Qanunvericilik › Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Balıqçılığın iqtisadi tənzimlənməsinin prinsipləri

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Balıqçılığın iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

21.1.1. balıqçılıq sahəsində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən dövlət xidmətlərinin göstərilməsinə, habelə dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlərin, balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələrin, balıq və digər su bioresurslarının qeyri-qanuni ov və ya digər fəaliyyət nəticəsində təbiətə, o cümlədən balıq və digər su bioresurslarına dəymiş ziyanın ödənilməsi;

21.1.2. balıq və digər su bioresurslarının artırılmasının, mühafizəsinin və balıqçılığın elmi təminatının dövlət büdcəsi və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilməsi;

21.1.3. balıq və digər su bioresurslarının səmərəli istifadəsi və mühafizəsinin stimullaşdırılması;

21.1.4. akvakulturanın iqtisadi stimullaşdırılması;

21.1.5. akvakultura məhsulunun rəqabət qabiliyyətini təmin etmək məqsədilə fiskal siyasətin həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver