«Azərsu» Səhmdar Cəmiyyətinin sayğac quraşdırılmayan istehlakçılar üçün təsdiq olunmuş normanın 2006-cı il 1 yanvar tarixinə qədər qüvvədə olması barədə qeyd dəyişdirilərək 2007-ci il dekabr ayının 31-i tarixi ilə əvəz edilməsi ilə bağlı müraciəti barədə
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 28 sentyabr tarixli iclasının protokoluna əsasən qərara alır:
1. «Azərsu» Səhmdar Cəmiyyətinin hazırda qüvvədə olan tariflərdə sayğac quraşdırılmayan istehlakçılar üçün təsdiq olunmuş normanın 2006-cı il 1 yanvar tarixinə qədər qüvvədə olması barədə qeyd dəyişdirilərək 2007-ci il dekabr ayının 31-i tarixi ilə əvəz edilsin.
2. Qərar 2006-cı il 28 sentyabr tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 28 sentyabr 2006-cı il