Azərbaycanda Atatürk Mərkəzi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001-ci il tarixli 641 nömrəli Sərəncamına əsasən Azərbaycanda Atatürk Mərkəzinin yaradılması ilə əlaqədar qərara alıram:
1. Azərbaycanda Atatürk Mərkəzi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Mərkəzə ştat vahidlərinin ayrılması, Mərkəzin fəaliyyətinin təmin olunması ilə bağlı maliyyə və maddi-texniki təchizat məsələlərini həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.