Qanunvericilik › Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasının su hövzələrində balıq və digər su bioresurslarından istifadə hüququ

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının su hövzələrində balıq və digər su bioresurslarından istifadə edə bilərlər.

28.2. Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə digər beynəlxalq hüquq normalarına uyğun olaraq istifadə edirlər.

28.3. Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver