərarı, 26.10.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet, xüsusi rabitə və simmetrik rəqəmsal portdan istifadə xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli 7 nömrəli Qərarı ləğv edilsin.

3. Bu qərar 2022-ci il 1 noyabr tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 26 oktyabr 2022-ci il

Kanal tutumuna görə hər 1Mb/s üçün (aylıq)

100 Mb/s-dən 1000 Mb/s-ə qədər

1000 Mb/s-dən 10000 Mb/s-ə qədər

10000 Mb/s-dən 100000 Mb/s-ə qədər

“Tetra” xüsusi radiorabitə sisteminə qoşulma

“Trank” radiorabitəsi (aylıq)

Çağırış nömrəsilə (şəbəkədaxili) zəng (aylıq)

Mobil və şəhər telefonuna çıxış (aylıq)

GPS xidmətindən istifadə tarifi (aylıq)

50-yə qədər istifadəçi üçün

50-dən 100-ə qədər istifadəçi üçün

100-dən yuxarı istifadəçi üçün

Xüsusi dövlət rabitəsi

Dövlətlərarası hökumət rabitəsindən istifadə üçün aylıq abunə haqqı

Mobil xüsusi dövlət rabitəsindən istifadə üçün aylıq abunə haqqı

Qoşulma növünə üzrə sürət tarifi (aylıq)

Ethernet port - 100 mb/s

Ethernet port - 1000 mb/s

Ethernet port - 10000 mb/s

VLAN xidməti tarifləri (aylıq)

50-yə qədər istifadəçi üçün

50-dən 100-ə qədər istifadəçi üçün

100-dən yuxarı istifadəçi üçün

“gov.az” domen adının illik qeydiyyatı

Elektron poçt sistemindən istifadə üçün aylıq abunə haqqı

Kabel televiziyasının aylıq abunə haqqı (1 televizor)

Fiber optik lifin aylıq icarə haqqı

1 cüt fiber optik lifin icarə haqqı (4 km qədər)

1 cüt fiber optik lifin icarə haqqı (4 km-dən artıq olduqda)

Stasionar telefon xidmətləri tarifləri

Telefon xəttinin çəkilişi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver