Qanunvericilik › Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında (Prezidentin fərmanı, 26.12.2007) › Tam mətn

Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında (Prezidentin fərmanı, 26.12.2007)

Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında (Prezidentin fərmanı, 26.12.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin tabeliyində olan təşkilatların siyahısı" təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin işçilərinin say həddi 151 ştat vahidi müəyyən edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansında və Tibb Xidmətinin tabeliyində olan Diaqnostik-Müalicəvi Mərkəz, Stomatoloji Mərkəz və Mərkəzi Klinik Xəstəxana Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin tabeliyinə və balansına verilsin.

6. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tərkibində Tibb Xidmətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1903 nömrəli Sərəncamının 2.2-ci və 3-cü bəndləri, "Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 2247 nömrəli Sərəncamının 5-ci, 6-cı, 7-ci, 9-cu, 10-cu və 12.4-cü bəndləri və "Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2569 nömrəli Sərəncamının preambula hissəsi çıxarılsın.

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

7.1. 2008-ci il dövlət büdcəsində və növbəti illər üçün dövlət büdcəsi layihəsində Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaitin maliyyələşdirilməsini müvafiq qaydada təmin etsin;

7.2. iki ay müddətində qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"na aşağıdakı əlavələr edilsin:

8.1. 2.1.2-ci bəndin ikinci abzasında "Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri" sözlərindən sonra ", Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi" sözləri əlavə edilsin;

8.2. 2.1.3-cü bəndin ikinci abzasında "Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini" sözlərindən sonra " Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisinin birinci müavini," sözləri, "Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini" sözlərindən sonra " Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisinin müavini," sözləri əlavə edilsin;

8.3. 2.1.4-cü bəndin ikinci abzasında "Azərbaycan Respublikası Prezidentinin işlər müdirinin köməkçisi" sözlərindən sonra " Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin köməkçisi," sözləri, "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində" sözlərindən sonra "və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində" sözləri əlavə edilsin;

8.4. 2.3.1-ci bəndin ikinci abzasında "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətində" sözləri əlavə edilsin.

9. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2007-ci il

1. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikası Prezidentinin 2007-ci 19 dekabr tarixli 2569 nömrəli Sərəncamı ilə yaradılmışdır.

2. Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinə əsasən, Xidmət Azərbaycan Respublikası Prezidentinin tibbi təminatını həyata keçirən dövlət orqanıdır.

3. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarım, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir.

5. Xidmət bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında hesabat verir.

6. Xidmət müstəqil balansa, sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan möhürə, müvafiq ştamplara, blanklara və banklarda müvafiq hesablara malikdir.

7. Xidmətin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

8. Xidmət Bakı şəhərində yerləşir.

9. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

9.1. Azərbaycan Respublikasının Prezidentinə və qanunvericiliyə uyğun müəyyən edilən digər şəxslərə tibbi və sanator-kurort xidmətlərini göstərir;

9.2. Azərbaycan Respublikasında səfərdə olan dövlət və hökumət başçılarının, xarici dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətlərinin tibbi təminatını həyata keçirir;

9.3. Xidmətin sisteminin təkmilləşdirilməsinə yönəlmiş innovasiya və investisiya proqramlarını müəyyən olunmuş qaydada işləyib hazırlayır və həyata keçirir;

9.4. Xidmət qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

10. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

10.1. Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasında səfərdə olan dövlət və hökumət başçılarına, xarici dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətlərinə, habelə qanunvericiliyə uyğun müəyyən edilən digər şəxslərə tibbi xidmətin göstərilməsi işinin təkmilləşdirilməsi üzrə təkliflər vermək, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, tibbi reabilitasiya, sanator-kurort müalicəsi və sağlamlaşdırılma üzrə məsələləri müəyyən olunmuş qaydada işləyib hazırlamaq və həyata keçirmək;

10.2. Xidmətin tabeliyində olan müalicə-profilaktika, sanator-kurort, uşaq sağlamlaşdırma müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirmək;

10.3. Xidmətin tabeliyində olan təşkilatlara praktiki metodik tibbi yardımı öz səlahiyyətləri daxilində göstərmək;

10.4. Xidmətin tabeliyində olan təşkilatların çarpayı fondu resurslarının istifadəsi, bu Əsasnamənin 10.1-ci bəndində göstərilən şəxslərin sanatoriya-kurort müalicəsi, istirahətə və sağlamlaşmaya tələbatı, eləcə də tabeliyində olan uşaq müəssisələrindəki yerlərin təhlili əsasında sanator-kurort müəssisələrində mövcud olan yerlərə bölgünü həyata keçirmək;

10.5. Xidmətin tabeliyində olan təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

10.6. Xidmətin tabeliyində olan təşkilatlara investisiyaların cəlb edilməsi barədə aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə təkliflər hazırlamaq;

10.7.tibbi yardımı təmin etmək üçün zəruri olan dərman və tibb vasitələrini almaq;

10.8.Xidmətə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

10.9.qanunvericiliyə uyğun olaraq məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

10.10. Xidmətin əməkdaşlarının ixtisaslarının artırılması və onların elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olması üçün tədbirlər görmək;

10.11. Xidmətin tabeliyində olan təşkilatların təqdim etdiyi illik statistika hesabatlarının təhlilini həyata keçirmək, onları ümumiləşdirmək və ümumi hesabatlan müəyyən olunmuş qaydada müvafiq dövlət orqanlarına göndərmək;

10.12. Xidmətin tabeliyində olan təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirmək;

10.13. dövlət, o cümlədən hökumət rabitə və kommunikasiya sistemlərindən müəyyən olunmuş qaydada istifadə etmək;

10.14. Xidmətə aid məsələlər üzrə beynəlxalq əməkdaşlığı həyata keçirmək, habelə beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;

10.15. Xidmətin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

11. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

11.1. Xidmətin fəaliyyətinə aid olan normativ hüquqi aktların layihələrini hazırlamaq;

11.2. Xidmətin səlahiyyətlərinə aid olan məsələlər üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından zəruri sənədləri müəyyən olunmuş qaydada tələb etmək;

11.3. müəyyən edilmiş qaydada seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirak etmək;

11.4. qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

11.5. zərurət olduqda müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

11.6. öz sahələrinə aid olan məsələlər üzrə icra hakimiyyəti orqanlarının məlumat bazalarından müəyyən olunmuş qaydada istifadə etmək;

11.7. qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

11.8. Xidmətin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

12. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

13. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

14. Xidmətin rəisinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq Xidmətin rəisi tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir birinci müavini və bir müavini vardır.

15.1. Xidmətin fəaliyyətini təşkil edir və rəhbərlik edir;

15.2. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verir;

15.3. Xidmətin işçiləri arasında vəzifə bölgüsü aparır və onlara tapşırıqlar verir;

15.4. tibbi yardımın fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görür;

15.5. Xidmətin struktur bölmələrinin və tabeliyində olan təşkilatların əsasnamələrini və nizamnamələrini təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir;

15.6. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin ştat cədvəlini, habelə onun tabeliyində olan təşkilatların ştat cədvəlini, strukturunu və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

15.7. Xidmətin və tabeliyində olan təşkilatların işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

15.8. öz səlahiyyəti daxilində Xidmətin dövlət qulluqçularına ixtisas dərəcələrini verir və ixtisas dərəcələrinin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim edir;

15.9. Xidməti təmsil edir;

15.10. Xidmətin və tabeliyində olan təşkilatların işçiləri üçün icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

15.11. Xidmətin tabeliyində olan qurumların qanunvericiliyə zidd olan əmr və sərəncamlarını ləğv edir;

15.12. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

16. Xidmətin səlahiyyətlərinə aid məsələlər üzrə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Xidmətdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə Xidmətin rəisi tərəfindən təsdiq edilir.

Xidmət rəisinin birinci müavini

Xidmət rəisinin müavini

Şöbə müdirinin müavini

1. Mərkəzi Klinik Xəstəxana.

2. Diaqnostik-Müalicəvi Mərkəz.

3. Stomatoloji Mərkəz.

4. Tikilən obyektlərin müdiriyyəti.

5. Diaqnostik - Konsultativ Mərkəz.

1. 13 fevral 2009-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 66)

2. 30 dekabr 2009-cu il tarixli 208 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №12, maddə 996)

3. 26 sentyabr 2013-cü il tarixli 996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, №09, maddə 1062)

4. 6 may 2016-cı il tarixli 892 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 853)

5. 29 noyabr 2019-cu il tarixli 874 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1722)

6. 11 avqust 2021-ci il tarixli 1420 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 982)

7. 13 iyun 2022-ci il tarixli 1715 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2022-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 599)

8. 31 mart 2023-cü il tarixli 2082 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 1 aprel 2023-cü il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 378)

9. 3 iyun 2024-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 4 iyun 2024-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 647)

10. 18 avqust 2025-ci il tarixli 485 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 770)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver