Qanunvericilik › “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.12.2001) › Tam mətn

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.12.2001)

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.12.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN Qərarı

“Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2002-ci il 1 yanvar tarixdən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 10 dekabr 2001-ci il

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma

1.1. Bu Qayda “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma qaydasını müəyyən edir.

1.2. Bu Qaydada “digər subyektlər” dedikdə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklar, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul satan, iş və xidmət göstərən dövlət müəssisələri, “şirkətlər” dedikdə - “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarəetməyə götürən şirkətlər nəzərdə tutulur».

2. Ödənİlməsİnə möhlət verİlən borcların müəyyən edİlməsİ

2.1. “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarə etməyə verilmə tarixinə “Azərenerji” səhmdar cəmiyyətinə olan və ödənilməsinə möhlət verilən borclarının məbləği göstərilməklə, 15 gün müddətində tərəflər arasında 5 nüsxədə üzləşmə aktı tərtib edilir və tərəflər bu aktda göstərilən rəqəmlərin düzgünlüyünə məsuliyyət daşıyırlar.

2.2. Tərtib edilmiş üzrəşmə aktı 10 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla məlumat üçün Maliyyə Nazirliyinə təqdim edilir.

2.3. “Azərenerji” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azəriqaz” Səhmdar Cəmiyyətinə, dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və digər subyektlərə “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilmə tarixinə mövcud olan borcları bu Qaydanın 2.1-ci bəndində göstərildiyi kimi dəqiqləşdirilir və “Azərenerji” Səhmdar Cəmiyyətinin “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətindən alınmasına möhlət verilən borca müvafiq məbləğdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azəriqaz” Səhmdar Cəmiyyətinə, dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və digər subyektlərə olan borc hissəsinin ödənilməsinə möhlət verilməsi ilə bağlı birgə protokollar tərtib edilir və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə məlumat verilir.

3. Dövlət büdcəsİnə və dİgər subyektlərə yaranmış borcların hesablanması

3.1. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyəti üzrə 2002-ci il 1 yanvar tarixdən başlayaraq “Azərenerji” səhmdar cəmiyyəti hər ay ötürdüyü elektrik enerjisinin miqdarı və əlavə dəyər vergisi (ƏDV) göstərilməklə qiyməti qeyd olunmuş elektron qaimə-fakturalarını şirkətlərə təqdim edir.

3.2. Şirkət hər ay üçün “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilədə müəyyən edilmiş qaydada “Azərenerji” səhmdar cəmiyyətinə ƏDV də daxil olmaqla elektrik enerjisi haqqının ödənişini təmin edir.

3.3. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyəti 2005-ci il 31 dekabr tarixədək şirkətlərin dövlət büdcəsinə ƏDV üzrə və “Azərenerji” səhmdar cəmiyyətinə elektrik enerjisi haqqının ödənişinə görə və bununla əlaqədar “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə ƏDV üzrə, eləcə də digər subyektlərə yaranan borclarının qanunvericiliyə müvafiq olaraq rəsmiləşdirilməsi aparılır.

4. Dövlət büdcəsİnə və dİgər subyektlərə yaranmış borcların ödənİlməsİ

4.1. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarəetməyə götürən şirkət 2005-ci il 31 dekabr tarixədək dövlət büdcəsinə və “Azərenerji” səhmdar cəmiyyətinə bu Qayda ilə müəyyən edilmiş əməliyyatlarla əlaqədar yaranmış borclarının ödənişini “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinini idarə etmək hüququna dair Müqavilədə müəyyən edilmiş qaydada 2007-ci il 1 yanvar tarixdən başlayaraq aparırlar.

4.2. “Azərenerji” səhmdar cəmiyyəti bu Qaydada müəyyən edilmiş əməliyyatlarla əlaqədar dövlət büdcəsi və digər subyektlərə yaranmış borclarının ödənişini “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyəti üzrə 2007-ci il 1 yanvar tarixdən başlayaraq şirkətlərin bu Qaydanın 4.1. bəndinə uyğun olaraq ona ödədiyi borc məbləğlərinə əsasən aparır.

4.3. Bu Qayda ilə müəyyən edilir ki, 2005-ci il 31 dekabr tarixədək “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarəetməyə götürən şirkətə təqdim edilmiş elektrik enerjisi üzrə “Azərenerji” səhmdar cəmiyyətinin onun tərkibinə daxil olan elektrik enerjisini istehsal edən elektrik stansiyalarının və yüksək gərginlikli ötürücü elektrik şəbəkələrinin (elektrik enerjisini topdan alıb-satan təşkilatlar olan “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinə verdikləri elektrik enerjisi məbləğinə görə) dövlət büdcəsinə ödəməli olduğu ƏDV-nin məbləği şirkətlərin “Azərenerji” səhmdar cəmiyyətinə ödədiyi məbləğlərə əsasən hesablanır.

1. 18 dekabr 2002-cı il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 12, maddə 749)

2. 13 aprel 2006-cı il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 373)

3. 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59)

4. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

5. 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853)

6. 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

7. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

8. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

9. 1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580)

10. 5 avqust 2023-cü il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1268)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver