Qanunvericilik › “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.03.2019) › Tam mətn

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.03.2019)

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.03.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 4 mart 2019-cu il

1.1. Bu Tələblər “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası ilə bağlı hazırlanmışdır və Bakı şəhərində sərnişin daşımalarında istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri müəyyən edir.

1.2. Bu Tələblər Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını həyata keçirən avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, habelə Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımaya aid infrastruktura (nəqliyyat mübadilə mərkəzlərinə, avtobus dayanacaq məntəqələrinə və taksi duracaq yerlərinə) şamil edilir.

1.3. Bu Tələblər Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında” qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” nəzərə alınmaqla hazırlanmışdır.

4.1. Nəqliyyat mübadilə mərkəzi Bakı şəhərinin inzibati ərazisində sərnişin axınının nisbətən sıx olduğu və bir neçə şəhərdaxili marşrut xəttinin kəsişdiyi, ictimai nəqliyyatın digər növlərinə (metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar, taksilər) keçidin daha rahat və əlverişli olduğu yerlərdə sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və avadanlıqlarla təchiz edilmiş xüsusi ərazidir.

4.2. Nəqliyyat mübadilə mərkəzinin girişində (bir neçə girişi olduqda, onların hər birində) Bakı Nəqliyyat Agentliyinin loqosunu və çağrı mərkəzinin nömrəsini, həmin nəqliyyat mübadilə mərkəzinin adını və nömrəsini, ondan istifadə edən bütün avtobus marşrutlarının nömrəsini əks etdirən lövhə (9 nömrəli əlavə) olmalıdır.

4.3. Nəqliyyat mübadilə mərkəzləri yol hərəkəti qaydalarına və sərnişin daşınmasının təhlükəsizliyi tələblərinə riayət edilməklə yerləşdirilməli, avtobusların rahat və təhlükəsiz yanalmasını, sərnişinlərin təhlükəsiz və rahat girişini və çıxışını təmin edən şəraitə malik olmalıdır.

4.4. Nəqliyyat mübadilə mərkəzində həmin mərkəzdən istifadə edən hər bir marşrut xəttinə aid avtobuslar üçün dayanacaq yeri müəyyən edilməlidir. Bu yerlər müvafiq marşrutun nömrəsini və onun getdiyi əsas aralıq və son dayanacaq məntəqələrini, marşrut üzrə avtobusların hərəkət intervalını, birinci və sonuncu reyslərinin vaxtını əks etdirən lövhə (10 nömrəli əlavə) ilə təchiz edilməlidir.

4.5. Nəqliyyat mübadilə mərkəzində sərnişinlərin daldalanması üçün pavilyonlar olmalıdır. Pavilyonların sayı və ölçüləri həmin mərkəzdən istifadə edən marşrut xətlərinin sayına, sərnişin axınına və ərazi imkanlarına görə müəyyən olunur.

4.6. Nəqliyyat mübadilə mərkəzində nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqlardan (qurğulardan) istifadə üçün kartların satışını, habelə bu kartlara pul vəsaitinin mədaxilini həyata keçirən terminallar olmalıdır.

4.7. Nəqliyyat mübadilə mərkəzində avtobusların hərəkət qrafikinə, onların mərkəzdən istifadə qaydalarına riayət etməsinə nəzarət üçün, avtobusların rahat gəlməsinin və yola düşməsinin idarə olunması üçün dispetçer məntəqəsi olmalıdır.

4.8. Nəqliyyat mübadilə mərkəzi avtobusların giriş və çıxış istiqamətlərini, mərkəzin ərazisində hərəkət sxemini, yol verilən maksimal hərəkət sürətini, konkret dayanacaq yerlərini bildirən yol nişanları və nişanlanma xətləri ilə təchiz edilməlidir.

4.9. Nəqliyyat mübadilə mərkəzində kartların satışını (onlara pul vəsaitinin mədaxilini) həyata keçirən terminalların yerini göstərən, digər nəqliyyat növlərinin stansiya və ya dayanacaqlarına istiqaməti göstərən məlumatverici nişanlar və lövhələr, sərnişinlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini əks etdirən digər məlumatlar, qrafiki təsvirlər yerləşdirilməlidir.

4.10. Nəqliyyat mübadilə mərkəzində reklam lövhələri və reklam xarakterli məlumatlar “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Tələblərə uyğun yerləşdirilməlidir.

4.11. Nəqliyyat mübadilə mərkəzində sərnişinlərə və sürücülərə xidmət göstərilməsi üçün kiçik ticarət və iaşə xidmətləri köşkləri, sanitar qovşağı yerləşdirilə bilər.

4.12. Yol-nəqliyyat infrastrukturu imkan verdiyi hallarda nəqliyyat mübadilə mərkəzinin yaxınlığında taksi duracaq yerləri də təşkil edilməlidir.

5.1. Avtobus dayanacaq məntəqələrinin növləri və ölçüləri

5.1.1. Cibsiz dayanacaq məntəqəsi yol kənarında, səkiboyu yerləşdirilmiş dayanacaq məntəqəsidir.

5.1.2. Cibsiz dayanacaq məntəqəsi minimum 16 metr giriş, 24 metr dayanma və 9 metr çıxış sahəsindən, ümumilikdə 49 metrdən ibarətdir (11 nömrəli əlavə).

5.1.3. Cibli dayanacaq məntəqəsi sürət həddinin və nəqliyyat axınının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir (12 nömrəli əlavə).

5.1.4. Avtobus dayanacaq məntəqəsi eyni vaxtda iki və daha artıq avtobus üçün hesablandığı zaman qeyd edilən ölçülərdən əlavə avtobuslar arasında ən azı 9 metr məsafə nəzərə alınmalıdır (13 nömrəli əlavə).

5.1.5. Yol infrastrukturunun vəziyyətindən asılı olaraq, qeyd edilən ölçülərə müvafiq dəyişikliklər edilə bilər.

5.2. Avtobus dayanacaq məntəqələrinin yerləşdirilməsi

5.2.1. Avtobus dayanacaq məntəqələri şəhər daxilində 400-600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir.

5.2.2. Əks istiqamətlərdə hərəkət olan yollarda dayanacaq məntəqələri bir-birinə nəzərən çarpaz formada yerləşdirilməlidir (14 və 15 nömrəli əlavələr).

5.2.3. Dayanacaq məntəqəsi piyada keçidindən sonra yerləşdirilməlidir. Avtobusların yanalma sahəsi ilə piyada keçidinin arasında minimum 5 metr məsafə olmalıdır (14 nömrəli əlavə).

5.2.4. Əks istiqamətlərdə hərəkət olan və hər istiqamətdə hərəkət üçün bir hərəkət zolağından ibarət yollarda dayanacaq məntəqələri çarpaz formada, bir-birindən minimum 36 metr ara məsafəsi gözlənilməklə quraşdırılmalıdır (15 nömrəli əlavə).

5.2.5. Avtobus dayanacaq məntəqələri yolayrıclarından sonra kəsişmənin xüsusiyyətlərindən asılı olaraq, minimum 20 metr məsafədə yerləşdirilməlidir (16 nömrəli əlavə).

5.2.6. Yüksək sərnişin tələbatı olduqda və kəsişmədən sonra yol infrastrukturu əlverişli vəziyyətdə olmadıqda, avtobus dayanacaq məntəqəsi kəsişmədən minimum 30 metr əvvəl quraşdırıla bilər.

5.3. Avtobus dayanacaq məntəqəsinin təchizatı

5.3.1. Dayanacaq pavilyonu aşağıdakı tələblərə cavab verməlidir:

5.3.1.1. sərnişin tələbatından və istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının sayından asılı olaraq dayanacaq məntəqəsinə birdən az olmayaraq dayanacaq pavilyonu quraşdırılmalıdır;

5.3.1.2. dayanacaq pavilyonu avtobusun çıxış sahəsinə yaxın quraşdırılmalı və qurularkən piyadaların hərəkəti üçün minimum 1,2 metr səki sahəsi saxlanılmalıdır (17 nömrəli əlavə);

5.3.1.3. dayanacaq pavilyonu ilə avtobusun keçdiyi hərəkət hissəsi arasındakı məsafə minimum 0,5 metr olmalıdır (17 nömrəli əlavə);

5.3.1.4. tikiliyə yaxın yerləşdirilən pavilyona qulluq göstərilməsi (yuyulması və s.) üçün tikili ilə pavilyon arasında minimum 0,3 metr məsafə saxlanılmalıdır.

5.3.2. Dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun qoyulmamasına yol verilir (18 nömrəli əlavə).

5.3.3. Dayanacaq lövhəsi dayanacaq yerini işarə edən 5.12 yol nişanından, dayanacaq məntəqəsinin adının və dayanacaq məntəqəsindən keçən marşrutların nömrələrinin əks olunduğu məlumat tablosundan ibarətdir (19 nömrəli əlavə).

5.3.4. Dayanacaq pavilyonu olmayan dayanacaq məntəqələrində marşrutların dayanacaq məntəqəsindən keçmə qrafiki, intervalları və xəritə lövhənin aşağı hissəsində quraşdırılmış əlavə məlumat tablosunda əks olunmalıdır.

5.3.5. Ödəmə terminalı dayanacaq məntəqəsi pavilyonunun yaxınlığında təhlükəsiz yerdə yerləşdirilməlidir.

5.3.6. Avtobus dayanacaq məntəqəsində yol müvafiq qaydada nişanlanmalıdır.

5.3.7. Avtobusların yanalma sahələrində yolun 1.17 nişanlanması çəkilən hissənin eni 3m±30 sm olmalıdır (17 nömrəli əlavə).

5.3.8. Dayanacaq məntəqələri günün qaranlıq saatlarında işıqlandırılmalıdır.

5.3.9. Avtobus dayanacaq məntəqələrində bordürün hündürlüyü 12-16 sm olmalıdır.

5.3.10. Dayanacaq məntəqələri drenaj sistemi və zibil qutusu ilə təmin edilməlidir.

5.4. Avtobus dayanacaq məntəqələrinin reyestri

5.4.1. Hər bir avtobus dayanacaq məntəqəsi Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə dayanacaq məntəqəsinin adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar qeyd edilir.

5.5. Bakı şəhərinin inzibati ərazisində yerləşən taksi duracaq yerlərinə dair tələblər

5.5.1. Taksi duracaq yerləri yol hərəkəti qaydaları, nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkəti nəzərə alınmaqla, taksi xidmətlərinə ehtiyacın daha çox olduğu küçə və prospektlərdə yaradılmalıdır.

5.5.2. Taksi duracaq yerləri 5.14 yol nişanı və 1.17 nişanlanma xətti ilə işarələnməlidir.

5.5.3. Sərnişin tələbatının çox olduğu ərazilərdə taksi duracaqlarında pavilyon quraşdırıla bilər.

5.5.4. Taksi duracaq yerləri ən azı üç taksi minik avtomobilinin yerləşə biləcəyi ölçülərə malik olmalıdır. Yol şəraitindən asılı olaraq, taksi minik avtomobillərinin səkiyə paralel və səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yaradıla bilər.

5.5.5. Taksi minik avtomobillərinin səkiyə paralel durması nəzərdə tutulduğu taksi duracaq yerləri hər bir minik avtomobili üçün 6,0-7,5 metr uzunluğunda yer olması şərtilə təşkil olunmalıdır.

5.5.6. Taksi minik avtomobillərinin səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yalnız küçə və prospektlərin hərəkət hissəsinin kənarında xüsusi genişləndirilmiş sahələrdə, dayanmış taksi minik avtomobilinin əsas hərəkət zolaqlarında nəqliyyatın hərəkətinə hər hansı maneə yaratmadığı hallarda təşkil edilə bilər. Belə taksi duracaq yerlərində yanaşı dayanan hər bir taksi minik avtomobili üçün 2,5x5 metr ölçülərdə yer nəzərdə tutulmalıdır.

5.5.7. Hər bir taksi duracaq yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə duracağın adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar göstərilir.

6.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq müvafiq icazəyə malik hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən yerinə yetirilə bilərlər.

6.2. Daşıyıcı mülkiyyət, icarə və ya istifadəsində olan, bu Tələblərə və dövlət standartlarına uyğun sərnişin avtonəqliyyat vasitəsinə malik olmalıdır. Avtobuslarla müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı ona həvalə edilmiş marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayının 10 (on) faizi qədər ehtiyat nəqliyyat vasitələrinə, marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayı 10-dan az olduqda isə ən azı bir ehtiyat nəqliyyat vasitəsinə sahib olmalıdır. Daşıyıcının istifadəsində olan istehsalat bazasında istismar etdiyi avtobusların ümumi sayının 60 faizindən az olmamaqla təkər zəncir komplektləri olmalıdır.

6.3. Daşıyıcının tabeliyində hər bir avtobus üçün ən azı 3 (üç) sürücü olmalıdır.

6.4. Daşıyıcı istifadəsində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən iş və istirahət rejiminə riayət olunmasına nəzarət etməlidir.

6.5. Avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı müvafiq avtonəqliyyat vasitələrinin saxlanması, onlara texniki xidmət göstərilməsi, texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi, reysqabağı texniki yoxlanılması, habelə sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi üçün istifadəsində olan avtobusların sayına uyğun şəraiti olan istehsalat bazasına, yaxud bu xidmətlərin göstərilməsi üçün belə bazası olan fiziki və ya hüquqi şəxslərlə bağlanılmış müqaviləyə malik olmalıdır.

6.6. Daşıyıcı (onun səlahiyyətli şəxsi) yola düşməzdən əvvəl sürücünü zəruri sənədlərlə (“Fərqlənmə nişanı”, yol vərəqəsi, marşrut sxemi, hərəkət cədvəli, tələb olunan halda baqaj qəbzi və s.) icbari sığorta şəhadətnamələri barədə və digər məlumatlarla təmin etməlidir.

6.7. Daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçirilə bilər.

6.8. Daşıyıcı istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, dövlət texniki baxışından keçirilməsini təmin etməlidir.

6.9. Avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobusları reysdən sonra yalnız istehsalat bazasına daxil olan duracaq yerlərində (qarajda, avtoparkda və s.) saxlamalıdır. İstehsalat bazası mövcud standartlara uyğun olmaqla, aşağıdakı minimal tələblərə cavab verməlidir:

6.9.1. reysə çıxan nəqliyyat vasitələrinin sayına uyğun reysqabağı texniki yoxlamanın, texniki qulluğun və cari təmirin keçirilməsi üçün məntəqənin mövcudluğu;

6.9.2. eyni növbədə reysə çıxan sürücülərin sayına uyğun tibbi müayinənin keçirilməsi üçün məntəqənin mövcudluğu;

6.9.3. avtobusların sayına uyğun yuma məntəqəsinin mövcudluğu;

6.9.4. istifadəsində olan avtobusların rahat və təhlükəsiz parklanmasına imkan verən ərazinin və avtobuslar üçün təhlükəsiz və maneəsiz giriş-çıxış yerlərinin, o cümlədən fövqəladə hallar üçün ehtiyat çıxış yerlərinin mövcudluğu;

6.9.5. nəqliyyat vasitələrinin salamatlılığının təmini üçün nəzarət kameraları ilə təchiz edilmiş, yanğın və texniki-təhlükəsizlik tələblərinə cavab verən mühafizə sisteminin mövcudluğu.

6.10. Daşıyıcı bu Tələblərdə nəzərdə tutulmuş hallarda sərnişin avtonəqliyyat vasitəsini nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu) və ya POS-terminalla, daxili və xarici nəzarət kameraları ilə, taksometrlə təchiz etməlidir.

6.11. Müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı, habelə taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən daşıyıcı sürücü qismində işə qəbul etdiyi və işdən azad etdiyi hər bir şəxs barədə müəyyən olunan qaydada məlumatları 3 (üç) gündən gec olmayaraq vahid informasiya sisteminə yerləşdirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidir.

6.13. Hər bir daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobus və taksi minik avtomobili ilə bağlı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun icbari sığorta müqavilələrinə malik olmalı, həmin müqavilələri vaxtlı-vaxtında yeniləməlidir.

6.14. Daşıyıcı sürücü qismində işə qəbul etdiyi hər bir şəxsin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla xüsusi hazırlıq keçməsini təmin etməli və belə xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənədi əldə etməyən sürücünü avtobusun və taksinin idarə olunmasına buraxmamalıdır.

6.15. Daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir.

6.16. Daşıyıcı sərnişin daşınmasında istismar etdiyi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı törədilmiş yol-nəqliyyat hadisələrinin, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından ibarət olan inzibati xətaların uçotunu aparmalıdır. İstifadəsində olan nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri barədə həmin gün, nəqliyyat vasitələrindən istifadə ilə bağlı törədilmiş inzibati xətalarla bağlı isə ayda bir dəfə Bakı Nəqliyyat Agentliyinə müəyyən olunmuş məzmunda (yol-nəqliyyat hadisəsinin və ya inzibati xətanın mahiyyəti, onun törədildiyi vaxt və yer, hansı nəqliyyat vasitəsindən istifadə ilə bağlı törədilməsi, bu xətanı törədən sürücü barədə məlumatlar daxil edilməklə) məlumat verməlidir.

6.17. Daşıyıcının işçi heyətinin tərkibinə daxil olan hər hansı sürücü nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edildikdə və ya onun bu hüququ məhdudlaşdırıldıqda, daşıyıcı bu barədə qərar və ya hökm qüvvəyə mindikdən sonra 3 (üç) gündən gec olmayaraq Bakı Nəqliyyat Agentliyinə məlumat verməlidir.

6.18. Daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməli və təkrar tibbi müayinədən keçməsinə nəzarət etməlidir.

7.1. Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan) və yaxud “DE” kateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) və daşıyıcı ilə əmək müqaviləsi olan sürücülər buraxılırlar.

7.2. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılırlar. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobili ilə sərnişin daşımalarına taksi minik avtomobilində sürücü qismində ən azı 2 (iki) il təcrübəsi olan sürücülər buraxılırlar.

7.3. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Avtobusların və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və keçirilir.

7.4. Sərnişin daşımalarında istismar edilən avtobusların və taksi minik avtomobillərinin sürücüləri reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı, zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdırlar.

7.5. Avtobus sürücüsü avtobusu marşrutun hərəkət intervalına uyğun olaraq yalnız ilk və son dayanacaq məntəqəsində sərnişinlərin minib-düşməsi üçün lazım olandan artıq müddətə dayandırıb gözləyə bilər. Bütün aralıq dayanacaq məntəqələrində avtobus sürücüsü avtobusu yalnız sərnişinlərin minib-düşməsi üçün zəruri olan müddətdə dayandırmalıdır. Sürücü avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində dayandırmalıdır. Dayanacaq məntəqəsində olan son sərnişin mindikdən və ya orada düşməli olan son sərnişin düşdükdən dərhal sonra sürücü avtobusun qapılarını bağlayaraq hərəkətinə davam etməlidir. Avtobusu dayanacaq məntəqəsində çıxışa yaxın yerdə dayandırmaq lazımdır. Avtobusu müvafiq marşrut üzrə nəzərdə tutulan dayanacaq məntəqələrindən kənarda sərnişini mindirib-düşürmək məqsədi ilə dayandırmaq, habelə dayanacaq məntəqəsində dayanmış avtobus varsa, ondan qabağa keçərək dayandırmaq qadağandır.

7.6. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri və beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar (20 nömrəli əlavə). Digər taksi minik avtomobillərinin sürücüləri isə səliqəli geyimə malik olmalıdırlar.

7.7. Taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən hüquqi şəxslərin və ikidən artıq minik avtomobili olan fiziki şəxslərin öz sürücüləri üçün vahid geyim forması tətbiq edilə bilər.

7.8. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri ingilis dilində sadə ünsiyyət üçün təməl bilgilərə malik olmalıdırlar.

7.9. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri və taksi minik avtomobillərinin sürücüləri sərnişinlərlə nəzakətli rəftar etməli, nəqliyyat vasitəsində, marşrut boyu yol şəraitində yaranan bütün problemlər barədə dərhal daşıyıcının səlahiyyətli şəxsinə məlumat verməli, yol-nəqliyyat hadisəsi, yanğın və başqa fövqəladə hadisələr baş verdikdə və ya sərnişinin səhhətində ciddi problem olduqda, dərhal müvafiq xidmətlərə (polis, yanğından mühafizə xidməti, təcili tibbi yardım xidməti) məlumat verməli, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirlər görməlidir.

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”ə

1. 30 sentyabr 2020-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1239)

2. 15 oktyabr 2020-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1281)

3. 20 oktyabr 2020-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1291)

4. 30 noyabr 2020-ci il tarixli 465 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1408)

5. 23 dekabr 2021-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1532)

6. 9 mart 2022-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2022-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 261)

7. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

8. 15 may 2023-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 may 2023-cü il, “Xalq” qəzeti, 18 may 2023-cü il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 723)

9. 1 noyabr 2024-cü il tarixli 470 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 noyabr 2024-cü il, “Xalq” qəzeti, 5 noyabr 2024-cü il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1246)

10. 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2025-ci il, “Xalq” qəzeti, 18 mart 2025-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 282)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver