15.1. Mərkəzi Bank bankların, filialların, şöbələrin və nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə bankların, filialların, şöbələrin və nümayəndəliklərin adları, ünvanları, inzibatçıları barədə məlumatlar, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixi (bu Qanunla lisenziya və icazə tələb olunduqda), fəaliyyətinə xitam verilmiş banklar, filiallar, şöbələr və nümayəndəliklər haqqında məlumatlar daxil edilir.
15.2. Banklar reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərirlər.