Qanunvericilik › Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində iqtisadi tədbirlər

Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.0. Dövlət Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində aşağıdakı iqtisadi tədbirləri həyata keçirir:

8.0.1. xalçaçılıqda istifadə olunan xammalın, təbii boyaların istehsalı və tədarükü üçün əlverişli iqtisadi şəraitin yaradılması;

8.0.2. məqsədli investisiya siyasətinin həyata keçirilməsi və güzəştli kreditlərin verilməsi;

8.0.3. xalçaların idxalı və ixracı sahəsində məqsədli gömrük siyasətinin həyata keçirilməsi;

8.0.4. xalça istehsalının ilk növbədə milli xalça sənəti ənənələrinin yayıldığı ərazilərdə təşkili;

8.0.5. Azərbaycan xalçalarının xaricdə satışının təşkil edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver