3.1. Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
3.1.1. Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək;
3.1.2. Şuşa şəhərində yerləşən tarix və mədəniyyət abidələrinin (bundan sonra – abidələr) həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək;
3.1.3. Şuşa şəhərində effektiv dövlət idarəetməsinin təşkili və tətbiqini təmin etmək, şəhər həyatının bütün sahələrində innovativ həllərdən istifadəni dəstəkləmək;
3.1.4. Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq;
3.1.5. Şuşa şəhərinin ərazisində sahibkarlıq fəaliyyətinin canlanmasını və inkişafını təmin etmək;
3.1.6. Şuşa şəhərinin ərazisində elmi-tədqiqat, ənənəvi sənətkarlıq və digər məşğuliyyət növlərinin inkişaf və nümayiş etdirilməsi üçün tədbirlər görmək;
3.1.7. Şuşa şəhərində mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək;
3.1.8. Şuşa şəhərinin beynəlxalq mədəni əlaqələrinin inkişafını təmin etmək, habelə şəhərin dünya tarixi-mədəni irsinin incilərindən biri kimi nüfuzunu möhkəmləndirmək.