Bank və digər kredit təşkilatlarında əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə qiymətli kağızlar üzrə dividendlərdən gəlir vergisinin tutulması üzrə müəyyən edilmiş güzəştin hüquqi qüvvəsinin uzadılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Bank və digər kredit idarələrində əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə qiymətli kağızlar üzrə dividendlərdən gəlir vergisinin tutulması üzrə müəyyən edilmiş güzəştin hüquqi qüvvəsinin uzadılması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1999-cu il, № 1, maddə 10) hüquqi qüvvəsi 2002-ci il yanvarın 1-dək uzadılsın.
2. Bu Qanun 2000-ci il yanvarın 1-dən qüvvəyə minir.