Qanunvericilik › “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Şuşa şəhərinin ərazisində turizm (rekreasiya) fəaliyyəti, habelə yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Şuşa şəhərinin ərazisində abidələrə xələl gətirmədən turizm (rekreasiya) infrastrukturunun yaradılması təmin edilir, habelə maddi və qeyri-maddi mədəni irsin qorunmasına və təbliğinə dair məlumat mərkəzləri təşkil edilir.

9.2. Şuşa şəhərinin ərazisində yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının, konsert və musiqi festivallarının, sərgi və ekskursiyaların keçirilməsi, sənədli və bədii filmlərin, televiziya proqramlarının və reklam çarxlarının çəkilişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə əvvəlcədən razılaşdırılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver