Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və “Azəristiliktəchizat” ASC-nin müraciəti nəzərə alınaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 21,00 manat, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m üçün ƏDV daxil olmaqla 0,45 manat təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2011-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarı ləğv edilsin.
3. Bu qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 29 dekabr 2024-cü il
30 iyul 2025-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikasını Tarif (qiymət) Şurasının Qərarı (dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq edilir)