Qanunvericilik › Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. Bank olmayan kredit təşkilatı (bundan sonra – BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və bu Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatı;

1.0.2. Birgə borcalanlar qrupu – müqaviləyə əsasən qrupun hər bir üzvünün aldığı kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış edən şəxslər;

1.0.4. İnzibatçı – idarəetmə orqanlarının, Audit Komitəsinin üzvləri, baş mühasib (bu vəzifələri icra edən şəxs), daxili auditor, filialın, o cümlədən xarici BOKT-nin yerli filialının rəhbəri;

1.0.5. aidiyyəti olan şəxslər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər və inzibatçılar, habelə inzibatçılarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər. Xarici BOKT-nin yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici BOKT-nin rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici BOKT-yə aidiyyəti olan digər şəxslər xarici BOKT-nin yerli filialının aidiyyəti şəxsləri hesab olunurlar;

1.0.7. Kapital – BOKT-nin balansı üzrə kapital elementlərinin məcmusu olmaqla nizamnamə (şərikli) kapitalının (əmlak haqları) və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və başqa dövlət ödənişləri aparıldıqdan sonra qalan məbləğ), kapital ehtiyatının, qrant və ianələrin (müqavilə şərtlərinə əsasən nağd vəsait formasında verilmiş və BOKT-nin sərəncamında qalan) cəmi və onlardan tutulmaların fərqi;

1.0.8. Mühüm iştirak payı – nizamnamə (şərikli) kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;

1.0.9. Vətəndaş qüsursuzluğu – BOKT-nin benefisiar mülkiyyətçilərinin, inzibatçılarının, habelə nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı;

1.0.10. Maliyyə bazarları sahəsi – maliyyə bazarlarının tənzimlənməsi və nəzarət sahəsi və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver