Qanunvericilik › Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Azərbaycan xalçasının göstəriciləri

Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Azərbaycan xalçası Azərbaycan xalqının maddi və mənəvi sərvətidir, intellektual fəaliyyətin nəticəsi olub, xalqın estetik dünyagörüşünü, bədii istedadını, özünəməxsusluğunu və mədəni identikliyini əks etdirir.

1.2. Azərbaycan xalçasının əsas göstəriciləri aşağıdakılardır:

1.2.1. xalçanın növü - xovsuz və xovlu xalça;

1.2.2. xalça sənəti məktəbləri - Quba, Şirvan, Dərbənd, Bakı, Gəncə, Qazax, Borçalı, Göyçə, Qarabağ, Naxçıvan, Təbriz, Ərdəbil, Zəncan, Xalxal, Urmiya, Qaradağ, Mərənd, Marağa;

1.2.3. xalça adları - xalçanın toxunma yerinə, çeşnisinə, kompozisiyasına, naxışına görə müəyyən edilən adlar;

1.2.4. çeşni - toxunması nəzərdə tutulmuş xalçanın kompozisiyasının, naxış tərtibatının rəssam tərəfindən hazırlanmış texniki layihəsi;

1.2.5. bədii xüsusiyyətlər - xalçanın kompozisiyası (naxış və rəng tərtibatı), ornamenti (milli naxış və onun ayrı-ayrı elementləri), koloriti (rəng çalarları və ya rəng həlli).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver