Qanunvericilik › “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.05.2017) › Tam mətn

“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.05.2017)

“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.05.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 12 may 2017-ci il

1.1. Bu Qaydalar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən hazırlanmışdır və balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydalarını müəyyən edir.

1.2. Balıqçılıq subyektlərinin uçotu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən aparılır və balıqçılıq təsərrüfatı kadastrının tərkib hissəsidir.

1.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, mühafizəsi, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fiziki şəxslər balıqçılıq subyektləridir.

1.4. Balıqçılıq subyektlərinin uçotu bu Qaydaların əlavəsi ilə müəyyən edilən forma üzrə aparılır.

2.1. Balıqçılıq subyektlərinin uçotunun aparılması üçün aşağıdakı dövlət orqanlarının məlumatları rübdə bir dəfə, hər növbəti ayın 15-dək elektron və kağız formasında Nazirliyə təqdim edilir:

2.1.1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində balıq və digər su bioresurslarından istifadəyə baytarlıq və fitosanitar nəzarəti üzrə;

2.1.2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin balansında olan su təsərrüfatı obyektlərində balıqçılıq məqsədi ilə sudan istifadə üzrə;

* (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 273 nömrəli Qərarı ilə 2.1.2-ci yarımbəndə edilmiş dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)

2.1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində balıq və digər su bioresurslarının fəaliyyəti üzrə vergi uçotuna alınmış vergi ödəyicilərinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i;

2.1.4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində balıqçılıq subyektlərinin balansında olan su anbarlarından istifadə və ümumi tutumu 300 registr tondan və mühərrikinin gücü 250 kvt-dan az olan bütün növ balıqçı gəmiləri üzrə;

2.1.5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyində ümumi tutumu 300 registr tondan və mühərrikinin gücü 250 kvt-dan çox olan bütün növ balıqçı gəmiləri üzrə.

2.2. Balıqçılıq subyektlərinin uçotu elektron və kağız formasında aparılır. Hər bir kağız formasında uçot məlumatı daxilolma ardıcıllığına və qeydiyyat nömrəsinə uyğun olaraq 5 (beş) gün müddətində elektron bazaya daxil edilir.

2.3. Nazirlik balıqçılıq subyektlərinin uçot məlumatları əsasında balıqçılıq subyektlərinin vahid informasiya sistemini yaradır, fəaliyyətini təşkil edir və daxil olan məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722)

21 yanvar 2019-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 165)

4 aprel 2022-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 377)

5 avqust 2023-cü il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 11 avqust 2023-cü il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1261)

1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 aprel 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 384)

2 oktyabr 2025-ci il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 oktyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 4 oktyabr 2025-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 966)

8 sentyabr 2026-cı il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 15 sentyabr 2026-cı il, № 167) (Bu Qərar “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver