Qanunvericilik › Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlıq

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

26.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Xəzər dənizinin (gölünün) bioloji ehtiyatlarının öyrənilməsində, suların ekoloji, hidroloji, hidrogeoloji, texnoloji normalarının hazırlanmasında və zərərli təsirin qarşısının alınmasında, habelə balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsində iştirak edir və məlumat mübadiləsini həyata keçirir.

26.2. Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının artırılması, bərpası və istifadəsi kvotası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver